Məhkəmə qərarları › İş №e-2-2(113)-3834/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3834/2022

29.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3834/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 369775 manat 64 qəpik əsas borc, 400 manat mediasiya xərci, 262 manat dövlət rüsumu, cəmi 370437 manat 64 qəpik pul tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 369775 manat 64 qəpik əsas borc, 400 manat mediasiya xərci, 262 manat dövlət rüsumu, cəmi 370437 manat 64 qəpik pul tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından baş direktoru X3 şəxsində (bundan sonra "İddiaçı” adlandırılacaq), digər tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şəxsində (bundan sonra "Cavabdeh” adlandırılacaq) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci və digər normalarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərini rəhbər tutaraq aşağıdakı şərtlərlə bu Barışıq Sazişini (bundan sonra "Saziş” adlandırılacaq) bağladılar. 1) İddiaçı və cavabdeh, iddiaçının cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı və hal-hazırda e-2-2(l 13)-3834/2022 saylı kommersiya işi üzrə baxılmasına davam edilən iddia tələbi üzrə mübahisəni bu Barışıq Sazişinin bağlanması yolu xitam verilməsinə razılaşırlar. 2) Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-3834/2022 saylı kommersiya işi üzrə iddiasının cavabdehə qarşı iddia tələbi aşağıdakı kimdir: “cavabdeh Elm və X4 Məsuliyyətli Cəmiyyətindən 369 775 (iiçyüz altmış doqquz min yedi yüz yetmiş beş) manat 64 qəpik əsas borc, 400 manat mediasiya xərci, 262 manat dövlət rüsumu, cəmi 370 437 (üç yüz yetmiş min dörd yüz otuz yeddi) manat 64 qəpik pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilsin Cavabdeh, iddiaçının bu Sazişin 2-ci bəndində göstərilən iddia tələbini tam olaraq qəbul edir və həmin tələbə xitam verilməsi (tələbin ödənilməsi) üçün iddiaçının mülkiyyətinə aşağıdakı cədvəldə adı, tərəflərin razılaşdıqları qiyməti, miqdarı və digər xüsusiyyətləri göstərilən, cəmi qiyməti 336290,46 (üç yüz otuz altı min iki yüz doxsan manat 46 qəpik) olan avadanlıqları verir: Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə veriləcək avadanlıqlar Tərəflərin razılaşdıqları qiymət (manatla) № Miqdarı Adı (ədəd) Avadanlıq növünə Cəmi görə 1 Optimum BF 20 Vario Freze dəzgahı 1 2400,00 336290,46 2 (komplekt) GW İnstek -GOS-620 - Analog Osxcilloscope/ 2 6800,00 (üç yüz otuz altı 3 Rəqəmsal ossiloskop 1 800,00 min iki yüz 4 Mastech-MS-5308-LCR Meter 2 800,00 doxsan 5 C970-175x300 Mengene 1 800,00 manat 46 6 UTG 9020A Fonksiyon Generatörü 2 2000,00 qəpik) 7 DMG More ecomill 50 Frez / 1 180000,00 8 DMG More Trun 310 v 3 Toma /1 ədəd 1 120000,00 9 Dondurucu qapaqlı 1 600,00 10 X5 (Samsung Plaza) 1 500,00 CR 3131 45KVA TRF VOLTAJ 11 1 1600,00 REGULATORU 275-450V 12 Kondisioner LG 2 1200,00 13 LG-1260 VEO Kondisioner 1 600,00 14 LG-2260 NGO Kondisioner 3 1800,00 15 MİDEA HD-312FN (ST) Silver soyuducu 1 400,00 Üç porşenli hava kompressoru lOOltr (3.0kvt, 16 1 400,00 lOOltr, 3601tr/dəq, 220V) 17 Optimum Zas 50 Mengene 1 250,00 18 SPG1200 generator 1 600,00 19 Benzin mühərrikli generator 1 350,00 20 Optimum ******* Pens Seti 1 364,93 21 Optimum ******* Torna Kater seti 1 199,04 22 Qapan Tətəzi 1 250,00 23 MİDEA HD-312FN (ST) Silver 1 529,90 24 Hava kompressoru 501t-lik 1 700,00 25 Dera Hava kompressoru 91t-lik 2 500,00 26 Black & Decker Hava kompressoru 251t-lik 2 800,00 27 Kiçik oyma dəzgahı 1 400,00 28 Dəzgah məngənəsi, 320 mm 1 900,00 29 Solidvorks Premium (proqram) 1 9746,59 4) İddiaçı, bu Sazişin 2-ci bəndində göstərilən iddia tələbinə qarşı (həmin tələbin ödənilməsi üçün) cavabdehin təklif etdiyi bu Sazişin 3-cü bəndində göstərilən avadanlıqları qəbul edir və bu Sazişin 2-ci bəndində göstərilən iddia tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-3834/2022 saylı kommersiya işinə tam olaraq xitam verilməsinə razıdır. 5) Bu Saziş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir və icra olunur. 6) Bu Sazişi pozan tərəf Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan şəkildə məsuliyyət daşıyır. 7) Bu Sazişin icrası ilə bağlı Tərəflər arasında meydana çıxan bütün mübahisələr danışıqlar yolu ilə nizama salınır. Danışıqlar müsbət nəticə vermədiyi hallarda mübahisə və fikir ayrılıqları Azərbaycan Respublikasının hüquq normaları tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar