Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3794/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, iddiaçı “X8” MMC-nin nümayəndəsi X3 Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X8” MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X8” MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstesalat Birliyi tərəfindən iddiaçı “X8” MMC barəsində hesablanmış ƏDV daxil olmaqla 5943,50 manat borcun qanunsuz və əsassız hesab olunaraq silinməsini, dəymiş maddi ziyanın əvəzi olaraq 5943,50 manat pul vəsaiti cavabdeh X1 məcburi qaydada tutularaq iddiaçı X8 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti süd və süd məhsullarının istehsalı sahəsində Azərbaycan Respublikasında, Kürdəmir rayonunda fəaliyyət göstərən nəinki Azərbaycan Respublikasının, ümumilikdə, Cənubi Qafqazın ən iri istehsal müəssisələrindən biridir. Zavodun fəaliyyəti nəticəsində ölkə əhalisi keyfiyyətli süd və süd məhsulları ilə təmin olunur. İddiaçının qaz xətti üzərində quraşdırılmış G1000 markalı, 83045557 nömrəli Elster tiplu qaz sayğacı cavabdeh təşkilatın idarəsi olan Ağsu Rayon Qaz İstismar İdarəsinin Kürdəmir Xidməti Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində sökülərək yoxlama aparılması üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh təşkilatın Meterologiya Departamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixində SS № 29/1640- 01589 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa istinad olunaraq sayğacın mexaniki hissəsindən keçən 33541 m3 qaz həcminin elektron hissədə qeyd alınmadığı, buna görə də cavabdeh təşkilatın X9 İstismar İdarəsi iddiaçının ƏDV daxil 5943,50 manat borcu olduğu qənaətinə gəlmiş və müvafiq elektron qaimə-faktura təqdim etmişdir. İddiaçı aparılan yoxlama və gəlinən nəticə ilə razı olmamış, buna görə də cavabdeh təşkilata və digər analoji qurumlara şikayət yazmaqla mübahisəli məsələnin qanuni və ədalətli bir şəkildə həll olunmasına çalışsa da, cavabdeh təşkilat və onun idarəsi X9 İstismar İdarəsi mövcud mövqeyini dəyişdirməmiş, əksinə borcun ödənilmədiyi təqdirdə iddiaçının qaz təchizatının dayandırılacağını bildirmişdir. Qaz təchizatı iddiaçının sahibkarlıq fəaliyyətinin mühüm parçası olduğu və qaz təchizatının dayandırılacağı təqdirdə iddiaçıya külli miqdarda ziyan dəyəcəyi üçün iddiaçı legitimliyini qəbul etmədiyi və əsassız hesab etdiyi 5943,50 manat borc məbləğini məcbur qalıb ödəmişdir. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh İB-nə borcun əsassız hesab olunması və geri ödənilməsi tələbi ilə xx.xx.2022-ci il tarixli, ŞDF/310522 nömrəli pretenziya məktubu ilə müraciət olunsa da, cavabdeh tərəfindən tələblərimiz təmin edilməmiş və bu istiqamətdə mötəbər və effektiv araşdırma aparılmamışdır. Mübahisənin barışıq yolu ilə aradan qaldırılması üçün cavabdeh Azəriqaz İB-nə mediasiya prosesinin tətbiqi barədə təklif ilə müraciət edərək mübahisənin barışıq yolu ilə nizamlanması təklif edilsə də, Cavabdeh İB mübahisənin barışıq yolu ilə nizamlanması üçün hər hansı bir addım atmamış, mediator Leyla Hüseynovanın çağırışlarına gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu fakt 6 saylı Mediasiya Təşkilatının mediatoru Leyla Hüseynovanın tərtib etdiyi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” ilə sübut olunur. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, “X8” MMC Cavabdeh abonentidir. Müvafiq qaydada müqavilə əsasında qazla təmin olunur. **********00000 nömrəli hesab ilə qeydiyyata alınmışdır. Müəssisəsinin qaz xətti üzərində G-1000 markalı, 83045557 nömrəli və G-6 markalı 28260791 nömrəli qaz sayğacları quraşdırılmışdır. Cavabdeh nümayəndələri tərəfindən Kürdəmi rayonu, Atakişili kəndi ərazisində yerləşən “X8” MMC-nin qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, 83045557 nömrəli qaz sayğacı yaranmış nasazlığa görə sərf etdiyi qaz sərfini nəzərə almır. Qaz sərfinin qeydiyyatını aparmadığı üçün mexaniki hissəsini qeyd etdiyi qaz sərfini əmsala vurmaqla hesabat aparılmışdır. Hesablanmış 18743,40 manat abonet hesabına işlənilmişdir. Bundan başqa 83047392 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilərkən qaz sayğacının korrektorunun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 33541 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Bununla bağlı ******* saylı xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. 11502 m3 dəyərində təbii qaz abonent hesabına işlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X8” MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 etiraza uyğun izahat verərək izahatında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 29/1640-01589 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, "Azəriqaz” İB-nin SOCAR**********31791640X01589 saylı xx.xx.2021-ci ıl tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Kürdəmir rayon Xidmət sahəsinin "X8” MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G1000 marka 83045557 nömrəli turbin tipli "Elster" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9024859), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir:
1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls oturucusu normaldır. Sayğaca hava vuru du, hesablayıcı mexanizm işləyir.
2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.
3. Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-cı tarixində sönüb. Pbaza=1,01325 bar, Tbaza=20 C, göstəricilər Vbt:=8740492 m3, Vt.=4925428 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 33541 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürucusu işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********00000 nömrəli abonent kodu olan “X8” MMC-nin qaz sayğacına baxış keçirilərkən Cavabdeh xx.xx.2021-ci il tarixli 29/1640- 01589 nömrəli aktına əsasən korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 33541 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır "X8” MMC abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2021-ci ilə cəmi 5392,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və onun hüquqi nəticələri də qanunsuz hesab edildiyindən, həmin yoxlamaların nəticəsində hesablanmış borclar silinməlidir. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "X8” MMC 5943,50 manat borcun silinməsini xahiş etsə də, iddiaçının abonent saldosunda aktlara əsasən 2021-ci ildə 5943,50 manat deyil, 5392,20 manat məbləğində borcun hesablandığı müəyyən edilmişdir. Odur ki, tərəflərin arasında qaz təchizatı və bunun müqabilində pulun ödənilməsi ilə bağlı münasibətləri davam etdiyindən, 5392,20 manat məbləğində ödənilmiş vəsaitin gələcəkdə yaranacaq borclara hesablanacağını nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və X8” MMC-nin **********00000 nömrəli abonent koduna hesablanmış 5392,20 manat məbləğində borc silinməlidir. İddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən "X8” MMC-nin **********00000 nömrəli abonent koduna hesablanmış 5392,20 manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev