Məhkəmə qərarları › İş №e-2-2(113)-3822/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3822/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3822/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əldən çıxmış faydanın əvəzi olaraq 28800 manat və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğindhə pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil vəsatət verərək mülki işin Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olan Cavabdeh İddiaçı qarşı maddi və mənəvi, həmçinin, işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2-2(113)-2490/2022 saylı işlə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hər 2 işin tərəfləri və mübahisə predmeti eynilik təşkil etdiyindən işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər iki iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin tərəfləri eynidir, predmetini isə tərəflər arasında bağlanmış 15 aprel 2020-ci il tarixli icarə müqaviləsindən irəli gələn münasibətlər təşkil edir. Məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı iş, yəni, e-2-2(113)-3822/2022 saylı iş daha sonra icraata qəbul olunduğundan e-2-2(113)-2490/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə e-2-2(113)-3822/2022 saylı iş Cavabdeh İddiaçı qarşı maddi və mənəvi, həmçinin, işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2-2(113)-2490/2022 saylı işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar