Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-381/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin ödənilməsi, hüquqi yardım xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə, cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2.676 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 46,76 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.676 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 2.676 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə Elektron Məhkəmə Sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin, cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 08 may 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. İddia tələbi haqlıdır və Cavabdeh 2.676 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 46,76 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Cavabdeh 2.256 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 46,76 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında rulovoyda problemin olduğu qeyd olunduğu üçün, rulovoya çəkilmiş 420 manat xərci tələbdən azaldıblar.
5. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdeh bildirmişdir ki, avtomobilə qeyd edilən qədər ziyan dəyməmişdir və dəymiş ziyanın da səbəbkarı iddiaçı tərəfdir. O, dəfələrlə, iddiaçı tərəflə əlaqə saxlayaraq bildirib ki, avtomobilin sükanında problem var. Lakin qarşı tərəf, heç bir tədbir görməmişdir. Qəza baş verən zaman sükan əlindən çıxdı və nəticədə avtomobilin şüşəsi və krelosu əzildi. O, qarşı tərəflə əlaqə saxladığı zaman onlar buna deyiblər ki, qiymətləndirmə aparıb onunla əlaqə saxlayacaqlar. Lakin, daha sonra heç kim onunla əlaqə saxlamadı. Avtomobilə dəyən ziyanın maksimum məbləği 300 manatdır.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2024-cü il tarixli icarə müqaviləsinə əsasən:
9. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur. 2.1.1.Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; 2.1.3.Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etmək. 2.1.5.Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini icarəyə verənin rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə. 2.1.8.Nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur.
10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən icarə müqaviləsində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsini icarə üçün təhvil verilmişdir, həmçinin aktda təkərlərin 100% həcmində işlək olduğu, sağ arxa gövdə də batıq olduğu, arxa buferin sağında sıyıq olduğu, yağdan 4000 kv.m. sürüldüyü, təhlükəsizlik kəmərlərinin işləmədiyi və rulavoyda səs olduğu qeyd olunmuşdur.
11. Avtoservisin dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli aktına əsasən yekun zərər 2676 manat müəyyən edilmişdir.
12. Avtoservisin arayışına əsasən Ravon Nexia markalı, **-FQ-*** DQN avtomobilə görə ehtiyat hissələrinin qiyməti və usta işləri daxil olmaqla 2256 manat məbləğ xx.xx.2024-cü il tarixdə Avtoservisə ödənilmişdir.
13. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli 9/8711 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (7-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2676 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -1616 manat; Təmir-bərpa işlərinin qiyməti - 1060 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2447 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin qiyməti 1387 manat və təmirbərpa işlərinin qiyməti 1060 manat müəyyən edilmişdir.
14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
17. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
20. İşin faktiki hallarına əsasən İddiaçı məxsus “RAVON NEXİA R3 MİNİK” markalı, **-FQ-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinə iş üzrə cavabdeh tərəfindən zərər vurması işin faktiki halları ilə təsdiqini tapmışdır. Cavabdeh isə məhkəmə iclaslardında iddiaçıya dəymiş zərəri deyil, zərər məbləğini mübahisələndirərək, cəmi 300 manat məbləğində zərərin dəydiyini bildirmişdir.
21. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akt təqdim olunmuşdur. Həmin aktlara əsasən zərər 2676 manat məbləğində müəyyən olunmuşdur.
22. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2024-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə və nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığının ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
23. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin qanunsuz hərkəti nəticəsində iddiaçıya ziyan dəydiyini və iddiaçının zərərin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2256 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. İddiaçı vəkil xidmətinə görə 300 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 42,56 manat (iddia məbləğinə mütənasib olaraq) dövlət rüsumu, 300 manat vəkil xərci cavabdehə aid edilməlidir.
33. Məhkəmə iddia tələbinin 17,25 manat notariat xərcinə aid hissədə pulun tutulması ilə bağlı qeyd edir ki, həmin məbləğ məhkəmə xərci kimi nəzərdə tutulmadığından əsaslı hesab oluna bilməz.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2256 manat ziyan məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 42,56 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova