Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3832/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 100000 manat həcmində pul, 25000 manat faiz borcu, 10000 manat mənəvi zərər və 425 manat ödənilmiş dövlət rüsumunun, cəmi 135425 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2007-ci ilin əvvəllərindən Cavabdeh Əmraslan oğlunu tanıyır, həmin vaxtlar plasmas qapı və pəncərə istehsalı ilə məğşul olurdu, cavabdeh ona yaxınlaşaraq yaxşı müştəriləri olduğunu və müştərilərinə xeyli miqdarda qapı və pəncərə lazım olacağını bildirmiş, cavabdehə inanmışdır. Beləlikə müqavilə bağlayaraq istehsala başlamaq barədə razılığa gəlmişlər. 09 iyun 2007-ci il tarixdə Xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilədə göstərilən müddətdə, yəni 2019-cu ilin iyun ayına qədər razılaşdırılmış ölçüdə məhsul hisə-hissə olmaqla cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh müqavilədə göstərilən müddətdə göstərilən xidmətin haqqını ödəməmişdir. Dəfələrlə aralarında aparılan danışıqlara baxmayaraq bu günə qədər 100000 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. 28 iyun 2022-ci il tarixdə yazılmış Ödəniş Zəmanəti ilə Cavabdeh İddiaçı olan 100000 manat pul borcunu xx.xx.2023-cü il tarixə qədər ödəmək öhdəliyi götürmüşdür. 28 iyul 2022-ci il tarixli,“Borcun təyin və təsdiq edilməsi” barədə AKT əsasən faktiki borc 100000 manat təşkil edir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq mənzili razılaşdırılmış müddətdə iddiaçıya verməli olduğu halda, öhdəliyi icra etməmişdir.
3. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 97 000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4.İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.
Məhkəmə baxışının hədləri: 6.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi plastik qapı və pəncərə aksesuarı xidmətlərinin göstərilməsini sifariş edib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada bütün xidmətləri göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi şifahi razılaşma yolu ilə müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsi müddəti 2007-ci ildən 2019-cu ilə qədər müəyyən edilir. 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil-təslim aktı ilə təsdiqlənir. 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri: 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək. 3.2-ci bəndinə əsasən icraçının vəzifələri: 3.2.7-ci bəndinə əsasən görülmüş xidmətlər (işlər), bütün işlər üçün bir aktla təhviltəslim edilir. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı 100000 manat məbləğində təyin edilir.
8. xx.xx.2017-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən sifarişçi Cavabdeh podratçı İddiaçı arasında tərtib edilmiş təhvil-təslim aktına əsasən sifarişçiyə plastik qapı pəncərə və aksesuarların düzəldilib, daşınıb, quraşdırılması işlərini 100000 manat məbləğində müxtəlif obyektlər üzrə işlərin görülüb yerinə yetirilməsini şifahi olaraq sifariş vermişdir. Verilmiş sifarişlərin göstərilən məbləğ üzrə vaxtında və tam təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
09. xx.xx.2022-ci il tarixli ödəniş zəmanətinə əsasən sifarişçi Cavabdeh podratçı İddiaçı olan 100000 manat pul borcunu xx.xx.2023-cü il tarixinə qədər tam məbləğdə ödəyəcəyini dair ödəniş zəmanəti vermişdir.
10. xx.xx.2022-ci il tarixli borcun təyin və təsdiq edilməsi aktına əsasən Cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləğə dair 100000 manat borcu olmasını qəbul etmiş və imzasıyla təsdiqləmişdir.
11. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən sifarişçinin podratçıya 3000 manat məbləğində nağd şəkildə ödəniş etdiyi və qalıq borcun 97000 manat təşkil etdiyi və qəbz icraçı və sifarişçinin imzası ilə təsdiq edilmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
14. Məhkəmə ilkin olaraq qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 09 iyun 2007-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı plastik qapı və pəncərə aksesuarı xidmətlərinin göstərilməsi ilə bağlı xidmətlər göstərməyi, cavabdeh (sifarişçi) isə iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri 100000 manat təşkil edən xidmət göstərmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək göstərilmiş xidmət üzrə ödənişi lazımı qaydada həyata keçirməmişdir. İş materiallarına əlavə edilmiş (iddiaçı və cavabdeh tərəfindən imzalanmış) xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdeh həmin tarixə iddiaçıya 100000 manat borcu olmasını təsdiq etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə 3000 manat ödəniş etmişdir. Beləliklə 97000 manat qalıq borc ödənilməmiş qalmışdır. 16.Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.
17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 97000 manat məbləğində əsas borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.
18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödənilməmiş 97000 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
19. Dövlət rüsumuna hüquqi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
20. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə dövlət rüsumuna münasibətdə hər hansı bir tələb irəli sürməmişdir.
21. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən, Qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 390.41 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş digər qəbzdən görünür ki, iddiaçı tərəfindən 35.40 manat rüsum ödənilmişdir.
22. Məhkəmə iddia tələbinin təmin olunmasını və iddiaçının iddia tələbinin həcmini azaltmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 390.41 manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. IV. Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 97000 (doxsan yeddi min) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 390.41 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov