Məhkəmə qərarları › İş №e-2-2(113)-3834/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3834/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3834/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Əliyev Əlibala Adil oğlu, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli № 22- MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, 220.85 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 27358.95 AZN kredit borcunun, xx.xx.2022-ci il tarixli № 22-MG4Z1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9836.12 AZN əsas borc, 1025.24 AZN faiz, 11.37 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 10872.73 AZN kredit borcunun və 204.70 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh1 məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik № 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rəngli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli № 22- MG4Z-1-0-89-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASCnin “Nərimanov” filialından illik 30 faizlə 120 ay müddətinə 100.000 (bir yüz min) AZN məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 21 %lə 36 ay müddətinə 40000 (qırx min) AZN məbləğində kredit götürmüşdür. 06 oktyabr 2021-ci tarixli № 22- MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsinə 09 mart 2023-cü il tarixli əlavə sazişə əsasən kreditin müddəti 06 oktyabr 2024 tarixədək təyin edilmişdir. xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21 %-lə 36 ay müddətinə 14000 (on dörd min) AZN məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktuba 09 mart 2023-cü il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20 aprel 2025 tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ1) saylı ipoteka müqaviləsi ilə, Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ4) saylı ipoteka müqaviləsi ilə, Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik № 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ1) saylı ipoteka müqaviləsi ilə, Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rəngli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ3) saylı ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh2 ilə xx.xx.2021-ci tarixli № 22-MG4Z-1-0-89-21 saylı, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli № Z/06102/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il noyabrın 28-dək borcalan olan Cavabdeh1 banka xx.xx.2021-ci tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, 883.41 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 28021.51 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2021-ci tarixli № 22- MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 883.41 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 220.85 AZN məbləğində tələb olunur. 2023-cü il noyabrın 23-dək borcalan olan Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89- 21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9836.12 AZN əsas borc, 1025.24 AZN faiz, 45.49 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 10906.85 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89- 21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcu 45.49 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 11.37 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmiş, hazırda tələb edilən əsas borcun məbləği 9730 manat təşkil edir, tələb edilən faiz və cərimə borcu üzrə isə ödəniş edilməmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2021-ci il tarixli, № 22-MG4Z-1-0-89-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30 faizlə 120 ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

9. İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borclana illik 21 %-lə 36 ay müddətinə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir.

10. xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21 %-lə 36 ay müddətinə 14000 (on dörd min) AZN məbləğində kredit götürmüşdür.

11. xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ1) saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir.

12. xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ4) saylı ipoteka müqaviəlsi ilə Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir.

13. xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ1) saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik № 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir.

14. xx.xx.2021-ci il tarixli 22-MG4AZ-1-0-89-21(İ3) saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rəngli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir.,

15. İddiaçı ASC-nin Nərimanov Filialı (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2021-ci tarixli № 22-MG4Z-1-0-89-21 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliyin borcalan tərəfindən icrası ilə bağlı məsuliyyət götürməsi razılaşdırılmışdır.

16. İddiaçı ASC-nin Nərimanov Filialı (kreditor) ilə Cavabdeh3 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli № Z/06102/22 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliyin borcalan tərəfindən icrası ilə bağlı məsuliyyət götürməsi razılaşdırılmışdır.

17. xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1 İddiaçı ASC-tərəfindən illik 21 %-lə 36 ay müddətinə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir.

18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

27. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

29. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

30. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

32. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021ci il tarixli, № 22-MG4Z-1-0-89-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2021-ci il tarixli, № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən borcalana illik 21 %-lə 36 ay müddətinə 40000 (qırx min) manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Mirsəid Ağamusa oğluna məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rənhli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci tarixli № 22-MG4Z-1-0-89-21 saylı və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli № Z/06102/22 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli № 22-MG4Z-1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1 iddiaçı tərəfindən illik 21 %-lə 36 ay müddətinə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdehlər kredit müqaviləsi və onlayn kredit verilməsinə dair məktuba əsasən üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

33. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Bu səbəbdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən yaranmış 9730 AZN əsas borc (belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi üzrə ödəniş edilmiş, hazırda əsas borcu 9730 manat təşkil edir), 1025.24 AZN faiz borcu əsas borclu və zaminlərdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış 220,85 manat və 11,37 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

36. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

37. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

39. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

40. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, 220.85 AZN cərimə borcu, xx.xx.2022-ci il tarixli № 22- MG4Z1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9730 AZN əsas borc, 1025.24 AZN faiz, 11.37 AZN cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, 220.85 AZN cərimə borcu, xx.xx.2022-ci il tarixli № 22-MG4Z1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9730 AZN əsas borc, 1025.24 AZN faiz, 11.37 AZN cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rənhli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 avtomobilə yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830.85 AZN əsas borc, 3307.25 AZN faiz, 220.85 AZN cərimə borcu, xx.xx.2022-ci il tarixli № 22- MG4Z1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9730 AZN əsas borc, 1025.24 AZN faiz, 11.37 AZN cərimə borcu tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 204,70 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək (birgə) qaydada xx.xx.2021-ci il tarixli № 22-MG4Z-1-0-89-21/2 saylı kredit müqaviləsi üzrə 23830,85 manat əsas borc, 3307,25 manat faiz borcu, 220,85 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № 22-MG4Z1-0-89-21/SMS_LOAN_********** saylı onlayn kredit verilməsinə dair məktub üzrə 9730 manat əsas borc, 1025,24 manat faiz borcu, 11,37 manat cərimə borcu, ödənilmiş 204,70 manat dövlət rüsumu, ümumilikdə 38330,26 (otuz səkkiz min üç yüz otuz manat iyirmi altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus RENAULT, CLİO minik gümüşü metallik rəngli, ban № VF1LB2BC537991332, mühərrik № R038150, 99HT845 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus MERCEDES BENZ, E220 CDİ minik göy azurit rəngli, ban № WDB2100061B026511, mühərrik № CDİ, 99MR223 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA, PRİUS göy metallik rəngli, ban № JTDKB20U387700535, mühərrik 1497SM3, 99TR69 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 məxsus TOYOTA PRİUS, HİBRİD MİNİK BOZ METALLİK rənhli, ban No JTDKB20U593466620, MÜHƏRRİK No 1497SM3, 99VF865 avtomobilə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına ümumilikdə 38330,26 (otuz səkkiz min üç yüz otuz manat iyirmi altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar