Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-378/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10354,97 ABŞ dolları borc - bundan 4406,80 ABŞ dolları əsas, 2440,27 ABŞ dolları faiz, 3126,04 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,86 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 142,81 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, 06 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 21,5 (iyirmi bir tam onda beş) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən X5 ilə bank arasında 280013369/ZM saylı 06 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra 06 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 16 may 2017-ci il tarixli, 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (budan sonra “restrukturizasiya edilmiş kredit”) 7191,54 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5180,04 ABŞ dolları əsas borc, 1563,98 ABŞ dolları faiz borcu və 447,52 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır və illik 10 (on) faiz ödənilir. Əlavə sazişə əsasən X5 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********878 saylı, xx.xx.2023-cü il tarixli və **********851 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank,tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 442, 445.1, 445.7, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 10354,97 (on min üç yüz əlli dörd ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları borc - bundan 4406,80 (dörd min dörd yüz altı dollar səksən sent) ABŞ dolları əsas, 2440,27 (iki min dörd yüz qırx dollar iyirmi yeddi sent) ABŞ dolları faiz, 3126,04 (üç min bir yüz iyirmi altı dollar dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,86 (üç yüz səksən bir ABŞ dolları səksən altı sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 142,81 (bir yüz qırx iki manat səksən bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, iddiaçı tərəfindən X5 cavabdehlər siyahısından çıxarılmış və onun cavabdeh qismində statusuna xitam verilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
6. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd etmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, iddianı digər hissələrdə qəbul etmədiyini bildirdi.
8. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 7500 ABŞ dolları məbləğində kredit verir; 2.2-ci bəndinə əsasən müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitinin artıtılması məqsədilə verilir; 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir; 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 21,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 23,644 faiz təşkil edir; 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 43 faiz dərəcəsilə, aylıq isə 3,58 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; 3.1-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 3.3-cü bəndinə əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur; 3.4-cü bəndinə əsasən borcalan kreditorun razılığı əsasında ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş həyata keçirə bilər. Bu halda faizlərin ödənişi hər ayın sonunadək həyata keçirilməlidir; 3.5-ci bəndinə əsasən borcalan bu müqavilənin 3.1 -ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir; 3.6-cı bəndinə əsasən cərimələrin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir; 4.1-ci bəndinə əsasən kreditorun müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək hüququ vardır; 4.4-cü bəndinə əsasən borcalanın ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək, kreditor öhdəliklərin icrasının vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər və cərimələr ilə birlikdə qaytarmaq, kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini təsdiqləyən maliyyə və digər sənədləri kreditora təqdim etmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 21,5% olan 7500 ABŞ dolları (387,3 ABŞ dolları aylıq ödəniş) kredit verilmişdir. Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.
10. Ləğv prosesində olan İddiaçı ASC, borcalan Cavabdeh və zamin X5 və X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 280013369/ZM nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, X5 və X4 Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********86 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 7500 ABŞ dolları kredit məbləği Cavabdeh bank hesabına köçürülmüşdür.
12. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişin məzmunundan müəyyən olunur ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7191,54 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5180,04 ABŞ dolları əsas borc, 1563,98 ABŞ dolları faiz borcu və 447,52 ABŞ dolları cərimə təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 faiz dəbbə pulu hesablanır və borc alan tərəfindən kreditora ödənilir. Saziş tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir.
13. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********855 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə yaranmış əsas borc 4406,8 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 2440,27 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 381,86 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 10354,97 ABŞ dolları təşkil edir.
14. İddiaçı tərəfindən iş materiallarına ödəniş qrafiki və hesabdan çıxarış əlavə edilmişdir.
15. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 10354,97 ABŞ dolları borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
16. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 10249,8 ABŞ dolları borcun 3 gün müddətində ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-3(103)-3194/17 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8707 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim olunmuş iş materiallarına öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin şərtləri üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonu) 4764,27 ABŞ dolları əsas borc, 1350,32 ABŞ dolları faiz borcu, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı) 4764,27 ABŞ dolları əsas borc, 283,33 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 406,95 ABŞ dolları faiz borcu təşkil edir. Qeyd edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixədək Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə 1066,99 ABŞ dolları ödəniş aparıldığı, həmin vəsaitin də cavabdehin faiz borcundan silinməsi müəyyən olunmuşdur.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1323 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim olunmuş iş materiallarına öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin şərtləri üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonu) 4764,27 ABŞ dolları əsas borc, 1350,32 ABŞ dolları faiz borcu, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) 4764,27 ABŞ dolları əsas borc, 283,33 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 406,95 ABŞ dolları faiz borcu təşkil edir. Qeyd edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixədək Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə 1066,99 ABŞ dolları ödəniş aparıldığı, həmin vəsaitin də cavabdehin faiz borcundan silinməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh bank tərəfindən illik faiz dərəcəsi 21,5% olan, 24 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra 06 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 16 may 2017-ci il tarixli, 01 nömrəli əlavə saziş bağlanmış və əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7191,54 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır.
23. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 4406,80 ABŞ dolları əsas, 2440,27 ABŞ dolları faiz bоrcunun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 4406,8 ABŞ dolları (dörd min dörd yüz altı dollar səksən sent) əsas borc, 283,33 ABŞ dolları (iki yüz səksən üç dollar otuz üç sent) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulması hissəsində iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1323 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə müqavilə müddətinin sonuna olan faiz borcu 283,33 ABŞ dolları təşkil edir.
25. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 381,86 ABŞ dolları məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir.
26. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 381,86 ABŞ dolları (tələbə uyğun) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/1323 saylı ekspert rəyində müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış məbləğin daha artıq olduğu qeyd edilmişdir.
27. 18. İddia tələbinin digər hissəsini cavabdehdən 3126,04 (üç min bir yüz iyirmi altı dollar dörd sent) ABŞ dolları məbləğində cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, 130 (yüz otuz) ABŞ dolları məbləğində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir
30. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 142,81 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,7 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
32. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat pulun 145,7 manat (yüz qırx beş manat yetmiş qəpik) hissəsi Cavabdeh, 144,30 manat (yüz qırx manat otuz qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4406,8 ABŞ dolları (dörd min dörd yüz altı dollar səksən sent) əsas borc, 283,33 ABŞ dolları (iki yüz səksən üç dollar otuz üç sent) faiz borcu, 130 (yüz otuz) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 381,86 ABŞ dolları (üç yüz səksən bir dollar səksən altı sent) olmaqla, cəmi 5201,99 ABŞ dolları (beş min iki yüz bir dollar doxsan doqquz sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,7 manat (yetmiş bir manat yetmiş qəpik) pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat pulun 145,7 manat (yüz qırx beş manat yetmiş qəpik) hissəsi Cavabdeh, 144,30 manat (yüz qırx dörd manat otuz qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova