Məhkəmə qərarları › İş №e-2-2(113)-380/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-380/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-380/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimli İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-Nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı LPO “X2” ASC-nin cavabdehlər "xxxx" və Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “X2” ASC cavabdehlər "xxxx" və Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 fevral 2020-ci il tarixə - 26 noyabr 2015-ci il tarixli 183 nömrəli kredit müqaviləsi üzrə 16 388 942,50 manat məbləğində əsas borc, 2971 188,73 manat məbləğində faiz borcu,1 099 423,92 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 20.459.555,15 manat məbləğində, 10 dekabr 2015-ci il tarixli 198 nömrəli kredit müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixə 17 790 000 manat məbləğində əsas borc, 3 374 106,99 manat məbləğində faiz borcu, 1 143 994,29 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 22.308.101,28 manat məbləğində, 28 dekabr 2015-ci il tarixli 219 nömrəli kredit müqaviləsi üzrə 27 fevral 2020- ci il tarixli 17 875 000 manat məbləğində əsas b orc 313 208,07 manat məbləğində faiz borcu, 1 127 118,56 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı ilə hesablanan faiz borcu olmaqla ümumilikdə 22.315 326,63 manat məbləğində, cəmi 65 082 983,06 manat borcun, iş üzrə ödənilimiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 180 (yüz səksən) manat məbləğində xidmət haqqının və 90 (doxsan) manat rüsumun cavabdeh "xxxx" MMC və “İnvestment Korporeyşn" MMC-dən tutularaq ləğv prosesində olan "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 60,3864 ha torpaq sahəsi (yüklü edilən əmlakın çıxarışıseriya MA № 0336848, reyestr nömrəsi **********00; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 07.01.2012), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsi (yüklü edilən əmlakın çıxarışı, seriya MA № 0336847, reyestr nömrəsi **********01; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 07.01.2012), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 29, 0 ha torpaq sahəsi (Yüklü edilən əmlakın çıxarışı, seriya RX № 0043846,reyestr nömrəsi **********28; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 28.08.2012), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 3.38 ha torpaq sahəsi(yüklü edilən əmlakın çıxarışı,seriya RX № 0097427,reyestr nömrəsi **********18; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 03.12.2013) Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.85 ha torpaq sahəsi(Yüklü edilən əmlakın çıxarışı,seriya RX № 0204082,reyestr nömrəsi **********48; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 26.06.2013) Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 6.36 ha torpaq sahəsi (Yüklü edilən əmlakın çıxarışı, seriya RX № ******* reyestr nömrəsi **********31; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 31.08.2013), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 15.70 ha torpaq sahəsi (Yüklü edilən əmlakın çıxarışı, seriya RX № 0119969, reyestr nömrəsi **********93; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 28.01.2013), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsi (Yüklü edilən əmlakın çıxarışı, seriya RX №0043081, reyestr nömrəsi**********77;qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 16.08.2012), Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 27,0 ha torpaq sahəsi (Yüklü edilən əmlakın çıxarışı, seriya RX №0119971, reyestr nömrəsi **********92; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: 07.01.2013) və Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən 27,0 ha torpaq sahəsi (yüklü edilən əmlakın çıxarışı, seriya RX №0119971, reyestr nömrəsi **********; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 07.01.2013), yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin ləğv prosesində olan “Dekabank" Kommersiya Bankı Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “Dekabank" X5 Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 183 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün 36 (otuz altı) ay müddətinə illik 5.5 % (beş tam onda beş) dərəcəsi ilə 20.000.000 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. 26 noyabr 2015-ci il tarixli 183 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün bankla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 183 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdehnə məxsus olancavabdehlər tərəfindən banka ipoteka qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 198 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün 35 (otuz beş) ay müddətinə illik 5.5 % (beş tam onda beş) dərəcəsi ilə 20.000.000 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. 10 dekabr 2015-ci il tarixli 198 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün bankla cavabdeh "xxxx" MMC arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 198 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh MMC-yə məxsus olan yuxarıda qeyd olunan torpaq sahələri cavabdehlər tərəfindən banka ipoteka qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 219 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün 35 ay müddətinə illik 5.5 % (beş tam onda beş) dərəcəsi ilə 20.000.000 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. 28 dekabr 2015-ci il tarixli 219 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün bankla cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli 198 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh MMC-yə məxsus olan qeyd olunan torpaq sahələri cavabdehlər tərəfindən banka ipoteka qoyulmuşdur. Kredit müqavilələri üzrə götürülmüş öhdəliklər borc alan "xxxx" MMC hər ay banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliklər lazımınca yerinə yetirməmişdir. Kredit müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə bir neçə dəfə şifahi müraciət edilməsinə və yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında pretenziya məktubunun və iddia ərizəsinin cavabdeh AS Georgiya MMC-nin nümayəndəsi hesab etdikləri şəxsə təqdim etdiklərini, lakin həmin şəxsin cavabdehin rəsmi nümayəndəsi olub olmaması haqqında heç bir sənəd təqdim etmək imkanlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsi və iddia ərizəsinin surətini cavabdehə təqdim etməsi barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO “X2” ASC-nin cavabdehlər "xxxx" və “İnvestment Korporeyşn” MMC-yə qarşı kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar