Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3820/2021 30.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 09 avqust tarixli kredit müqaviləsi üzrə banka 80.844,69 ABŞ dolları əsas, 1305,09 ABŞ dolları faiz və 6313,25 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 88.463,03 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32, 5-ci küçə ünvanında yerləşən, 348.4 kv.m ümumi sahədən ibarət 25 “M” saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32, 5-ci küçə ünvanında yerləşən, 348.4 kv.m ümumi sahədən ibarət 25 “M” saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32, 5-ci küçə ünvanında yerləşən, 348.4 kv.m ümumi sahədən ibarət 25 “M” saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32, 5-ci küçə ünvanında yerləşən, 348.4 kv.m ümumi sahədən ibarət 25 “M” saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə ərizə göndərərək Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 29.06.2021-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3820/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3820/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver