Məhkəmə qərarları › İş №e-2-2(113)-3783/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3783/2023

07.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3783/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı-“X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 11/18/23/21 nömrəli müqavilənin 11.2-ci bəndinə əsasən tərəfimizdən ödənilmiş 57640 ABŞ dollarının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC iddia ərizəsinin cavabdehə göndərilməsini əks etdirən zərfi iddia ərizəsinə əlavə etsə də, məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizənin cavabdehə göndərilməsinə formal yanaşmışdır. Poçt göndərişlərin izlənməsini əks etdirən məlumatdan görünür ki, pretenziya, həmçinin iddia ərizəsi eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, halbuki mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi iddiaçı mediasiya sessiyasında iştirak etmədən, formal olaraq iddia ərizəsini cavabdehə, pretenziya ilə bir gündə göndərmiş, halbuki iddia ərizəsi xx.xx.2023cü il tarixdən sonra tərtib edilib cavabdehə göndərilməli idi. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdeh şirkət Gürcüstan Respublikasının hüquqi şəxsi olduğundan cavabdehə göndəriləcək iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət edilərkən xarici dilə tərcümə edilmiş variant “AZEMİS” sisteminə əlavə edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh "xxxx" MMC tərəfindən alınmasını təsdiq edən sənədlər (xx.xx.2023-cü il tarixdən sonra göndərmək şərti ilə), həmçinin iddia ərizəsi xarici dilə tərcümə edilmiş variant “AZEMİS” sisteminə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar