Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-383/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Qarant-R” mənzil tikinti kooperativinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Qarant-R” mənzil tikinti kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx xxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 166.472,30 (yüz altmış altı min dörd yüz yetmiş iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 61.111,11 (altmış bir min yüz on bir manat on bir qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış (MM 449.1-ci maddəsinə uyğun olaraq) faiz borcu, ümumilikdə 727.583,41 (yeddi yüz iyirmi yeddi min beş yüz səksən üç manat qırx bir qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “Qarant-R” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 146/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 (on iki) ay müddətinə, illik 13 % (on üç) dərəcəsi olmaqla 500.000 (beş yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, 500.000 (beş yüz min) manat məbləğində kredit verməyi, borc alan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh “Qarant-R” Mənzil Tikinti Kooperativi bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtı-vaxtında icra etməmişdir. Bunun nəticəsində cavabdehin banka 500.000 manat məbləğində əsas borcu, 166.472,30 manat məbləğində faiz borcu, 61.111,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz, ümumilikdə 727.583,41 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qarant-R” mənzil tikinti kooperativindən xx.xx.2015-ci il tarixli, 146/15 saylı kredit müqaviləsinə əasən ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 500.000,00 manat məbləğində əsas, 166.472,30 manat faiz, 61.111,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 727.583,41 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi X1 ekspertizanın rəyi ilə razı olmadığını , hesablamanın düzgün aparılmadığını, bank tərəfindən hesablanan borcun yüksək olduğunu, eyni zamanda bank tərəfindən verilən sənəddə şirkətin adına bir hesabdan aparılan bütün əməliyyatlar göstərildiyini, baxmayaraq ki bu bankla şirkətin bir neçə kredit müqaviləsi mövcud olduğunu, ona görə də bu halda ekspert tərəfindən hesablanmanın düzgün aparıla bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx xxxxxxx 2015-ci il tarixli, 146/15 saylı İddiaçı ASC (borc verən) ilə “Qarant-R” mənzil tikinti kooperativi (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən borc verən borc alana 500.000,00 manat məbləğində xx xxxxxxx 2016-cı il tarixənədək illik 13% ödənilmək şərtilə mal materialın alınması məqsədilə kredit verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc verən tərəfindən xəzinədən kredit nağd və ya köçürülmə yolu ilə verilir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ya ona hesablnamış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 26% faizi ödəyir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 18471 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış materiallarında əks olunan “Qarant-R” mənzil tikinti kooperativi tərəfindən banka 40.805,56 manat məbləğində ödəniş edilmiş, borc alanın xx xxxxxxx 2015-cı il tarixli, 146/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 524.194,44 manat, faiz borcu 24.194,44 manatdır. Həmin kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə isə əsas borcu 500.000,00 manat, faiz borcu 183.444,44 manatdır. xx xxxxx 2019-cu il tarixli, **********122 saylı maliyyə araışından görünür ki, “Qarant- R” mənzil tikinti kooperativinin kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 500.000,00 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 166.472,30 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, kredit üzrə müddət bitəndən sora Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasə hesablanan 5% fazi borcu 61.111,11 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 727.583,41 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən “Qarant-R” mənzil tikinti kooperativinə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixədək hesablanmış 500.000,00 manat əsas, 54.166,69 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə “Qarant-R” mənzil tikinti kooperativinin İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə 500.000,00 manat əsas və 24.194,44 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdeh “Qarant-R” mənzil tikinti kooperativinin xx.xx.2015-ci il tarixli, 146/15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı ASCyə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 61.111,11 manat məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 61.111,11 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “Qarant-R” mənzil tikinti kooperativindən 500.000,00 manat məbləğində əsas borc, 24.194,00 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 61.111,11 manat məbləğində faiz borcu, cəmi 585.305,11 manat məbləğində borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Qarant-R” mənzil tikinti kooperativindən 500.000,00 (beş yüz min) manat məbləğində əsas borc, 24.194,44 (iyirmi dörd min bir yüz doxsan dörd) manat (qırx dörd) qəpik məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün 61.111,11 (altmış bir min bir yüz on bir) manat (on bir) qəpik məbləğində faiz borcu, cəmi 585.305,11 (beş yüz səksən beş min üç yüz beş) manat (on bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 175 (bir yüz yetmiş beş) manat hissəsi cavabdehdən, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-383/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-383/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver