Məhkəmə qərarları › İş №e-2-2(113)-3782/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3782/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3782/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 noyabr 2022-ci il tarixində 76 nömrəli icarə müqaviləsi əsasında yaranmış 22246 manat icarə haqqı borcunun və ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində ödənilmiş xərcin, ümumilikdə 22446 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh MMC arasında 01 noyabr 2022-ci il tarixində 76 nömrəli İcarə Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehə İddiaçınin 5-ci mərtəbəsində 250 kv. metr ölçüsündə ofis sahəsi icarəyə verilmiş, Cavabdeh tərəfindən isə İddiaçıya aylıq olaraq 3178 manat məbləğində icarə haqqının ödənilməsi razılaşdırılmışdır. Müqavilə xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. İddiaçı tərəfindən müvafiq ofis sahəsi Cavabdehin istifadəsinə verilsə də, Cavabdeh icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdehə sifarişli poçt göndərişi ilə və Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq bölməsindən elektron qaydada pretenziya məktubları göndərilmişdir. Həmin pretenziya məktublarında Cavabdeh tərəfindən müqavilə öhdəlikləri kobud şəkildə pozulduğuna görə müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Lakin Cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən müvafiq olaraq mübahisənin mediasiya prosesi nəticəsində həll edilməsi üçün mediasiya təklifi göndərilmiş, lakin Cavabdeh tərəf hərəkətsizlik etdiyindən Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli protokol əsasında MŞB/2-02867 nömrəli xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış verilmişdir. Hazırkı halda Cavabdehin müqaviləyə xitam verildiyi xx.xx.2023-cii il tarixədək 7 aylıq, yəni 22246 manat icarə haqqı borcu mövcuddur. Həmin borcun tutulması üçün hazırda məhkəmə qərarının çıxarılmasına və borc məbləğinin məcburi qaydada tutulmasına zərurət vardır. 3.11 iyun 2024-cü il tarixdə cavabdehin nümayədəsi və vəkili Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini qismən, yəni 2023-cü ilin dekabr ayı və 2024-cü ilin yanvar, fevral ayları həddində icarə haqqının ödəilməsi hissəsində qəbul edir. Cavabdehin özünün xx.xx.2024-cü il tarixdə elektron məhkəmə kabineti vasitəsi ilə təqdim etdiyi “məlumat” başlıqlı iddiasına mülahizəsində ofisdən isifadəyə görə noyabr ayından hesablasa da, artıq ödənildiyi üçün 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral və mart ayları həddində icarə haqqının miqdarı hesablanmış və bu həddə tələblərinin qanuni və ədalətli olması qənaətinə gəlinmişdir. Lakin iddiaçı israrla əşyaların ofisdə qaldığı dövrlə 01 iyun tarixinədək aprel və may aylarını da icarə dövrünə hesablamağa çalışır. Halbuki, iddiaçının nümayəndəsi də əvvəlki proseslərdə izahatında həmin əşyaların 2024-cü ilin mart ayının ortasında çıxarıldığını inkar etməmişdir və fakt mübahisə edilməzdir. Çünki bunu təsdiq edəcək şahidlər var. O ki qaldı müqavilənin 1 ay öncədən ləğvi məsələsinə təmsil etdiyi hüquqi şəxsin qanuni təmsilçisinin və həmin vaxt direktoru olmuş Elvin Yolçuyevin bildirməsinə əsasən bu barədə Biznes Mərkəzin əməkdaşı cavabdehin əməkdaşlarına email vasitəsi ilə 2024-cü ilin təxminən yanvar ayının sonunda yazılmışdır və bunu nəzərə alaraq cavabdeh bütün faktiki fəaliyyətinə fevral ayının sonundan xitam vermiş, iddiaçının nümayəndəsi ilə qarşılıqlı razılaşma əsasında martın ortalarında 166 yük daşıma xidməti vasitəsi ilə cavabdehə məxsus mebellər iddiaçının ofis ərzisindən daşınmış və ofisin otaq qapısının açarı olan kart cavabdehin işiçisi Einarə adlı xanıma təqdim edilmişdir. Beləliklə, hesab edir ki, iddiaçı 2024-cü ilin aprel və may aylarını da icarə dövrünə daxil etməklə cavabdehdən haqsız qazanc əldə etməyə çalışır. Bununla da öz mülki hüquqlarını qarşı tərəfə maksimum ziyan vurmaq məqsədilə sui istifadə etmək niyyəti açıq-aşkar görünür. Əks təqdirdə cavabdehin iddia tələbini qəbul etdiyi həddə ona çatası vəsaiti ən qısa zamanda əldə edə və bundan faydalana bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmədən iddiaçının iddia tələbinin qismən, yəni 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar, fevral ayları üzrə icarə haqqına görə pulun tutulması hissəsində təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmiş, 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə ödəniş edilməsinə razı olduqlarını, lakin cavabdehlə bununla bağlı razılıq əldə edə bilmədiklərini qeyd etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bir tərəfdən “icarəyə verən” qismində İddiaçı MMC ilə digər tərəfdən “icarəçi” qismində Cavabdeh MMC arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, 76 nömrəli müqaviləyə əsasən icarəyə verən ona məxsus Bakı şəhəri, İddiaçı-nin 5-ci mərtəbəsində yerləşən sahəsi 250 kv.m təşkil edən ofis sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. 2.1. Müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. 2.2.Müqavilə imzalandığı tarixdən etibarən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. 4.1.Aylıq icarə haqqı ƏDV xaric 3178 manat təşkil edir. 4.2 Aylıq icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. 8.İddiaçı ndə yerləşən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “X6” MMC və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə və hüquqi şəxslərin möhürü vurulmaqla tərtib edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlardan məlum olur ki, 2022-ci il noyabr ayından “STN” Biznes Mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis sahəsi uzun müddət (aylarla) Cavabdeh MMC-nin (özünü həmin hüquqi şəxsin rəhbəri kimi təqdim edən Yolçuyev Elvin) istifadəsində olmuşdur. Həmin ofis sahəsi tam boşaldıqdan sonra yenidən yalnız 2023-cü ilin iyul ayından sonra ikinci bir şəxsə icarəyə verilmişdir. 9.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, 76 nömrəli icarə müqaviləsinə əsasən ümumi məbləği 22246 manat təşkil edən EBDQ seriyalı, xx.xx.2023cü il tarixli 931023 nömrəli elektron qaimə göndərilmişdir. 10.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBCİ seriyalı 478684 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən icarə haqqı məbləği ƏDV 572.04 manat olmaqla ümumilikdə 3750.04 manat təşkil etmişdir. 11.xx.xx.2023-cü il tarixli OD1 və OD1EDV nömrəli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən 3178 manat məbləğində pul və 572.04 manat ƏDV ödənişi “STN Biznes Mərkəzinin hesabına köçürülmüşdür. 12.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixədək sonuncunun 19,068 manat məbləğində borcu yaranmışdır. Müqavilə öhdəliklərini pozduğu üçün müqaviləyə birtərəfli qaydada xx.xx.2023-cü il tarixdən xitam veriləcəkdir. Bunun nəzərə alaraq, borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə aidiyyatı üzrə hüquqmühafizə orqanlarına və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 13.İddiaçı MMC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edilərək bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən Mərkəzin 5-ci mərtəbəsində ümumi sahəsi 250 kv.m təşkil edən obyekti icarəyə götürmüş özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim edən X2 22246 manat icarə haqqı və ya digər xərcləri ödəməkdən yayınır. Təhqiqat zamanı X2 öz izahatında şikayətdə yazılanları səmimi olaraq qəbul etmiş, İddiaçı MMC-nin direktoru X1 müqavilə əsasında götürdüyü ümumi sahəsi 120 kv.m təşkil edən ofisi icarəyə götürdüyünü, lakin xx.xx.2023-cü il tarixdən işdən ayrıldığı üçün müqaviləyə xitam verildiyini və aylıq icarə haqqının köçürülüb-köçürülməməsindən məlumatsız olmasını qeyd etmişdir. 14.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarəyə götürdüyü qeyriyaşayış sahəsinin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, 76 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 19.700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 76 nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı aylıq icarə haqqı ƏDV xaric 3178 manat təşkil etməklə Bakı şəhəri, „STN“ Biznes Mərkəzinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250 kv.m təşkil edən ofis sahəsinin cavabdehə icarəyə verilməsi öhdəliyini, cavabdeh isə bunun müqabilində icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürmüşdür.

21. Hazırda iddiaçı, cavabdehdən sözügedən müqaviləyə əsasən xx.xx.2022 -xx.xx.2023cü il dövrü, yəni 7 ay üzrə ümumilikdə 3178 manat x 7ay=22246 manat məbləğində pulun tutulması tələbi ilə çıxış edir. Belə ki, iddiaçı öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh icarəyə verilmiş ofis sahəsini 2023-cü ilin may ayının sonunda tərk etmişdir. Cavabdeh tərəf isə 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə həqiqətən də icarə haqqının ödənilmədiyini etiraf edərək həmin hissədə iddia tələbini qəbul etdiyini, mart ayının 18-də ofisi tərk etdiyini iddia edərək alaraq mart ayı üzrə də ödəniş edilməsinə razı olduğunu bildirmişdir.

22. İlkin olaraq qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli OD1 və OD1EDV nömrəli ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən yalnız bir dəfə, yəni 2022-ci ilin noyabr ayı üzrə 572.04 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 3750 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu işin mübahisəsiz halıdır. Hazırda tərəflər arasında mübahisəlı halın yaranmasına əsas cavabdeh tərəfindən ofis sahəsinin tərk edilməsi vaxtı ilə bağlıdır. İddiaçı cavabdehin ofis sahəsini may ayının sonunda tərk etməsini iddia etsə də, bununla bağlı məhkəməyə sübuti əhəmiyyət kəsb edəcək hər hansı bir sənədi təqdim edə bilməmişdir. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi və iddiaçı ilə müqavilə münasibətlərində olan müvafiq hüquqi şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt cavabdeh tərəfindən ofis sahəsinin tərk edilməsi vaxtını sübut edən sənəd qismində çıxış edə bilməz. Beləliklə də, iddiaçı cavabdehin icarə obyektini xx.xx.2023-cü il tarixdə tərk etməsi faktını sübuta yetirə bilməmişdir. 23.Cavabdeh tərəf ofis sahəsini 18 mart 2023-cü il tarixdə tərk etdiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmiş, lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral və mart aylarına münasibətdə iddia tələbini qəbul etdiyini bildirmişdir. 24.Beləliklə məhkəmə iddiaçının istinad etdiyi halları sübuta yetirə bilməməsini, cavabdehin isə iddianı qismən qəbul etməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 76 nömrəli icarə müqaviləsi üzrə 2022-ci ilin dekabr ayı və 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə, yəni 4 aylıq icarə haqqı məbləği 4x3178=12712 (on iki min yeddi yüz on iki) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. 25.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

26. Qanunvericiliyin qeyd edilən normasını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosessinin keçirilməsi məqsədilə ödənilmiş 200 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.

III. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12712 (on iki min yeddi yüz on iki) manat məbləğində icarə haqqı və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar