Məhkəmə qərarları › İş №e-2-2(113)-3788/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3788/2023

05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3788/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, X2 tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: X2 “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2022-ci il tarixli françayzinq müqaviləsinin ləğv olunması, 7500 (yeddi min beş yüz) avro məbləğində pulun və 400 manat ödənilmiş mediasiya xərcinin “Cavabdeh”-dən tutularaq X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. MPM-nin 153.2.1 maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçı İran İslam Respublikası vətəndaşıdır və Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi vardır. Eyni zamanda məlum olur ki cavabdeh şirkət xarici hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1 maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmə qeyd edir ki, prosessual məcəllə xarici şəxslərlə bağlı işlərə baxılarkən tərəflərdən birinin xarici şəxs olmasını nəzərdə tutumuşdur. Hazırki iş üzrə isə hər iki tərəf xarici şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X2 tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar