Məhkəmə qərarları › İş №e-2-2(113)-38/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-38/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-38/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2019-cu il tarixli, BKN-00015-14/19A saylı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2019-cu il tarixli, BKN-00015-14/19A saylı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2019-cu il tarixli, BKN-00015-14/19A saylı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar