Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3782/2023 03.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Bünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11800 manat borcun və tərəfimizdən ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 iyul 2021-ci il tarixli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 kv.m. sahəni icarəçiyə icarəyə vermişdir. Müqavilənin 3.1.1-ci maddəsinə görə aylıq icarə 2360 manat təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən aylıq ödəniş hər cari ayın ilk 10 günü ərzində həyata keçirilməlidir. İcarəçi tərəfindən müqavilə öhdəlikləri kobud surətdə, qəsdən pozulub, yəni ödənişlər həyata keçirilməyib. 27 yanvar 2023-cü ilə icarəçi Cavabdeh MMC-nin icarəyəverən İddiaçı MMC-yə olan borcu 11800 manat təşkil edir. Bu barədə cavabdehə rəsmi bildiriş göndərilmişdir. Bu məsələnin məhkəmədən kənar həll olunması üçün cavabdehə pretenziya məktubu, həmçinin mediasiya təklifi göndərilmişdir. Lakin cavabdeh tərəfindən təkliflərimizə cavab verilməmiş və mediasiya sessiyasında iştirakdan imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cəmiyyətin direktoru olmuş və müqaviləni imzalamış X2 2022-ci ilin ortalarında vəzifədən azad edilsə də, yeni rəhbərliyə xx.xx.2021ci tarixli müqavilənin mövcudluğu, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 m2 sahənin icarəyə götürülməsi barədə məlumat verməmişdir. Bundan əlavə iddiaçı tərəfindən onlara elektron qaimənin göndərilməməsi nəticəsində qeyri-yaşayış sahəsinin icarədə olması barədə xəbərləri olmamış və bu səbəbdən xx.xx.2021-ci tarixli müqaviləni vaxtından əvvəl ləğv etməmişlər. Həmçinin izahatında cəmiyyətin direktoru olmuş X1 vəzifədən azad olunandan sonra da, 2022-ci ilin axırınadək heç bir qanuni əsaslar olmadan müqavilədə göstərilən sahəni istifadə etdiyini bildirmişdir. Odur ki, məhkəmədən cəmiyyətin 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etmədiklərinə görə iddianın rədd edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 05-K21 saylı qeyri yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan respublikası Bakı şəhəri Səbail rayonu Həsən abdullayev 13 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m2 təşkil edən qeyri yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqı 2360 manat təşkil etmiş, 7.1-ci bəndinə əsasən tərəflərdən hər biri digər tərəfi 3 ay əvvəl yazılı qaydad xəbərdar etməklə hər hansı bir səbəb olmadan bu müqaviləyə tam və ya qismən xitam verə bilər. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1000 manat yekun, ƏDV 1800 manat, ümumi 11800 manat borcu var. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X3 4 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə 200 manat mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 700.1 və 700.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 m2 sahəni aylıq 2360 manat icarə haqqı ödəmək şərti ilə icarəçi Cavabdehnə icarəyə vermişdir. İcarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi İddiaçınə icarə haqqı ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə Cavabdeh 2022-ci ilin avqust-dekabr ayları üçün 11800 (2360x5ay) manat məbləğində borcu yaranmışdır. Cavabdeh nümayəndəsi, Vəkil izahatında cəmiyyətin 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etmədiklərinə istinad edərək iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, tərəflərin arasında imzalanmış müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, Cavabdeh isə müqavilənin 7.1-ci bəndində əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin məhkəmə baxışında cəmiyyətin əvvəlki direktoru olmuş X1 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etdiyi müəyyən edilmişdir. Göründüyü kimi icarəçi Cavabdeh icarə münasibətlərinə xitam vermədiyinə görə (müqavilənin 7.1-ci bəndi) İddiaçı 11800 manat icarə haqqı və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaiti tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab ki, iddia təmin edilməli, Cavabdehndən 11800 manat icarə haqqı və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 11800 manat icarə haqqı və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3782/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3782/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver