Məhkəmə qərarları › İş №e-2-2(113)-378/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-378/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-378/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi x7, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması”tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə İnzibati- İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir), cavabdehdən 17.02.2017-ci il tarixli, CBHK-0021-04 nömrəli kredit müqaviləsi üzrə 66500 Avro əsas borcun, 12708.88 Avro faiz borcunun, ümumilikdə 79208,88 Avro kredit borcunun, 20.07.2017-ci il tarixli, DSF0003H nömrəli kredit müqaviləsi üzrə 450000 manat əsas borcun, 165112,5 manat faiz borcunun ümumilikdə 615112,5 manat kredit borcunun, 24.02.2017-ci il tarixli CBHK-0021-05 nömrəli kredit müqaviləsi üzrə 150000 manat əsas borcun, 82849,34 manat faiz borcunun, ümumilikdə 232849,34 manat kredit borcunun, habelə kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 90 manat notariat xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə 04.03.2020-ci il tarixdə ərizə təqdim edilərək, 17.02.2017-ci il tarixli, CBHK-0021-04 saylı müqavilə üzrə 66500 AVRO əsas borc, 17 avqust 2017-ci il tarixə olan 1348.47 AVRO faiz borcu, 17.08.2017-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 8340 AVRO faiz borcu olmaqla, ümumilikdə 76188.47 AVRO kredit borcunun, 20.07.2017-ci il tarixli DSF0003H nömrəli kredit müqaviləsi üzrə 450000 manat əsas borc, 20.07.2018-ci ilə kimi 76712.5 manat faiz borcu, 20.07.2018-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 35812 manat faiz borcu, ümumilikdə 562524.5 manat, 24.02.2017-ci il tarixli CBHK-0021-05 saylı kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 24.08.2017-ci il tarixə olan 5083 manat faiz borcu, 24.08.2017-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 18666 manat faiz borcu, ümumilikdə 173749 manat kredit borcunun, habelə kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 90 manat notariat xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı x9 Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, “x11 (CDB)” ASCnin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “x11 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 30.05.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “x11 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “x11 (CDB)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2017-ci il tarixli, CBHK-0021-04 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 10% olmaqla 6 ay müddətinə, cari xərclərin ödənilməsi üçün 66500 AVRO məbləğində kredit verilmişdir. “x11 (CDB)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 24.02.2017-ci il tarixli, CBHK-0021-05 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə cari xərclərin ödənilməsi məqsədilə 6 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 150000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 20.07.2017-ci il tarixli, DSF0003H nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə dövriyyə vəsatinin artırılması məqsədilə 12 ay müddətinə, illik 17 faiz olmaqla, 450000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmyaraq cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq cavabdehə kredit borcunun ödənilməsi bağlı müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “x11 (CDB)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17.02.2017-ci il tarixli, CBHK-0021-04 nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Bank fəaliyyətinin göstərilməsi barədə lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "x11 (CDB)” x14 etibarnamə əsasında Müştərilərlə Əlaqələr və Bank Xidmətləri Departamentinin direktoru Fuad Qasımov şəxsində (bundan sonra “Bank" adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və Nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru x1 (VÖEN:**********) (bundan sonra “Borc alan” adlanacaq) müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 6 ay müddətində qaytarılması şərtilə, Borc alana 66 500 avro məbləğində kredit verməyi, Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə elməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 10% olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan hesablanmış faizləri hər ay və əsas məbləği isə müddət sonu ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.12-ci bəndinə əsasən, ödənişin növü kredit 6 (altı) ay müddətinə faiz və əsas məbləği ödəmək şərti ilə müəyyən edilmişdir.” Həmin Müqavilənin 3.1.7-ci maddəsinə əsasən, “Borc alan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək” bankın hüququdur. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən “öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək”- borcalanın vəzifəsidir. Həmin müqavilənin 6.1-ci maddəsində göstərilmişdir: “Bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və Borc alanın Bank qarşısındakı öhdəliklərinin “kreditin və ona hesablanmış faizlərin eləcə də tətbiq edilmişdirsə, cərimələrin ödənilməsi” tam icra edilməsi müddətinədək müəyyən edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “Bu Müqavilə üzrə kredit, oma hesablanmış faiz borcu və hesablanmış cərimə faizləri tam ödənildikdən sonra bu Müqavilə öz qüvvəsini itirir.” “x11 (CDB)” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 24.02.2017-ci il tarixli, CBHK-0021-05 nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Bank fəaliyyətinin göstərilməsi barədə lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “x11 (CDB)” x14 etibarnamə əsasında Müştərilərlə Əlaqələr və Bank Xidmətləri Departamentinin direktoru Fuad Qasımov şəxsində (bundan sonra “Bank” adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və Nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru x1 (VÖEN : ********** ) (bundan sonra “Borc alan” adlanacaq) müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 6 ay müddətində qaytarılması şərtilə. Borc alana 150 000 (bir yüz aili min) manat məbləğində kredit verməyi. Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20% olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan hesablanmış faizləri hər ay və əsas məbləği isə müddətin sonu ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borc alanın vəzifəsidir. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 20.07.2017-ci il tarixli, DSF0003H nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Maliyyə x4 icazəsi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “İddiaçı’ ASC-nin “Dostluq” filialının müdiri x13 (şəxsiyyət vəsiqəsi: seriya: AZE № 16300653 verilib: Asan 1 tərəfindən 08.04.2016-cı il tarixdə) şəxsində, bundan sonra «Kredit verən» adlanacaq və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət Cavabdeh MMC, direktor x8 şəxsində, bundan sonra «Kredit alan» adlanacaq, Müqavilə bağlamışlar. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə görə «Kredit verən» «Kredit alan»a kredit verməyi, «Kredit alan» isə krediti qəbul edib ondan 1.2. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) «Kredit verən»ə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Kredit alana 450000 manat kredit verilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə “Kredit verən”ə illik 17 faiz ödəyir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır.” Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 20.07.2018-ci il tarixinə kimi verilir. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 21.02.2018-ci il, 28.03.2018ci il və 31.10.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17.02.2017-ci il tarixli, CBHK-0021-04 saylı, 20.07.2017-ci il tarixli DSF0003H saylı, 24.02.2017-ci il tarixli CBHK-0021-05 saylı kredit müqavilələri üzrə olan borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (x10rşı, 1993-cü il tarixli qərarı). Mülki prosessual qanunvericiliyə görə hazırki iş üzrə tərəflərin bərabərlik prinsipinin təmin edilməsi məqsədi ilə müştərinin həqiqi borcunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi baxımından, cavabdeh tərəfindən verildiyi 29.05.2019 tarixli vəsatətə əsasən ekspertiza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin dispozisiyasından aydın olduğu kimi, ekspertiza təyin edilməsində məqsəd məhkəmə araşdırmasının gedişində ortaya çıxan və aydınlaşdırılması xüsusi bilik tələb edən sualların izah edilməsindən ibarətdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2019-cu il tarixli 17423223 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış sənədləri və tərəflər arasında bağlanılmış 17 fevral 2017-ci il tarixli, CBHK-0021-04 saylı, 24.02.2017-ci il tarixli CBHK-0021-05 saylı20.07.2017-ci il tarixli DSF0003H saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı x12 17.08.2017ci il tarixə olan əsas borcu 66500 AVRO, faiz borcu 1330.22 AVRO, 24.08.2017-ci il tarixə olan əsas borcu 150000 manat, faiz borcu 5000 manat, 20.07.2017-ci il tarixə olan əsas borc 450000 manat, faiz borcu 76500 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış kredit müqavilələri üzrə münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri ilə nizama salınır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC iləCavabdeh MMC arasında kredit müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, bank tərəfindən borcalan kredit verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəf bağlanmış müqavilələr üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 17.02.2017-ci il tarixli CBHK- 0021-04 saylı, 20.07.2017-ci il tarixli DSF0003H saylı və CBHK-0021-05 saylı kredit müqavilələri əsasında tələb edilən əsas borc məbləğləri tam olaraq təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin müqavilələr əsasında tələb edilən əsas kredit borclar həm iş materialları, həm də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin faizin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq, 17.02.2017-ci il tarixli CBHK-0021-04 saylı müqavilə üzrə 8340 AVRO, 24.02.2017-ci il tarixli, CBHK-0021-05 saylı müqavilə üzrə 18666 manat, 20.07.2017-ci il tarixli DSF0003H saylı müqavilə üzrə 35812 manat tələb olunan illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faizləri ədalətli hesab edir. Bundan başqa iddia tələbi üzrə kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 90 manat notariat xərci iş materialları ilə öz təsdiqini tapır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «x2rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 145 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən17.02.2017-ci il tarixli, CBHK-0021-04 saylı müqavilə üzrə 66500 AVRO əsas borc, 17 avqust 2017-ci il tarixə olan 1348.47 AVRO faiz borcu, 17.08.2017-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 8340 AVRO faiz borcu, ümumilikdə 76188.47 AVRO, 20.07.2017-ci il tarixli DSF0003H saylı müqavilə üzrə 450000 manat əsas borc, 20.07.2018-ci ilə kimi 76712.5 faiz borcu, 24.08.2017-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 35812 manat faiz borcu, ümumilikdə 562524.5 manat, 24.02.2017-ci il tarixli CBHK-0021-05 saylı müqavilə üzrə 150000 manat əsas borc, 24.08.2017-ci il tarixə olan 5083 manat faiz borcu, 24.08.2017-ci il tarixdən 03.03.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 18666 manat faiz borcu, ümumilikdə 173749 manat kredit borcunun habelə kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 90 manat notariat xərci və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 17.02.2017-ci il tarixli, CBHK-0021-04 nömrəli kredit müqaviləsi üzrə 66500 AVRO əsas borc, 1348,47 AVRO faiz borcu, illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 8340 AVRO fazi borcu olmaqla ümumilikdə 76188,47 AVRO Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq kredit borcunun, 24.02.2017-ci il tarixli, CBHK-0021-05 nömrəli kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 5083 manat faiz borcu, illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 18666 manat faiz borcu olmaqla ümumilikdə 173749 manat kredit borcunun, 20.07.2017-ci il tarixli, DSF0003H nömrəli kredit müqaviləsi üzrə 450000 manat əsas borcun, 76712.5 manat faiz borcun, illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 35812 manat faiz borcu olmaqla ümumilikdə 562524,5 manat kredit borcunun, Cavabdeh MMC-dən kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 90 (doxsan) manat notariat xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı x9 xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 145 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar