Məhkəmə qərarları › İş №e-2-2(113)-384/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-384/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-384/2020 13.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı X6 ləğvedicisi X3 “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativindən 4 829 355 (dörd milyon səkkiz yüz iyirmi doqquz min üç yüz əlli beş) manat məbləğində əsas borcu, 1 098 002 02 (bir milyon doxsan səkkiz min iki manat iki qəpik) manat məbləğində faiz borcu, 551 351 36 (beş yüz əlli bir min üç yüz əlli bir manat otuz altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), ümumilikdə 6 478 708 22 (altı milyon dörd yüz yetmiş səkkiz min yeddi yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan İddiaçı X6 xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh“xxxxxxxx” Mənzil Tikinti Kooperativiarasında bağlanmışxx.xx.2014-cü il tarixli, 350/14 saylı “Kredit müqaviləsi”-nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 (on iki) ay müddətinə, illik 8 %(səkkiz) dərəcəsi olmaqla 5 000 000 (beş milyon) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, 5 000 000 (beş milyon) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3. bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativi bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 4 829 355 (dörd milyon səkkiz iyirmiz doqquz min üç yüz əlli beş) manat məbləğində əsas borcu, 1 098 002 02 (bir milyon doxsan səkkiz min iki manat iki qəpik) manat məbləğində faiz borcu, 551 351 36 (beş yüz əlli bir min üç yüz əlli bir manat otuz altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), ümumilikdə 6 478 708 22 (altı milyon dörd yüz yetmiş səkkiz min yeddi yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə prosessində iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili S.Kərimov faizlərin düzgün hesablanmadığını, hesablama aparılmasının qeyri-mümkün olduğunu bildirmişdir. Belə ki, İddiaçı X6 təqdim etdiyi sənədlərdən görünür ki, “xxxxxxxx” MTK-nın bir hesabı olmuş, lakin bu hesabdan bir neçə müqavilə üzrə əməliyyatlar həyata keçirilmişdir. Belə olan halda düzgün hesablamanın aparılması qeyri-mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli, 350/14nömrəli İddiaçı ASC (borc verən) ilə “xxxxxxxx” Mənzil Tikinti Kooperativi (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən borc verən borc alana 5.000.000,00 (beş milyon) manat məbləğində krediti 12 ay müddətinə, xx.xx.2015-ci il tarixənədək illik 16% ödənilmək şərtilə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit verir. Müqavilənin 2.5-ci bəndinə uyğun olaraq, borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 16% faizi ödəməlidir. xx.xx.2015-ci il tarixli 350/14/1 nömrəli Kredit müqaviləsinə əlavəyə əsasən, tərəflər razılığa gəlmişlər ki, “xxxxxx” MTK-nın direktoru X5 xx.xx.2014-cü il tarixli 350/14 saylı kredit müqaviləsinə əsasən verilmiş 5.000.000 (beş milyon) manatın ödəniş müddəti xx.xx.2014-cü il tarixli 350/14 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2016-cı il tarixinədək uzadılsın. xx.xx.2019-cu il tarixli, **********108 saylı maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə əsas borcu 4.829.355 manat, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə faiz borcu 1.098.002,02 manat, 551 351 36 (beş yüz əlli bir min üç yüz əlli bir manat otuz altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (5%) 551.351,36 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 6.478.708,22 manat təşkil edir. Kredit üzrə son ödəniş tarixi və məbləğ xx.xx.2016-cı il tarixdə 469.888,88 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixə hesablanmış 4.829.355 manat əsas, 317.064,94 manat faiz borcunun xəbərdarlıq məktubunu aldığı gündən 5 gün müddətində ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18469 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxxxxxx" MTK tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli, 350/14 saylı kredit müqaviləsi və bağlanmış əlavə şərtləri əsas götürülməklə “xxxxxxxx" MTK-nın xx xxxxxx 2015-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 5.400.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2015-ci il tarixə əsas borc üzrə 5.000.000,00 manat, faiz borcu üzrə 400.000,00 manat. “xxxxxxxx" MTK tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli, 350/14 saylı kredit müqaviləsi və xx xxxxxx 2015ci il tarixli 350/14/1 saylı bağlanmış əlavə şərtləri əsas götürülməklə “xxxxxxxx" MTK-nın xx xxxxxx 2016-cı il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 5.211.111,12 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə 5.000.000,00 manat, faiz borcu üzrə 211.111,12 manat. “xxxxxxxx" MTK tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli, 350/14 saylı kredit müqaviləsi və bağlanmış əlavə şərtləri əsas götürülməklə “xxxxxxxx" MTK-nın xx xxxxx 2019-cu il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 6.128.888,90 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 5.000.000,00 manat, faiz borcu üzrə 1.128.888,90 manat. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin İddiaçı ASC-yə 4.829.355 manat əsas və 1.098.002,02 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehin kredit müqaviləsi üzrə LPO İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin ləğvedicisi X1 iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 551.351,36 manat məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxx” Mənzil Tikinti Kooperativindən 4 829 355 (dörd milyon səkkiz yüz iyirmi doqquz min üç yüz əlli beş) manat məbləğində əsas borcu, 1 098 002 02 (bir milyon doxsan səkkiz min iki manat iki qəpik) manat məbləğində faiz borcu, 551 351 36 (beş yüz əlli bir min üç yüz əlli bir manat otuz altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), ümumilikdə 6 478 708 22 (altı milyon dörd yüz yetmiş səkkiz min yeddi yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” Mənzil Tikinti Kooperativindən 4.829.355 (dörd milyon səkkiz yüz iyirmi doqquz min üç yüz əlli beş) manat məbləğində əsas borc, 1.098.002,02 (bir milyon doxsan səkkiz min iki manat iki qəpik) manat məbləğində faiz borcu, 551.351,36 (beş yüz əlli bir min üç yüz əlli bir manat otuz altı qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), ümumilikdə 6.478.708,22 (altı milyon dörd yüz yetmiş səkkiz min yeddi yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi X1 xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar