Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3819/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni təmsilçisi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “X8” MMC-nin Cavabdeh ASC-yə qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kredit borcu üzrə hesablanmış faiz borclarının silinməsi və qalan borc üzrə yeni qrafikin tərtib edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə “X9”y MMC (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00337548-01 saylı əqdə əsasən kredit borcu üzrə hesablnamış faiz borclarının silinməsi və qalan borc üzrə yeni qrafikin bank tərəfindən tərtib edilməsi qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və cavabdehin nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1 Cavabdeh ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC (hazırkı adı “X8” MMC) arasında xx.xx.2021 -ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021 -ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04544LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2 Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021 -ci il tarixli DC00337548-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 1.3 Bank ilə Borcalan "xxxx" MMC (hazırkı adı “X8” MMC) arasında bağlanmış DC00232401-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə X2 arasında xx.xx.2021 -ci il tarixli DG**********04 saylı zaminlik müqaviləsi bağlanmışdır. 1.4 İddiaçı “X8” MMC və 3-cü şəxs zamin X2 xx.xx.2021 -ci il tarixli DC00337548- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh ASC-nə olan 206.454,92 manat məbləğində borcu olduğunu etiraf edirlər. 1.5 Barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra bankın sistemində faiz və cərimənin hesablanması dayandırılır. 1.6 Müştərinin barışıq Sazişi üzrə ödənişləri əsas və faiz borcu ardıcıllığı ilə silinir. 1.7 Barışıq sazişinin 1.4-cü bəndinə əsasən müəyyən edilmiş borc tam olaraq ödənildikdən sonra, Bankın sistemində hesablanmış qalıq borc yenidən Bankda müzakirəyə çıxarılır və bu barədə qərar qəbul edilir. Qərar barədə İddiaçı və 3-cü şəxs məlumatlandırılır. 1.8 “X8” MMC hazırkı iş üzrə iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilir. 2.1. İddiaçı “X8” MMC və zamin X2 206.454,92 manat məbləğində borcu 36 (otuz altı) ay müddətinə, hər ay 5.734,9 ödəməyi öz öhdəsinə götürür. İddiaçı “X8” MMC və zamin X2 ödənişləri barışıq sazişinin təsdiq olunduğu aydan sonrakı, hər ayın 5-nə kimi Cavabdeh ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə Cavabdeh ASC-yə ödəyəcəyini bəyan edir və bu barədə üzərinə öhdəlik götürürlər. 2.2. Qeyd olunan öhdəliklərin icrası Cavabdeh ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə Bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir. 2.3. Tərəflər arasında müəyyən edilmiş 36 aylıq müddətin axımı məhkəmə qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə qərarın qüvvəyə mindiyi andan hesablanır. 3.1. Bu sazişin şərtləri iddiaçı, üçüncü şəxs tərəfindən pozulduqda və ya 15 (on beş) təqvim günü ərzində icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyatı üzrə icra şöbəsinə göndərilir. 3.2. Bu sazişlə müəyyən olunan öhdəliklər iddiaçı “X8” MMC və zamin X2 tərəfindən lazımı qaydada icra edilmədikdə qalıq borc tam şəkildə sazişin 3.1-ci bəndində müəyyən edilmiş qaydada “X8” MMC və zamin X2 tərəfindən birgə qaydada tutularaq (hər biri tam həcmdə) Cavabdeh ASC-yə ödənilir. 4.1. Bu Saziş iddiaçı “X8” MMC, zamin X2 (və ya onların səlahiyyətli nümayəndələri) və Cavabdeh ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X8” MMC-nin Cavabdeh ASC-yə qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kredit borcu üzrə hesablanmış faiz borclarının silinməsi və qalan borc üzrə yeni qrafikin tərtib edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1 Cavabdeh ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC (hazırkı adı “X8” MMC) arasında xx.xx.2021 -ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021 -ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04544LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2 Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021 -ci il tarixli DC00337548-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 1.3 Bank ilə Borcalan "xxxx" MMC (hazırkı adı “X8” MMC) arasında bağlanmış DC00232401-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə X2 arasında xx.xx.2021 -ci il tarixli DG**********04 saylı zaminlik müqaviləsi bağlanmışdır. 1.4 İddiaçı “X8” MMC və 3-cü şəxs zamin X2 xx.xx.2021 -ci il tarixli DC00337548- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh ASC-nə olan 206.454,92 manat məbləğində borcu olduğunu etiraf edirlər. 1.5 Barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra bankın sistemində faiz və cərimənin hesablanması dayandırılır. 1.6 Müştərinin barışıq Sazişi üzrə ödənişləri əsas və faiz borcu ardıcıllığı ilə silinir. 1.7 Barışıq sazişinin 1.4-cü bəndinə əsasən müəyyən edilmiş borc tam olaraq ödənildikdən sonra, Bankın sistemində hesablanmış qalıq borc yenidən Bankda müzakirəyə çıxarılır və bu barədə qərar qəbul edilir. Qərar barədə İddiaçı və 3-cü şəxs məlumatlandırılır. 1.8 “X8” MMC hazırkı iş üzrə iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilir. 2.1. İddiaçı “X8” MMC və zamin X2 206.454,92 manat məbləğində borcu 36 (otuz altı) ay müddətinə, hər ay 5.734,9 ödəməyi öz öhdəsinə götürür. İddiaçı “X8” MMC və zamin X2 ödənişləri barışıq sazişinin təsdiq olunduğu aydan sonrakı, hər ayın 5-nə kimi Cavabdeh ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə Cavabdeh ASC-yə ödəyəcəyini bəyan edir və bu barədə üzərinə öhdəlik götürürlər. 2.2. Qeyd olunan öhdəliklərin icrası Cavabdeh ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə Bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir. 2.3. Tərəflər arasında müəyyən edilmiş 36 aylıq müddətin axımı məhkəmə qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə qərarın qüvvəyə mindiyi andan hesablanır. 3.1. Bu sazişin şərtləri iddiaçı, üçüncü şəxs tərəfindən pozulduqda və ya 15 (on beş) təqvim günü ərzində icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyatı üzrə icra şöbəsinə göndərilir. 3.2. Bu sazişlə müəyyən olunan öhdəliklər iddiaçı “X8” MMC və zamin X2 tərəfindən lazımı qaydada icra edilmədikdə qalıq borc tam şəkildə sazişin 3.1-ci bəndində müəyyən edilmiş qaydada “X8” MMC və zamin X2 tərəfindən birgə qaydada tutularaq (hər biri tam həcmdə) Cavabdeh ASC-yə ödənilir. 4.1. Bu Saziş iddiaçı “X8” MMC, zamin X2 (və ya onların səlahiyyətli nümayəndələri) və Cavabdeh ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3819/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3819/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver