Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3827/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil1, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" BMMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 102 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 79880 ABŞ dollar olan əsas borc və 50486 ABŞ dolları olaraq cərimə borcu, ümumilikdə 130.366 (yüz otuz min üç yüz altmış altı min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Belarus Respublikasında fəalliyyət göstərən iddiaçı "xxxx" BMMC Cavabdeh MMC ilə 102 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlamışdır. Müqaviləyə əsasən 800*1200 mm olan paddon satılması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi dəyəri 500000 ABŞ dollar olaraq müəyyən edilmişdir. Tərəfimizdən xx.xx.2022-ci ildən başlayaraq müxtəlif mallar göndərilmişdir. Müəyyən qismi ödənilsə də hazırda qeyd edilən şirkətin bizə külli miqdarda borcu qalmaqdadır. Belə ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq Cavabdeh MMC tərəfindən məbləğin ödənilməsilə bağlı heç bir addım atılmır. Hazırda MMC-nin bizim şirkətə 79880 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixində təqdim etdiyimiz pretenziyaya xx.xx.2024-cü il tarixli məktuba əsasən cavablandırmış, bizə ödəniş qrafiki göndərərək, ona uyğun olaraq (xx.xx.2024 – 20 720 ABŞ dollar, xx.xx.2024 – 29 008 ABŞ dollar, xx.xx.2024 - 33 152 ABŞ dollar) borcun ödənilməsini şirkət rəhbəri nəzərdə tutmasına baxmayaraq, həmin məbləğin əldə edilməsinə nail ola bilmirik. Borcun ödənilməsi ilə bağlı borclu heç bir vasitə ilə əlaqə də saxlamamış və ödəniş etməmişdir. Bildirim ki, 01 noyabr tarixində sonuncu pretenziya tərəfimizdən verildikdən sonra yalnız 3000 ABŞ dollar məbləğində borcdan ödənilmişdir. Bu isə bizim hüquqlarımızın kobud şəkildə pozuntusudur. Hazırda cavabdehin 79880 ABŞ dollar olan əsas borc və aramızda bağlanmış 102 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən göndərilən malların ödənişi gecikdirilən hər bir gün üçün 0.1% cərimə nəzərdə tutulmuşdur, ərizəyə əlavə etdiyimiz cərimələrin hesablanması arayışına əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü ilədək 50486 ABŞ dolları olaraq cərimə hesablanmışdır. Buna əsasən hesab edirik ki, iddia tələbimiz tam təmin olunaraq 79880 ABŞ dollar olan əsas borc və 50486 ABŞ dollar cərimə borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət/etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarında olan Lamber MMC ilə Arer Palet MMC arasında bağlanmış xx.xx.20222-ci il tarixli 102 saylı kontraktın 93-cü bəndində konkret qeyd olunub ki, tərəflər arasında fikir ayrılığına Belarus Ticarət və X1 Arbitraj Məhkəməsinin qərarı tərəflər üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilməlidir. Odur ki, icraatda olan e-2-2(113)- 3827/2025 saylı kommersiya işinə xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş etiraz/vəsatətə münasibətdə bildirmişdir ki, bu qərarın tərəflər üçün məcburi olması əsası bildirilmişdir. Lakin iddia MPM-in 35.2 maddəsinə əsasən cavabdehə qarşı iddia qaldırılmışdır. Cavabdeh hal-hazırda Sabunçu rayonunda qeydiyyatdadır. Qeyd edir ki, qərar hər iki halda tərəflər üçün məcburidir. Məhkəmə prosesi 3 aydan çox müddətdir ki, davam edir. Vəssatətə münasibət məsələsinə gəldikdə isə etirazın təmin olunmamasını və işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iddaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh tərəfin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduğu üçün iddia ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 102 saylı Müqavilənin 9.3-cü bəndinə əsasən bu müqavilədən və ya bu müqavilə ilə əlaqədar tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları Arbitraj Məhkəməsinin qaydalarına uyğun olaraq Belarus Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsində həll edilir. Arbitrajın qərarı tərəflər üçün məcburi və yekundur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsinə münasibətdə bildirir ki, hazırki iddia ərizənə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməsi, gələcəkdə tərəflərin mübahisənin arbitraj şərtinə uyğun olaraq həlli qaydasına nail olunmadığı halda, iddiaçının yerli məhkəməyə müraciət hüququndan məhrum edəcəkdir. Bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi icraata xitam verilə bilməz. Azərbaycan Respublikası MPM-nin: - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" BMMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 420,37 manat məbləğində dövlət rüsumunu ödəyən şəxsə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3827/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3827/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver