Məhkəmə qərarları › İş №e-2-2(113)-3788/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3788/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3788/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1 Məhsulları” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1 Məhsulları” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 126068,40 (bir yüz iyirmi altı min altmış səkkiz manat qırx qəpik) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 3788/2025 nömrəli kommersiya işinin e-2-2(113)-3375/2025 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətin təmin olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı iş onunla əlaqəli olan iddiaçı “X1 Məhsulları” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə e-2-2(113)-3375/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, iddiaçı “X1 Məhsulları” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə e-2-2(113)-3375/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin digər hakiminin (Z.Axundova) icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdeh “X1 Məhsulları” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair e-2-2(113)-3788/2025 saylı iş, onunla əlaqəli olan iddiaçı “X1 Məhsulları” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə e-2-2(113)-3375/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2-2(113)-3375/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar