Məhkəmə qərarları › İş №e-2-2(113)-3818/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3818/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3818/2025 14.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC -dən iddiaçı Azcargo Logistics and Management Services MMCnin xeyrinə 590 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azcargo Logistics and Management Services MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-cİ il tarixli, AT YD 60/22 saylı Yükdaşıma xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə Azcargo Logistics and Management Services MMC nəzərdə tutulmuş qaydada sifarişləri yerinə yetirmiş və müqavilə üzrə yaranmış borc tam şəkildə ödənilməmişdir. Göstərilmiş xidmətlərin yekun məbləği tam şəkildə ödənilməmişdir. Belə ki, 590 manat məbləğində pul hazırkı tarixə kimi ödənilməmişdir. Dəfələrlə cavabdeh şirkətə müraciət etməyimə baxmayaraq bu günə kimi mənə olan pul öhdəlikləri yerinə yetirilməmişdir. Bu bir daha onu göstərir ki, Müqavilədə göstərilən bütün öhdəlikləri tam və qüsursuz şəkildə həyata keçirilsə də lakin xidmət haqqı tam ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İş üzrə tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2022-ci il tarixli, AT-YD 60/22 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

10. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgösərilməməsidir.

12. İş materialarında olan göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 1003/07/1 saylı aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 240 manat dəyərində, 1003/06/1 saylı aktdan görünür ki, 415 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd edilmiş aktlar hər iki hüquqi şəxs tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir.

13. Göründüyü kimi, yuxarıda qeyd edilmiş məbləğlərin cəmi 655 manat təşkil edir və cavabdeh tərəf də, təhvil-təslim aktlarını imza etməklə, qeyd edilmiş xidmətlərin göstərilməsini qəbul etmişdir.

14. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 655 manat təşkil edən xidmətlər göstərilmişdir.

15. Hazırda iddiaçı cavabdehin 590 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

16. Cavabdeh tərəf isə məhkəmə iclaslarına gəlməmiş, göstərilmiş olan xidmətlərə görə ödənişin edilməsi barədə hər hansı bir sənəd təqdim etməməklə yanaşı, iddiaya da etirazını bildirməmişdir.

17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 590 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir.

18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. 05 may 2022-cİ il tarixli, ATYD 60/22 saylı yükdaşıma xidmətlərinə dair müqavilə üzrə 590 (beş yüz doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar