Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3801/2023 04.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə dəymiş ümumilikdə 15.000 manat məbləğində maddi zərərin cavabdeh "X27" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 yanvar 2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova adlı şəxslərə Avropaya səyahət turu təşkil edilərək, "X27" şirkətindən Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı uçuş biletləri alınmışdır. Lakin "X27" şirkətinin səlahiyyətli nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində sözügedən uçuşlar qismən baş tutmamışdır. Belə ki, yuxarıda adı çəkilən şəxslər 18 mart 2023-cü il tarixində (saat 13:45- 16:00) Bakı-İstanbul Tk333 saylı səfərlərini başa vurduqdan sonra, həmin tarixdə İstanbul- Roma (saat18:05-18:40) Tk1863 saylı səfərləri subyektiv səbəbdən (təyyarəyə gecikmələri ilə əlaqədar) baş tutmamış, daha sonra, yeni uçuş biletləri almışlar (bilet nömrələri: **********166 aynur sadikhova, **********167 irada hasanova, **********168 fidan hasanova, **********169 shafiga hasanova) və 18 mart 2023-cü il tarixdə Tk1361 saylı səfərlərini həyata keçirmək üçün A1B (turistlərin bildirdiyi) qapısına yaxınlaşmışlar, lakin orada özünü "X27" şirkətinin nümayəndəsi kimi təqdim edən şəxs onlara bildirmişdir ki, onları təyyarəyə buraxa bilməzlər, ona görə ki, onlar vizanı Almaniya səfirliyindən almışlar və ilk olaraq, yalnız Almaniya Respublikasına səfər edə bilərlər. Daha sonra, onlar şirkət olaraq yaranmış bu problemi həll etmək məqsədi ilə yenidən İstanbul-Münxen biletlərini (bilet nömrələri: 624 ********** sadikhova aynur, 624 ********** hasanova irada, 624 ********** hasanova fidan, 624 ********** hasanova shafiga) aldılar və adı çəkilən şəxslər sonuncu biletlər üzrə səfərlərini (PC1019 19 mart 2023-cü il, 09:45-10:35, X25 Limanı) həyata keçirdilər. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində +**********23 və +********** nömrələri ilə “X27” şirkətinin çağrı mərkəzi ilə əlaqə saxladılar, sonuncunun əməkdaşı bildirdi ki, dönüş (yəni 26 mart 2023-cü ildə) biletlərində bir problem yoxdur, sadəcə olaraq, həmin tarixədək turistlər özləri “X27” şirkətinin hava limanındakı deskinə yaxınlaşıb 26 mart tarixində uçuş reysindən istifadə edəcəklərini və biletləri təsdiqlətməlidirlər. 19 mart 2023-cü il tarixində, Bakı saatı ilə 14:00-15:00 arası turistlər Münxen hava limanında “X27” şirkətinin deskinə yaxınlaşıb təsdiqlətmişlər və sonuncunun əməkdaşları bildirmişlər ki, 26 mart 2023-cü il tarixdə Milan şəhərindən 06:50-də uçuşlarının baş tutacağını bildirmişlər. Qeyd olunan məlumatları turistlər iddiaçıya “WhatsApp” tətbiqi üzərindən səs yazısı ilə bildirmişlər. Daha sonra, 26 mart tarixində turistlər Milan şəhərində yerləşən hava limanına gələrək, Milan-İstanbul uçuşlarını həyata keçirmək istəmişlər. Lakin “X27” şirkətinin əməkdaşı bildirmişdir ki, onlar (turistlər) gediş uçuşunu (İstanbul-Roma 18 mart 2023, saat 18:05-18:40 Tk1863 saylı səfərini) istifadə etmədikləri üçün geri dönüş biletlərini istifadə edə bilməzlər. Burada bir halı nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı MMC-nin direktoru Əli Məhərrəmov “X27” şirkətinin rəsmi internet səhifəsindən biletləri yoxlamış və sözügedən 4 biletin saytda aktiv olduğu aşkar olunmuşdur, hətta, oturacaq nömrələri də müəyyən olunaraq saytda qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, İddiaçı MMC şirkəti məcbur olaraq, turistlər üçün yenidən biletlər (bilet nömrələri: **********836 hasanova shafiga, **********834 hasanova fidan, **********837 sadikhova aynur, **********835 hasanova irada) almışdır. Beləliklə, nəzərə çatdırmaq istəyir ki, 18 mart 2023-cü il tarixdə Tk1361 saylı uçuşun viza ilə əlaqədar həyata keçirilməsinə şərait yaradılmadığı üçün digər biletlərdə də problemlər yarandı, turistlər həm Roma şəhərindəki səyahət planından kənara çıxmaq məcburiyyətində qaldılar, həm də mənəvi zərər gördülər, o cümlədən, böyük məbləğdə pul itkisi yaşadılar və bu məsələdə İddiaçı MMC-ni təqsirli hesab etdilər, həmçinin, bəzi sosial şəbəkələrdə yaşanmış bu xoşagəlməz hadisə işıqlandırılaraq, (guya) İddiaçı MMC-nin təqsirli olması qeyd olunmuş və bununla da İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gəlmişdir. Xüsusilə qeyd etmək istəyirlər ki, İddiaçı MMC tərəfindən Almaniya Respublikasının Azərbaycandakı səfirliyinə müraciət olunmuş, qeyd olunan hadisə barədə məlumat verilmiş və səfirlikdən bildirilmişdir ki, vizanı Almaniya səfirliyindən alınmış olması ilk olaraq, yalnız Almaniya Respublikasına səfər edə biləcəkləri anlamına gəlmir və öz istəklərinə uyğun olaraq, ilk istədikləri digər Avropa ölkəsinə səfər edə bilərlər. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz verərək, İddiaçı MMC-nin cavabdeh X27 X21 Sözleşmesi” Şirketinin AR-dakı “X27” Nümayəndəliyinə qarşı 15.000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırki işin hallarına görə iddiaçı turoperator/turagentdir və turistlər üçün səfərlər təşkil etməklə məşğuldur. Onun Avropa səyahəti təşkil etdiyi 4 nəfər fiziki şəxs səyahət sənədləri düzgün olmadığına görə cavabdeh tərəfindən uçuşa qəbul edilməmişdir. Sərnişinlər öz vəsaitləri hesabına yenidən bilet almaqla son məntəqə olan İtaliya Respublikasına gediblər və geri qayıdan zaman da uçuş kuponlarından ardıcıl istifadə edilməməsi səbəbindən biletlər etibarsız olduğuna görə yeni biletlər almaq məcburiyyətində qalıblar. Qeyd edirlər ki, uçuşa buraxılmayanlar 4 nəfər sərnişindir və nəticədə əlavə xərclər çəkən də onlardır, amma cavabdehə qarşı iddia qaldıraraq sərnişinlərin çəkdikləri xərcləri tələb edən turoperator/turagentdir. Bu mənada hesab edirlər ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu hal (turoperator/turagentin üçüncü şəxslərin (sərnişinlərin) çəkdiyi xərcin əvəzini tələb etməsi) onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək ümumiyyətlə mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin fərziyyə olaraq hesab etsələr ki, iddiaçının iddia tələbini qaldırmaq üçün subyektiv hüququ mövcuddur, bu təqdirdə də iddia tələbi təmin edilməməlidir. Aşağıdakılarla onun əsassızlığı sübut edilir. Qeyd edirlər ki, əsaslandırmanı 2 əsas hissəyə bölürlər: 1) Sərnişinlər viza rejimi qaydalarını pozmuşdur; 2) Cavabdeh bu səbəbdən onları uçuşa buraxmamaqda haqlı idi.
1. Birinci məsələ ilə bağlı qeyd edirlər ki, sərnişinlər Avropa İttifaqına üzv olan İtaliya Respublikasına uçuş etmək istəyirdilər, amma tələb olunan şengen vizası İtaliya Respublikasından deyil, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən alınmışdır. Halbuki, heç uzağa getmədən elə Səfirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş “Şengen vizası üçün müraciət etməyə dair ümumi məlumatlar”a nəzər saldıqda müəyyən edilir ki, sərnişinlər İtaliya Respublikasına getmək üçün tələb olunan viza rejimi qaydasını pozublar. Belə ki, həmin sənəddə “Hansı hallarda mən viza üçün Alman Səfirliyinə müraciət etməliyəm?” adlı 4-cü sual qeyd edilmişdir. Həmin sualın cavabı aşağıdakı formada verilmişdir: “Bakıdakı Alman Səfirliyi o halda Sizin viza müraciətiniz üçün cavabdehdir ki, Sizin daimi yaşayış yeriniz Azərbaycan ərazisindədir (daimi yaşayış yeri Azərbaycandan xaricdə olan Azərbaycan vətəndaşları viza üçün yaşadıqları yer üzrə cavabdeh olan nümayəndəliyə müraciət etməlidirlər) və - yalnız Almaniyaya səfər edirsiniz və ya - Siz müxtəlif ölkələrə səfər edəcəksiniz lakin səfərin müddətinə və məqsədinə görə Almaniya əsas səfər edəcəyiniz ölkə olacaqdır və ya - əsas səfər məqsədi yoxdur və Siz ilk əvvəl Almaniyaya səfər edəcəksiniz”. Qeyd edirlər ki, Səfirlik sözügedən ümumi məlumatları yerləşdirərkən 14 iyun 1985- ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyanı müddəalarını əsas götürmüşdür. Belə ki, həmin konvensiyanın 12.2-ci maddəsinə əsasən Şengen vizasını vermək üçün səlahiyyətli üzv dövlət prinsipcə əsas səfər ediləcək üzv dövlətdir. Əgər bu müəyyənləşdirilə bilinmirsə, viza prinsipcə ilk giriş edilən üzv dövlətin diplomatik və ya konsulluq qurumları tərəfindən verilir. Lakin hazırki halda sərnişinlər yalnız Almaniyaya səfər etməyib, Almaniya əsas səfər ediləcək ölkə deyil, Almaniya ilk giriş ölkəsi deyil. Sərnişinlər Şengen dövləti olaraq ancaq İtaliya Respublikasına səfər etmək istəyiblər. Bu təqdirdə Şengen vizasını İtaliya Respublikasının Azərbaycandakı Səfirliyindən əldə etməli olduqları halda bunu etməmişlər. Həmin səfirliyin rəsmi internet səhifəsində “Vizalar” bölməsində qeyd edilmişdir ki, Azərbaycanda yaşayan vətəndaşlar və daimi yaşayış icazəsi olan əcnəbilər viza üçün müraciət edə bilərlər. İtaliya Respublikasından əlavə, bu Səfirlik Şengen vizalarının verilməsi üçün Maltanı da təmsil edir. Göründüyü kimi, İtaliya Respublikasına səfər üçün şengen viza və yaxud milli vizanı sözügedən səfirlikdən əldə etmək mümkün idi, lakin tələb olunan viza Səfirlikdən alınmışdır.
2. Cavabdehin sərnişinləri uçuşa qəbul etməməkdə haqlı olmasına gəldikdə isə 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyanın 26cı maddəsi, həmin maddəni tamamlayan X6 2001/51/EC saylı, 28 iyun 2001-ci il tarixli Direktivi, Türkiyə Respublikası Mülki Aviasiya Baş Müdürlüyünün Havalimanları/Havaalanları yerüstü xidmətləri təlimatı (bundan sonra “Təlimat-1”) və Hava limanları yerüstü xidmət növləri və spesifikasiyalarına dair təlimatı (bundan sonra “Təlimat- 2”), həmçinin, Cavabdehin Sənişinin və Baqajın Daşınması üzrə Ümumi Şərtləri buna əsas verir. Belə ki, Təlimat-1-in 1-ci maddəsinə əsasən bu təlimatın məqsədi; havalimanları/havaalanları yerüstü xidmətlərinin beynəlxalq səviyyədə həyata keçirilməsini təmin etmək üçün tətbiq ediləcək qayda və əsasları müəyyən etmək və bu xidmətlərlə əlaqədar səlahiyyətləndirmə və nəzarət etmə əsasları ilə yerüstü xidmətlərin tariflərini tənzimləməkdir. Həmin təlimatın 2-ci maddəsinə əsasən bu Təlimat; havalimanı/havaalanı və/və ya terminal idarəçiliyi ilə məşğul olan dövlət qurum və təşkilatlarla fiziki və hüquqi şəxsləri, bu təlimatda göstərilən şərtləri təmin edərək, fəaliyyət lisenziyası əldə edən təşkilatları, hava yolu daşıyıcılarını və bu təlimat əsasında fəaliyyət göstərən digər təşkilatları əhatə edir. Həmin təlimatın “Məsuliyyət” adlı 6.1-ci maddəsinə əsasən Bu təlimatdakı öhdəliklərin yerinə yetirilməsinə görə havalimanı/havaalanı idarəçiləri, yerüstü xidmət qurumları ilə hava daşıyıcıları məsuliyyət daşıyır. Təlimat-2-nin 2-ci maddəsinə əsasən bu təlimat hava limanı idarəçiliyi ilə məşğul olan qurumlara, yerüstü xidmətlər göstərən qurumlara və hava daşıyıcılarına aiddir. Onun 4.2.2-ci maddəsinə əsasən qarşılıqlı razılaşdırıldığı kimi yerüstü xidmətlər göstərən şirkət üzərinə məsuliyyət yüklənilmədən uçuşla (larla) bağlı səyahət sənədlərini (pasport, viza, peyvənd sertifikatı və digər sənədlər) yoxlamalıdır. Təlimatlardan göründüyü kimi, Türkiyə Respublikasında təsis edilmiş Cavabdeh hava limanlarında sərnişinlərin viza da daxil olmaqla bütün səyahət sənədlərini yoxlamalıdır, bu Türkiyə Respublikası tərəfindən onların üzərinə qoyulan öhdəliklərdən biridir. Bundan əlavə qeyd edilməlidir ki, sərnişinlərin səyahət etmək istədiyi İtaliya Respublikası giriş-çıxışı xüsusi olaraq tənzimlənən Şengen ərazisinə daxildir. Bu məqsədlə Şengen ərazisinə daxil olan dövlətlər bir araya gələrək bir sıra sazişlər imzalayıblar. Onlardan biri 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyadır. Həmin konvensiyanın 26-cı maddəsinə əsasən Üzv dövlətlər 31 yanvar 1967-ci il tarixli X26 ilə əlavələr edilən 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə konvensiyasına daxil olmaları nəticəsində yaranan öhdəlikləri nəzərə alaraq aşağıdakı qaydaları öz milli qanunvericiliklərinə inteqrasiya etməlidirlər: a) Əgər əcnəbilərin (üçüncü ölkə vətəndaşları) Üzv dövlətlərdən hər hansı birinin ərazisinə girişinə imtina verilirsə, onları sərhədə hava, su, yaxud quru yolla gətirən daşıyıcı dərhal onlara görə cavabdehliyi təmin etməyə məcbur ediləcəkdir. Sərhəd nəzarət əməkdaşlarının tələbi ilə daşıyıcı əcnəbiləri yola düşmə məntəqəsi olan üçüncü ölkəyə yaxud səyahətlərinin əsasını təşkil edən səyahət sənədini verən üçüncü ölkəyə yaxud onları qəbul edəcəklərinə əmin olduqları digər hər hansı üçüncü ölkəyə geri qaytarmağa məcbur ediləcəkdir. b) Daşıyıcı hava yaxud su yolu ilə daşınan əcnəbilərin Üzv dövlətlərin ərazisinə daxil olmaq üçün zəruri olan səyahət sənədlərinə malik olmalarını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcburdur. Üzv dövlətlər 31 yanvar 1967-ci il tarixli X26 ilə əlavələr edilən 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə konvensiyasına daxil olmaları nəticəsində yaranan öhdəlikləri əsas götürməklə onların konstitusiya qanunlarına uyğun olaraq üçüncü ölkələrdən hava yaxud su yolu ilə zəruri səyahət sənədlərinə malik olmayan əcnəbiləri onların ərazisinə gətirən daşıyıcılara cərimələr tətbiq etməyi öhdələrinə götürürlər. Üzv dövlətlər sözügedən maddəni tamamlamaq üçün ayrıca direktiv də imzalayıblar. X6 2001/51/EC saylı, 28 iyun 2001-ci il tarixli sözügedən direktivinə əsasən giriş bölməsinin 1-ci hissəsinə əsasən qanunsuz miqrasiyanın qarşısını effektiv şəkildə almaq üçün, bütün üzv dövlətlər tərəfindən onların ərazisinə xarici ölkə vətəndaşlarını daşıyan daşıyıcıların öhdəliklərini müəyyən edən müddəaların qəbul edilməsi zəruridir. Bundan əlavə, bu məqsədin effektivliyini təmin etmək üçün, daşıyıcıların öz nəzarət öhdəliklərini yerinə yetirmədiyi hallara görə üzv dövlətlərin onlara tətbiq etdiyi maliyyə cərimələri üzv dövlətlərin arasındakı hüquq sistemlərindəki və təcrübələrindəki fərqlər nəzərə alınmaqla mümkün dərəcədə bir-birinə uyğunlaşdırılmalıdır. Direktivin 1-ci maddəsinə əsasən Bu direktivin məqsədi 19 iyun 1990-cı ildə Şengendə imzalanan 14 iyun 1985-ci il tarixli Şengen sazişinin tətbiqinə dair Konvensiyanın 26-cı maddəsini tamamlamaq və onların tətbiqi ilə bağlı müəyyən şərtləri müəyyən etməkdir. Direktivin 3-cü maddəsinə əsasən üzv dövlətlər girişi rədd edilən üçüncü ölkə vətəndaşının geri qaytarılmasını təmin edə bilməyən daşıyıcıları sonrakı birbaşa daşıma üçün vasitələr tapmağa və onun xərclərini qarşılamağa, əgər sonrakı birbaşa daşıma mümkün deyilsə, üçüncü ölkə vətəndaşının geri qaytarılma və qonaqlama xərclərini qarşılamağa məcbur edən tədbirlər görməlidirlər. Direktivin 4-cü maddəsinə əsasən üzv dövlətlər Şengen Konvensiyasının 26(2) və (3) maddələrinin müddəalarına əsasən daşıyıcılara tətbiq olunan cərimələrin çəkindirici, effektiv və proporsional olmasını və aşağıdakıları təmin etmək üçün zəruri tədbirlər göstərəcək: (a) Hər bir sərnişin üçün tətbiq oluna bilən maliyyə cərimələrinin maksimum məbləğinin 5000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını, və ya (b) Həmin cərimələrin minimum məbləğinin hər bir sərnişin üçün 3000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını, və ya (c) Daşınan şəxslərin sayından asılı olmayaraq hər bir pozuntu üçün birdəfəlik məbləğ kimi təyin olunan cərimənin maksimum məbləğinin 500.000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını. Üçüncü ölkə vətəndaşı beynəlxalq müdafiə tələb etdikdə 1-ci bənd üzv dövlətlərin öhdəlikləri nəzərə alınmaqla tətbiq edilir. Direktivin 5-ci maddəsinə əsasən Bu Direktiv üzv dövlətlərə 26(2) maddəsinin, Şengen Konvensiyasının 3- cü maddəsinin və bu Direktivin 2-ci maddəsinin müddəaları üzrə təyin olunan vəzifələrə əməl etməyən daşıyıcılar üçün nəqliyyat vasitəsinin immobilizasiyası, müsadirəsi və konfiskasiyası, və ya qüvvədə olan lisenziyanın müvəqqəti dayandırılması və ya imtinası kimi digər növ cərimələri cəlb edən digər tədbirləri qəbul etməyi və ya saxlamağı qadağan etməyəcək. Göründüyü kimi, Şengen ərazisinə daxil olan dövlətlər üçüncü ölkə vətəndaşlarının səyahət sənədlərinin mövcudluğuna nəzarət öhdəliyini daşıyıcıların üzərinə qoyublar və bu öhdəliyin yerinə yetirilməməsi daşıyıcıların həmin şəxslərin geri qaytarılmasını, bu mümkün olmadıqda sonrakı birbaşa daşımanın təşkil edilməsini, bu da mümkün olmadıqda üzv dövlətdə qonaqlamanın təşkil edilməsini təmin etməyə məcbur edəcəkdir. Bunlardan əlavə daşıyıcı hər bir sənədsiz sərnişin üçün minimum 3000 avro məbləğində cərimə ilə üzləşəcəkdir. Hələ daşıyıcının hava gəmisinin immobilizasiya, müsadirə, konfiskasiya və ya lisenziyasının dayandırılması kimi məsuliyyət tədbirləri ilə qarşılaşmaq riski də yüksəkdir. 25 iyul 1998–ci il tarixli 286 saylı İmmiqrasiyanın tənzimlənməsinə dair müddəaların və əcnəbilərin vəziyyəti ilə bağlı qaydaları tənzimləyən İtaliya Respublikasının Qanunvericilik Fərmanına əsasən Avropa Parlamentinin və Şuranın 9 mart 2016-cı il tarixli 2016/399 saylı Əsasnaməsi (Aİ) ilə müəyyən edilmiş Şengen sərhəd kodu ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq dövlət ərazisinə girişə icazə pasportu və ya ona bərabər etibarlı səyahət sənədi olan əcnəbilərə, həmçinin Avropa Parlamentinin və Şuranın 2018/1240 saylı Qaydasının (Aİ) 3(1)(5)-də istinad edilən giriş vizası və ya səyahət icazəsi, ((12 sentyabr 2018-ci il) )) və ya Şuranın 13 iyun 2002-ci il tarixli 1030/2002 nömrəli Qaydasına uyğun olaraq hazırda qüvvədə olan yaşayış icazəsi olan şəxslərə verilir. İtaliya Respublikası 7 aprel 2003-cü il tarixli, 87 nömrəli Fərmanla Direktivi qəbul etmiş və Miqrasiya Məcəlləsinə əlavələr edərək öhdəliklərini pozan daşıyıcılar üçün bir sərnişinə görə minimum 3500 avro, maksimum 5500 avro cərimə məbləği müəyyən etmişdir. Cavabdeh rəsmi internet səhifəsində yerləşdirdiyi Daşıma şərtlərində də səyahət sənədi düzgün olmayan sərnişinlər üçün bir sıra qaydalar müəyyən etmişdir. Daşıma qaydalarının 2-ci bəndinə əsasən 2.2-2.5-ci bəndlər istisna olmaqla, Daşıyıcı tərəfindən hava nəqliyyatı ilə ödənişli qaydada həyata keçirilən bütün Sərnişin və Baqaj daşınmalarına buradakı X18 tətbiq edilir. Daşıma şərtlərinin 3.1-ci maddəsinə əsasən sərnişin Bileti, başqa hallar sübuta yetirilənə qədər Daşıyıcı ilə Biletdə məlumatları yazılmış Sərnişin arasında daşıma müqaviləsinin mövcudluğu prezumpsiyasını təşkil edir. Biletdə göstərilən müqavilə şərtləri bu X3 bəzi qaydaların qısaldılmış formasıdır. Daşıma şərtlərinin 8-ci bəndinə əsasən ümumiyyətlə Sərnişin əvvəlki reyslərdə 8-ci və 12-ci maddələrin tələblərini pozarsa və uçuşa icazə verilməsinin Daşıyıcıdan gözlənilməsi mümkün olmayan hallar yaranarsa, Daşıyıcı öz mülahizəsinə əsasən Sərnişini öz reyslərinə qəbul etməkdən imtina etmək hüququna malikdir. Daşıyıcı belə hallarda Sərnişinə Bilet satmayacaq. Sərnişin bu qadağa qərarının olmasına baxmayaraq hər hansı bir şəkildə Bilet alıb reysə qəbul edildikdə, Biletin etibarlı olması və qaydalara uyğun hazırlanması şərti ilə yalnız Bilet üçün ödənilmiş rüsum ona qaytarılacaq və Sərnişinin başqa heç bir kompensasiya almaq hüququ olmayacaq. Daşıyıcı bundan əlavə təhlükəsizlik səbəbi ilə və ya öz mülahizəsinə görə, aşağıdakı və ya oxşar hallarda Sərnişin və ya Sərnişin baqajını daşımaqdan imtina edə bilər: 8.1.1. Əgər bu cür imtina yola düşmə, təyinat və ya tranzit ölkəsi və ya dövlətlərin hər hansı qüvvədə olan qanununa, qaydasına və ya qərarlarına riayət etmək üçün zəruri olarsa, ... Daşıma şərtlərinin 14-cü bəndinə əsasən Sərnişin çıxış və təyinat ölkələrinin və ya onların uçduqları ölkələrin qanunlarına, əsasnamələrinə, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət tələblərinə, eləcə də Daşıyıcı Qaydalarına və təlimatlarına əməl etmək üçün məsuliyyət daşıyır. Bu qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə əməl olunması və ya vizanın və ya lazımi sənədlərin alınmasına görə yazılı olub-olmamasından asılı olmayaraq, Daşıyıcının hər hansı personalı və ya Agentliyi tərəfindən göstərilən yardım və verilən məlumatlara və ya Sərnişinin viza və ya digər sənədləri ala bilməməsinə və ya bu qanunlara, əsasnamələrə, əmrlərə, tələblərə, şərtlərə, qaydalara və tapşırıqlara Sərnişinin əməl etməməsindən irəli gələn nəticələrə görə Daşıyıcı məsuliyyət daşımır. Geriş dönüş biletlərindən istifadənin mümkün olmamasına gəldikdə isə Daşıma şərtlərinin 3.3-cü bəndinə əsasən X7 yalnız Biletdə göstərilən yola düşmə gediş yerindəki ardıcıllıqla qəbul edəcək. 3.3.2. Beynəlxalq Bilet kuponlarda göstərilən yola düşmə gediş nöqtəsindən razılaşdırılmış dayanacaqlar daxil olmaqla, səyahətin təyinat nöqtəsinə qədər daşınma üçün etibarlıdır. Uçuş və ya baqaj kuponları yalnız müvafiq ardıcıllıqla istifadə edilə bilər. Kuponlar göstərilən ardıcıllıqla istifadə edilmədikdə, bilet etibarlılığını itirir və istifadə edilə bilməz. Sərnişinlər İstanbul-Roma uçuş kuponundan istifadə etmədikləri üçün Milan- İstanbul-Bakı uçuş kuponları etibarlılığını itirmiş və ondan istifadə mümkün olmamışdır. Göründüyü kimi, sərnişinlər tərəfindən İtaliya Respublikasına səfər üçün tələb olunan viza rejimi qaydaları pozulmuşdur və Cavabdeh bu səbəbdən onları uçuşa buraxmamaqda haqlı idi. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı MMC vurulmuş maddi və mənəvi zərərə görə, ümumilikdə 15.000 manat məbləğində cavabdeh "X27" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda, iddia tələblərinin dəqiqləşidirilməsi barədə ərizə vermək zərurəti yaranmışdır. Belə ki, Bakı-İstanbul-Roma, Milan-İstanbul- Bakı istiqamətində alınmış aviabiletlərə görə ümumilikdə 1282*4=5128 manat məbləğində ödəniş edilmiş, lakin cavabdeh yalnız sözügedən reysin yalnız Bakı-İstanbul hissəsində sərnişindaşımanı həyata keçirmiş, digər hissələrdə qanunsuz olaraq, bundan imtina etmişdir. Bu səbəbdən gediş və gəlişi 4 reys nəzərdə tutsalar, orta hesabla 5128 manat məbləğdən yalnız 1 reysini icra etmiş, yerdə qalan (5128-1282=3846 manat) reyslərin ödənişi edilməsinə baxmayaraq, icra edilməmişdir. Daha sonra, iddiaçı məcbur olaraq, İstanbul-Münxen və Milan-İstanbul-Bakı biletlərinə ümumilikdə (1882*4+510*4=9568 manat) və yol-nəqliyyat (Qatar və taksi xərcləri) 176 manat xərc çəkmişdir. Lakin, qeyd olunanlarla bağlı cavabdehdən ödənişlər məhkəmədən kənar tələb edilməsinə baxmayaraq, sonuncu tələblərini təmin etmədiyindən məcbur olaraq, məhkəməyə müraciət etmişlər və bu zaman 1200 manat hüquqi yardıma görə, 210 manat mediasiya xərclərinə görə ödənişlər edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh "X27" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən icra edilməmiş reyslərə görə 3846 manat, əlavə alınan İstanbul-Münxen və Milan-İstanbul-Bakı aviabiletlərinə görə ümumilikdə 9568 manat məbləğində və yol-nəqliyyat (Qatar və taksi xərcləri) xərclərinə görə 176 manat məbləğində, həmçinin, hüquqi yardıma görə 1200 manat məbləğində, mediasiya xərclərinə görə 210 manat məbləğində, ümumilikdə 15.000 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin izahatında sərnişinlərin aviabiletləri “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyindən birbaşa əldə etmədiklərini, turizm şirkətinin vasitəçiliyi ilə aviabiletlərin əldə edildiyini və bunun əvəzində sərnişinlər turizm şirkətinə qonorar ödədiklərini, onlar sərnişinlərə zərərin dəyərini ödədiklərini, həmin sübutları təqdim edəcəklərini bildirmişdir. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onlar həm icra edilmiş həm də icra edilməmiş uçuşların dəyərini tələb edirlər. Belə ki, cavabdeh əsassız olaraq sərnişinləri təyyarəyə buraxmayıb və buna görə əlavə olaraq İstanbul-Münxen biletləri almaq məcburiyyətində qalmışlar. Sonuncu biletlər üzrə səfərlər həyata keçirilib, lakin bu əlavə xərc idi. Sərnişinlərə sonradan havalimanında biletin təsdiq edildiyi və Milandan qayıdanda problem olmayacağı bildirilib. İddiaçının qanuni təmsilçisi X8 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ə.Məhərrəmov həmçinin izahatında sərnişinlərin Türkiyə Respublikasında şəxsi səbəblərdən uçuşa gecikdiklərini, daha sonra cərimə ödəyib yeni bilet aldıqlarını bildirmişdir. Ə.Məhərrəmov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onlar Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyi ilə müqavilələri yoxdur. "xxxx" MMCnin cavabdeh ilə müqavilə münasibətləri var. Onlar subagentdirlər. Fidan Həsənova onlara ödəniş edib, onlar da "xxxx" MMC- nəğd ödəmişlər. Sindibad şirkətindən biletləri sərnişinlər əldə edib. Onların sərnişinlər qarşısında öhdəliklərinə vizaya dəstək da daxil idi. İtalya Səfirliyində növbə ala bilməmələri, Alman Səfirliyində isə canlı növbə olması səbəbilə Alman Səfirliyinə müraciət etmişlər. Sərnişinlərin dəymiş zərərə görə ödəniş edilməsi üçün onlara müraciət edilməsinə səbəb vasitəçi xidmətlərinin onlar tərəfindən göstərilməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Vəkil2 həmçinin izahatında bildirmişdir ki, İddiaçı MMC-nin nlara qarşı iddia irəli sürmək hüququ yoxdur, sərnişinlər isə onlara qarşı iddia tələbi irəli sürməyib, iddiaçının onlara qarşı tələbi ola bilməz. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, sərnişinlərin vizası Alman səfirliyindən alındığından və sərnişinlər Almaniyadan İtaliyaya gedəcəklərini təsdiq edən sənəd təqdim etmədiyindən daşıyıcı onları uçuşa buraxmamışdır. X6 direktivinə əsasən sərnişinlərin sənədləri qaydasında olmayan sərnişinlərin İtaliya Respublikasına gətirdiyinə görə daşıyıcı şirkətin üzərinə yüksək məb ləğdə cərimələr qoyulacaqdı. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: X19 Müdürlüğü (Mülki Aviasiya Baş İdarəsi) tərəfindən xx.xx.2017-ci il tarixdə nəşr (təsdiq) edilmiş X9 Türleri ve Detayları Talimatının (Havalimanları Yerüstü Xidmət Növləri və Spesifikasiyalarına dair Təlimatının) (o cümlədən çıxarışının): 4.2.2-ci maddəsinə əsasən qarşılıqlı razılaşdırıldığı kimi yerüstü xidmətlər göstərən şirkət üzərinə məsuliyyət yüklənilmədən uçuşla (larla) bağlı səyahət sənədlərini (pasport, viza, peyvənd sertifikatı və digər sənədlər) yoxlamalıdır. Havalimanları/X2 Yönetmeliğinin (SHY-22) (Havalimanları Yerüstü Xidmətlər Təlimatının (o cümlədən çıxarışının)): 6-cı maddəsinə əsasən bu təlimatdakı öhdəliklərin yerinə yetirilməsinə görə havalimanı/havaalanı idarəçiləri, yerüstü xidmət qurumları ilə hava daşıyıcıları məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixdə nəşr edilmiş “X27” A.O-nun (Anonim Ortaklığı) “Sərnişin və baqajın daşınması üzrə” Ümumi şərtlərinin: 1-ci maddəsinə əsasən “Daşıyıcı” dedikdə bileti verən aviadaşıyıcı və ya sərnişini və/və ya onun baqajını daşıyan və ya daşımağı öhdəsinə götürən aviadaşıyıcılardan hər biri, “Səlahiyyətli agent” dedikdə isə daşıyıcı tərəfindən hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin satışı ilə bağlı daşıyıcını təmsil etmək səlahiyyətinə malik olan və icazə verildiyi təqdirdə digər daşıyıcılar da daxil olmaqla, daşıma xidmətlərini satan sərnişin satışı agentliyi başa düşülür. Daşıma şərtlərinin: 3.3-cü bəndinə əsasən X7 yalnız biletdə göstərilən yola düşmə gediş yerindəki ardıcıllıqla qəbul edəcək. 3.3.2. Beynəlxalq Bilet kuponlarda göstərilən yola düşmə gediş nöqtəsindən razılaşdırılmış dayanacaqlar daxil olmaqla, səyahətin təyinat nöqtəsinə qədər daşınma üçün etibarlıdır. Uçuş və ya baqaj kuponları yalnız müvafiq ardıcıllıqla istifadə edilə bilər. Kuponlar göstərilən ardıcıllıqla istifadə edilmədikdə, bilet etibarlılığını itirir və istifadə edilə bilməz. 8.1-ci maddəsinə əsasən ümumiyyətlə sərnişin əvvəlki reyslərdə 8-ci və 12-ci maddələrin tələblərini pozarsa və uçuşa icazə verilməsinin daşıyıcıdan gözlənilməsi mümkün olmayan hallar yaranarsa, daşıyıcı öz mülahizəsinə əsasan sərnişini öz reyslərinə qəbul elməkdən imtina etmək hüququna malikdir. Daşıyıcı belə hallarda sərnişinə bilet satmayacaq. Sərnişin bu qadağa qərarının olmasına baxmayaraq hər hansı bir səkildə bilet alıb reysə qəbul edildikdə, biletin etibarlı olması va qaydalara uyğun hazırlanması şərti itə yalnız bilet üçün ödənilmiş rüsum ona qaytarılacaq və sərnişinin başqa heç bir kompensasiya almaq hüququ olmayacaq. Daşıyıcı bundan əlavə təhlükəsizlik səbəbi ilə və ya öz mülahizəsinə gorə, aşağıdakı və ya oxşar hallarda sərnişin və ya sərnişin baqajını daşımaqdan imtina edə bilər: 8.1.1. Əgər bu cür imtina yola düşmə, təyinat və ya tranzit ölkəsi və ya dövlətlərin hər hansı qüvvədə olan qanununa, qaydasına və ya qərarlarına riayət etmək üçün zəruri olarsa. 14.1-ci maddəsinə əsasən sərnişin çıxış və təyinat ölkələrinin və ya onların uçduqları ölkələrin qanunlarına, əsasnamələrinə, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət tələblərinə, eləcə də Daşıyıcı Qaydalarına va təlimatlarına əməl etmək üçün məsuliyyət daşıyır. Bu qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə əməl olunması və ya vizanın və ya lazımi sənədlərin alınmasına görə yazılı olub-olmamasında asılı olmayaraq, Daşıyıcının hər hansı personalı və ya Agentliyi tərəfindən göstərilən yardım və verilən məlumatlara və ya sərnişinin viza və ya digər sənədləri ala bilməməsinə və ya bu qanunlara, əsasnamələrə, əmrlərə, tələblərə, şərtlərə, qaydalara və tapşırıqlara Sərnişinin əməl etməməsindən irəli gələn nəticələrə görə Daşıyıcı məsuliyyət daşımır. 14.2-ci maddəsinə əsasən Sərnişin müvafiq ölkələrin qanunlarına, qaydalarına, əmrlərinə, tələblərinə uyğun olaraq tələb olunan bütün çıxış, giriş, sağlamlıq və digər məsələlərlə bağlı sənədləri təqdim etməyə məcburdur. Daşıyıcı qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə uyğun olmayan və ya sənədləri bu qaydalara uyğun gəlməyən və ya Daşıyıcıya həmin sənədlərin surətini çıxarıb saxlamağa icazə verməyən Sərnişini daşımaqdan imtina etmək hüququnu və ya bu səbəbdən ona hər hansı zərər dəydiyi təqdirdə zərəri Sərnişinə yönəltmək hüququnu özündə saxlayır. 14.3-cü maddəsinə əsasən sərnişinin təyinat ölkəsi və ya tranzit ölkəsi olmasından asılı olmayaraq hər hansı ölkədə qəbul edilməməsi səbəbindən Daşıyıcıdan Sərnişin, yenidən səyahətin başlanğıc nöqtəsinə və ya başqa yerə aparması dövlət qərarı və ya qanunla tələb olunarsa, Sərnişin müvafiq gediş haqqını ödəməlidir. Daşıyıcı daşımanın istifadə olunmamış hissəsi üçün Sərnişin tərəfindən ödənilmiş pulu və ya Sərnişinin Daşıyıcıda olan hər hansı pul və ya debitor borcunu daşıma haqqı kimi istifadə edə və ya əvəzi kimi saxlaya bilər. Ölkəyə girişə icazə verilmədiyi və ya Sərnişinin ölkədən çıxarıldığı yerlərə qədər daşınması üçun Daşıyıcının aldığı rüsum Daşıyıcı tərəfindən geri qaytarılmır. 14.4-cü maddəsinə əsasən sərnişinin müvafiq ölkələrin qanunlarına, qaydalarına, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət şərtlərinə əməl etməməsi və ya tələb olunan sənədləri təqdim etməməsi səbəbindən Daşıyıcıdan hər hansı cəriməni ödəməsi və ya verməsi və ya har hansı xərcləri ödəməsi tələb olunarsa, Sərnişin bu qayda ilə Daşıyıcıya qarşı hesablanmış, Daşıyıcı tərəfindən ödənilmiş və ya verilmiş məbləği və ya çəkilmiş hər hansı xərci dərhal Daşıyıcıya ödəməlidir. Daşıyıcı daşımanın istifadə olunmamış hissəsi üçün Sərnişin tərəfindən ödənilmiş pulu və ya Sərnişinin Daşıyıcıda olan har hansı pul və ya debitor borcunu həmin daşıma haqqı kimi istifada edə və ya əvəzi kimi saxlaya bilər. 16.3-cü maddəsinə əsasən Konvensiyanın tətbiq edilib-edilməməsindən asılı olmayaraq, yuxarıda göstərilən müddəalara zidd olmamaq şərtilə: 16.3.3. Daşıyıcı Qanunun tələblərinin və ya Hökumət qərarlarının, tələblərinin və ya şərtlərinin icrası nəticəsində dəyən hər hansı zərərə görə, eyni qayda ilə Sərnişinin onlara tam əməl etməməsi nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır. 16.3.5. Daşıyıcının məsuliyyəti, məsuliyyət həddini aşmamaq şərti ilə sübut edilmiş faktiki zərərin məbləği ilə məhdudlaşır. Daşıyıcı hər hansı digər dolayı zərərə görə məsuliyyət daşımır. Almaniya Federativ Respublikası tərəfindən Aynur Sadıxovaya, İradə Həsənovaya, Fidan Həsənovaya və Şəfiqə Həsənovaya verilmiş vizalardan görünür ki, verilmiş vizalar Şengen C tipli vizalardır və Aynur Sadıxovaya verilmiş vizanın müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək, İradə Həsənovaya, Fidan Həsənovaya və Şəfiqə Həsənovaya verilmiş vizaların müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədəkdir. X27 tərəfindən verilmiş Aynur Sadıxovanın elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı Heydər Əliyev adına X10 Hava Limanına, elə həmin tarixdə X11 Roma (İtaliya) Hava Limanına, xx.xx.2023-cü il tarixdə isə Milan (İtaliya) X10 Hava Limanına, elə həmin tarixdə X11 Bakı Heydər Əliyev adına Hava Limanına uçuşun ümumi dəyəri 1.282,27 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311128 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabileti üçün Aynur Sadıxova tərəfindən 1.282,27 manat ödəniş edilmişdir. X27 tərəfindən verilmiş İradə Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı Heydər Əliyev adına X10 Hava Limanına, elə həmin tarixdə X11 Roma (İtaliya) Hava Limanına, xx.xx.2023-cü il tarixdə isə Milan (İtaliya) X10 Hava Limanına, elə həmin tarixdə X11 Bakı Heydər Əliyev adına Hava Limanına uçuşun ümumi dəyəri 1.282,27 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311130 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabileti üçün İradə Həsənova tərəfindən 1.282,27 manat ödəniş edilmişdir. X27 tərəfindən verilmiş Fidan Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı Heydər Əliyev adına X10 Hava Limanına, elə həmin tarixdə X11 Roma (İtaliya) Hava Limanına, xx.xx.2023-cü il tarixdə isə Milan (İtaliya) X10 Hava Limanına, elə həmin tarixdə X11 Bakı Heydər Əliyev adına Hava Limanına uuçuşun ümumi dəyəri 1.282,27 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311131 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabileti üçün Fidan Həsənova tərəfindən 1.282,27 manat ödəniş edilmişdir. X27 tərəfindən verilmiş Şəfiqə Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı Heydər Əliyev adına X10 Hava Limanına, elə həmin tarixdə X11 Roma (İtaliya) Hava Limanına, xx.xx.2023-cü il tarixdə isə Milan (İtaliya) X10 Hava Limanına, elə həmin tarixdə X11 Bakı Heydər Əliyev adına Hava Limanına uçuşun ümumi dəyəri 1.282,27 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311129 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabileti üçün Şəfiqə Həsənova tərəfindən 1.282,27 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311132 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Bakı-İstanbul-Roma və Milan-İstanbul-Bakı aviabileti üçün Firuzə Sadıxova tərəfindən 1.282,27 manat ödəniş edilmişdir. X22 tərəfindən verilmiş Aynur Sadıxovanın elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə X15 X4 X16 Limanına uçuşun ümumi dəyəri 530,80 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311134 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Sabiha-Münxen aviabileti üçün Aynur Sadıxova tərəfindən 530,80 manat ödəniş edilmişdir. X22 tərəfindən verilmiş İradə Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə X15 X4 X16 Limanına uçuşun ümumi dəyəri 530,80 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311133 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Sabiha-Münxen aviabileti üçün İradə Həsənova tərəfindən 530,80 manat ödəniş edilmişdir. X22 tərəfindən verilmiş Şəfiqə Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə X15 X4 X16 Limanına u uçuşun ümumi dəyəri 530,80 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311136 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Sabiha-Münxen aviabileti üçün Şəfiqə Həsənova tərəfindən 530,80 manat ödəniş edilmişdir. X22 tərəfindən verilmiş Fidan Həsənovanın "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə X15 X4 X16 Limanına uçuşun ümumi dəyəri 530,80 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 311135 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Sabiha-Münxen aviabileti üçün Fidan Həsənova tərəfindən 530,80 manat ödəniş edilmişdir. Trenitalia Tper tərəfindən təqdim edilən İradə Həsənovanın xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bolonya (İtaliya) şəhərindən Rimini şəhərinə qatar biletinin ümumi dəyəri 10,80 euro (yevro) təşkil edir. Trenitalia Tper tərəfindən təqdim edilən Şəfiqə Həsənovanın xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bolonya (İtaliya) şəhərindən Rimini şəhərinə qatar biletinin ümumi dəyəri 10,80 euro (yevro) təşkil edir. Trenitalia Tper tərəfindən təqdim edilən Fidan Həsənovanın xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bolonya (İtaliya) şəhərindən Rimini şəhərinə qatar biletinin ümumi dəyəri 10,80 euro (yevro) təşkil edir. Trenitalia Tper tərəfindən təqdim edilən Aynur Sadıxovanın xx.xx.2023-cü il tarixli elektron biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bolonya (İtaliya) şəhərindən Rimini şəhərinə qatar biletinin ümumi dəyəri 10,80 euro (yevro) təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 632609 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, aviabilet üçün Şəfiqə Həsənova tərəfindən 1.882,58 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 632610 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, aviabilet üçün Sadıqova Aynur tərəfindən 1.882,58 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 632611 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, aviabilet üçün Fidan Həsənova tərəfindən 1.882,58 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 632612 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, aviabilet üçün İradə Həsənova tərəfindən 1.882,58 manat ödəniş edilmişdir. Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı (Bakı şəhərindəki) səfiriliyinin baku.diplo.de portalından əldə edilən məlumata əsasən 1 il ərzində 180 günü əhatə edən müddət çərçivəsində, fasiləsiz ən çox 90 gün olmaqla Almaniya və ya digər Şengen dövlətlərinin ərazisində qalmaq istənilirsə (məs. işgüzar səfər, qohum və dostların yanında qonaq olmaq, turistik səfər) bu halda Şengen vizası (C-vizası) lazımdır. Üçüncü ölkəyə (qeyri-Şengen dövləti) səfər edən və Almaniyanın hər hansı hava limanında təyyarə dəyişmək istəyən Azərbaycan vətəndaşlarına beynəlxalq tranzit ərazisində qaldıqları və pasport nəzarəti məntəqəsindən keçmədikləri təqdirdə heç bir tranzit vizası lazım deyildir. Bu yalnız Frankfurt/Main və Münxen hava limanlarında habelə zaman məhdudiyyəti olmaqla Hamburq, Düsseldorf, Köln-Bonn və Berlin-Tegel hava limanlarında mümkündür. Harmony Tour MMC-nin Tur məhsullar meneceri (Elektron ünvan 1) ilə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı (Bakı şəhərindəki) səfirliyinin viza şöbəsi (mailto:kontakt@baku.diplo.deElektron ünvan 2) arasında aparılan xx.xx.2023cü il tarixli e-mail yazışmalarından görünür ki, Harmony Tour MMC (Ülkər Qəmbərova) Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı (Bakı şəhərindəki) səfirliyinə müraciət edərək, soruşmuşdur ki, “Almaniya səfirliyindən birdəfəlik viza aldıqdan sonra birinci giriş ölkəsi digər Şengen ölkəsi ola bilərmi?”, cavabında səfirliyin viza şöbəsi (S.Ortner) bildirmişdir ki, “Xeyr, belə qayda mövcud deyildir. Bu sərhəd xidməti tərəfindən yoxlanılır və onlar səfər edən şəxsin başqa ölkə üçün viza müraciəti etdikdə, viza sərhəd xidməti tərəfindən ləğv ediləcəkdir. Lakin Almaniya vizası üçün müraciət etmək, eyni viza ilə Bakı-Varşava reysi ilə uçmaq və sonra Varşavadan Almaniyaya qatar və ya avtobusla səfər etmək problem deyil”. Daha sonra Ülkər Qəmbərova soruşmuşdur ki, “Turistləri Almaniyadan birkeçidli viza almışdır və onlar X27 vasitəsilə Bakı-İstanbul-Roma reysi ilə səfər etmək istədilər. Onlara Bakıdan uçmağa icazə verildi, lakin X23 nümayəndəsi İstanbulada təyyarəyə keçid olduğu üçün onlara uçuşa icazə verməmişdir. Bununla bağlı rəsmi qayda mövcud deyildir, elə deyilmi”?, cavabında isə səfirliyin viza şöbəsi (S.Ortner) bildirmişdir ki, “Bəli, İtaliya sərhəd xidməti onlardan sonradan vizalarına istinad edərək Almaniyaya səfər edib-etməyəcəklərini yoxlaya bilər, o onlardan bunun təsdiqini məsələn Almaniyaya avtobus, qatar, təyyarə biletlərini tələb edə bilər”. İddiaçı MMC tərəfindən Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyinə ünvanlanmış pretenziya məktubuna əsasən cavabdehdən borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC, Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış bəyannamədən görünür ki, 18 mart 2023-cü il tarixdə həyata keçirilən Bakı-İstanbul-Roma və xx.xx.2023-cü il tarixdə həyata keçirilən Milan–İstanbul-Bakı uçuşları ilə bağlı (X27na aid biletlər və yaranan digər xərclər) dəymiş 8850 manat zərərin ödənilməsini (zərərin 7530 manat hissəsini yeni alınan Milan-Bakı biletlərinin dəyəri təşkil edir) İddiaçı MMC üzərinə götürmüşdür. Bu şərtlə ki, gələcəkdə məhkəmə iddiası qaldırıldığı zaman iştirakları tələb edilərsə, gəlib iştirak edilməsiniə zəmanət versinlər və qaldırılacaq iddiaya əsasən, X27 tərəfindən tələb üzrə qaytarılacaq məbləğin, tam şəkildə "xxxx" MMC-nin hesabına keçirilməsinə etiraz etməyəcəklərini yazılı şəkildə təsdiq etsinlər. Gələcəkdə məhkəmə prosesi X23 nümayəndəsi tərəfindən Milan-Bakı uçuşuna buraxılmama səbəbinin İstanbul-Roma biletləri üzərində sərnişinlər tərəfindən edilən dəyişikliklər olması təsdiq edilərsə, ödədikləri 7530 manat "xxxx" MMC-nin rəhbərinin və ya MMC-nin özünün hesabına geri qaytaracaqlarını imzaları ilə təsdiqləsinlər. Bəyannamə MMC-nin direktoru, sərnişinlərdən Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış və Həsənova Şəfiqə və Həsənova Fidan tərəfindən isə imzalanmamışdır. X24 Vəkil oğlu məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o “Aviadesk” turizm agentliyində çalışır. Agentlik İddiaçı MMC ilə əməkdaşlıq edir. İddiaçı MMC onların subagentləridir, İddiaçı MMC onlara ödəniş edir, onlar da biletləri alırlar. Şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəsində adıçəkilən sərnişinlərə bilet satışını həyata keçirməsi yadında deyil.
Əsaslandırıcı hissə:
Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyi ilə sərnişinlər Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova arasında hava nəqliyyatı ilə sərnişin daşınması müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyi sərnişinlərin xx.xx.2023-cü il tarixdə Bakı- İstanbul-Roma və xx.xx.2023-cü il tarixdə Milan-İstanbul-Bakı marşrutu üzrə aviadaşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halları həmçinin ondan ibarətdir ki, Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova xx.xx.2023-cü il tarixdə biletlərində göstərilmiş İstanbul-Roma reysinə gecikdiklərindən eyni tarixdə növbəti reysə bilet almışlar. Lakin sərnişinlər yeni aldıqları bilet əsasında İstanbul-Roma reysinə “X27”-nın nümayəndələri tərəfindən buraxılmamış və “X27” daşımanı həyata keçirməkdən imtina etməklərini sərnişinlərin İtaliya Respublikasına səyahət etdikləri halda Şengen vizasını Almaniya səfirliyindən almaqları ilə əsaslandırmışdır. Bundan sonra sərnişinlər İstanbul- Münxen biletlərini alaraq Münxen şəhərinə uçmuşlar. xx.xx.2023-cü il tarixində sərnişinlər “X27”-nın nümayəndələri tərəfindən Milan-İstanbul-Bakı marşrutu üzrə reysə buraxılmamış və daşıyıcı şirkət daşımanı həyata keçirməkdən imtinasını sərnişinlərin marşruta daxil olan əvvəlki biletlərdən ardıcıllıqla istifadə etməmələri, yəni İstanbul-Roma reysindən istifadə etməmələri ilə əsaslandırmışdır. Hazırda İddiaçı MMC sərnişinlər Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənovaya vizaya dəstək xidməti də daxil olmaqla turizm xidmətlərini göstərdiklərini keçirdiyini, cavabdeh “X27”-nın sərnişinlərin daşınmasına həyata keçirməkdən əsassız olaraq imtina etməsi nəticəsində sərnişinlərə dəymiş zərərin tərəflərindən ödənildiyini, eləcə də sərnişinlər üçün İstanbul-Münxen biletlərini öz vəsaitləri hesabına aldıqlarını əsas göstərərək sərnişinlərə dəymiş cəmi 15.000 manat məbləğində zərərin cavabdehdən onların xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüququnun olmadığını, eləcə də “X27” sərnişinlərin daşınmasından əsaslı olaraq imtina etdiyini, yəni hər iki halda sərnişinlərin daşınmasından imtina etməklə müqavilə öhdəliklərini pozuntusuna yol vermədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyi ilə sərnişinlər Aynur Sadıxova, İradə Həsənova, Fidan Həsənova və Şəfiqə Həsənova arasında bağlanmış sərnişin daşınma müqavilələrindən irəli gəlir və İddiaçı MMC həmin müqavilə üzrə tərəf qismində çıxış etmir. Bununla yanaşı İddiaçı MMC hazırkı tələbi irəli sürmək hüququ təsdiq etmək üçün istinad etdiyi bəyannaməyə münasibətdə məhkəmə qeyd edir ki, bəyannamənin məzmunu kifayət qədər aydın olmadığından həmin sənəd əsasında cavabdehlə sərnişinlər arasında bağlanmış sərnişin daşınma müqavilələri üzrə sərnişinlərə dəymiş zərərin əvəzini tələb etmək hüququnun İddiaçı MMC-yə ötürülüb-ötürülməməsi, eləcə də ötürüldüyü təqdirdə zərərin hansı hissəsinə münasibətdə ötürülməsi dair əsaslı nəticəyə gəlmək qeyrimümkündür. Digər tərəfdən sözügedən bəyannaməyə tələbin güzəşti barədə müqavilə kimi qiymət verilərsə belə, qeyd edilməlidir ki: Birincisi, həmin sənəd sərnişinlərindən ikisi Sadikova Aynur və Həsənova İradə tərəfindən imzalanmış, yəni bəyannamə əsasında yalnız sözügedən iki şəxsin cavabdehə qarşı tələb hüququ İddiaçı MMC-yə ötürülə bilərdi. İkincisi, bəyannamə İddiaçı MMC tərəfindən sərnişinlərə dəymiş 8850 manat zərərin ödənilməsi barədə tərtib edilmiş, yəni həmin bəyannamə əsasında dəymiş zərərin əvəzini tələb etmək hüququnun yalnız İddiaçı MMC tərəfindən ödənilmiş məbləğə münasibətdə ötürülməsi ehtimal edilir. Sənəddə İddiaçı MMC tərəfindən ödənilmiş 8850 manat məbləğində pulun 7530 manat hissəsinin Milan-Bakı biletlərinin dəyəri olması göstərilsə də, pulun qalan hissəsinin sərnişinlərin hansı xərclərin əvəzi olaraq ödənildiyi göstərilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında sərnişinlərə ödənilmiş pulun qalan 1320 manat hissəsinin Münxendən İtaliyaya qatar biletlərinin dəyərinin olmasını qeyd etmişdir. Beləliklə, “bəyannamə” əsasında yalnız Aynur Sadikova və İradə Həsənovaya aid Milan-Bakı biletlərinin dəyərinin (3765 manat) və İddiaçı MMC tərəfindən qarşılanmış digər xərclərinin (660 manat (1320:4nəfərx2 nəfər) ) əvəzinin cavabdehdən tələb etmək hüquqlarının İddiaçı MMC-yə ötürülməsini ehtimal etmək olar. İddiaçı MMC-yə ötürülməsi ehtimal edilən həmin tələbə münasibətdə əvvəla qeyd edilməlidir ki, Aynur Sadikova və X12-Bakı biletlərini almaqla əlavə xərc çəkməsinə zərurət həmin sərnişinlərin cavabdeh “X27” tərəfindən Milan-İstanbul reysinə buraxılmaması nəticəsində yaranmışdır. Mülki Məcəllənin: 842.1-ci maddəsinə görə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bununla bağlı məhkəmə qeyd edir ki, sərnişinlərlə bağlanmış sərnişin daşınma müqaviləsinin şərtlərində (“X27” A.O-nun (Anonim Ortaklığı) “Sərnişin və baqajın daşınması üzrə” Ümumi şərtləri) daşıyıcı tərəfindən uçuş kuponlarının yalnız biletdə göstərilən yola düşmə gediş yerindəki ardıcıllıqla qəbul edilməsi, uçuş kuponlarından göstərilən ardıcıllıqla istifadə edilmədikdə isə biletin etibarlılığını itirməsi və istifadə edilə bilməməsi nəzərdə tutulmuşdur. Hazırkı işin mübahisəsiz hallarından isə görünür ki, hazırkı halda sərnişinlər Aynur Sadikova və X13-Roma reysinə gecikməklə uçuş kuponlarından biletdə göstərilən ardıcıllıqla istifadə etməmiş, nəticədə daşıma müqaviləsinin şərtlərinə uyğun olaraq ilkin biletə daxil olan digər kuponlar qüvvəsini itirmişdir. Belə olan halda isə cavabdeh Aynur Sadikova və X17-İstanbul-Bakı reyslərinə buraxmamaqla haqlı olmuşdur. Göründüyü kimi hazırkı halda sərnişin daşınma müqaviləsinin daşıyıcının təqsirli hərəkətləri nəticəsində pozulması halı mövcud olmadığından sərnişinlərin daşıyıcıdan dəymiş zərərin əvəzinin tələb etmək hüquqları da yaranmamışdır. X14 və İradə Həsənovanın çəkdiyi və əvəzi İddiaçı MMC tərəfindən ödənilmiş digər xərclərinə(1320:4nəfərx2 nəfər=660 manat) dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, artıq qeyd edildiyi kimi bəyannamədən və iddia ərizəsindən MMC tərəfindən qarşılanmış həmin xərclərin nədən ibarət olması aydın olmasa da, iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin xərclərin Almaniya Federativ Respublikasından İtaliya Respublikasına qatar biletlərinin dəyərindən ibarət olmasını göstərmişdir. Halbuki iddiaçı sərnişinlər tərəfindən həmin xərclərin həqiqətən də çəkilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yalnız sərnişinlərin 10,80 avro dəyərində Bolonyadan Rimiyə qatar biletləri təqdim edilmişdir ki, həmin biletlərin də sərnişinlərin İstanbul-Roma reysinə buraxılmaması ilə bağlı satın alındığı iş materiallarına əsasən müəyyən edilmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tələbin qalan hissələrinə (digər iki sərnişin - Fidan Həsənova və Şəfiqə Həsənovaya dəymiş zərər, eləcə də Aynur Sadikova və X5-Roma, İstanbul-Münxen, Milan-İstanbul-Bakı biletlərinin dəyərinin əvəzinin ödənilməsi) gəldikdə isə qeyd edilməlidir ki, sərnişinlər Fidan Həsənova və Şəfiqə Həsənova bəyannaməni imzalamadığından, eləcə də Aynur Sadikova və X5-Roma, İstanbul-Münxen, Milan-İstanbul-Bakı biletlərinin dəyərinin də MMC tərəfindən qarşılanması və həmin hissədə də tələbin MMC-yə ötürülməsi bəyannamədə qeyd edilmədiyindən İddiaçı MMC-nin iddia irəli sürməyə dair subyektiv hüququnun mövcud olmaması açıq-aşkardır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı MMC sərnişinlərin adına alınmış İstanbul- Münxen biletlərinin dəyərinin əvəzi olaraq 2123,2 manat məbləğində pul vəsaitinin ödənilməsini cavabdeh Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyindən tələb etmək hüququna malik olmasını həmin biletlərin onun vəsaiti hesabına alınması ilə əsaslandırsa da, əvvəla sözügedən biletlərin məhz MMC-nin vəsaiti hesabına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, ikincisi, sözügedən biletlərin iddiaçı tərəfindən alınması ehtimal edilsə belə, həmin hal İddiaçı MMC-yə tərəf olmadığı, yəni onun üçün hüquq və öhdəliklər yaratmayan müqaviləyə əsaslanaraq tələb irəli sürmək hüququ vermir. Odur ki, məhkəmə qalan hissədə iddia tələbinin əsaslı olub-olmamasının araşdırılmasını zəruri hesab etməməklə İddiaçı MMC-nin subyektiv hüququnun olmaması əsası ilə həmin hissədə iddianın rədd edilməli olması barədə qənaətə gəlir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdeh Türkiyə Respublikasının “X27 X21 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X27” Nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva