Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3844/2021 16.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin cavabdeh "xxxx" ASC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxs (VÖEN **********) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 19.09.2018ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi üzrə 6034,51 manat məbləğində vəsaitin xeyrinə tutularaq, onun Azərbaycan Beynəlxalq Bankının “Sənaye” filialındakı AZ51 İBAZ******************** saylı hesabına (kod 805603, m/h AZ03NABZ********************, VÖEN **********, SWİFT Bik …İBAZAZ2X) köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06.09.1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasının təmin edilməsi istiqamətində mütəmadi aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (AR ƏMDK) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“İcarəçi”) arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2420 m2 təşkil edən, AR ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (indiki “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxs) balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə icarəyə verilməsi barədə 19.09.2018-ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi bağlanmışdır. Göstərilən müqavilənin 2.2-ci bəndinə görə “İcarəçi” aylıq və illik icarə haqqının 50 faizini İXMİM-nin hesablaşma hesabına ödəməli idi. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin bu şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı tam ödənilməmişdir. AR ƏMDK-nin 28.10.2019-cu il tarixli, 220 nömrəli sərəncamı ilə icarə haqqı borcunun alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi şərti ilə 19.09.2018-ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi 27.09.2019-cu il tarixdən ləğv edilmişdir. Beləliklə, cavabdehin 19.09.2018-ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi üzrə öhdəliklərini tam həcmdə icra etməməsi səbəbindən icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 2420 m2 olan qeyri-yaşayış sahəsinin balanssaxlayıcıya manat məbləğində ödənilməmiş icarə haqqı borcu yaranmışdır və bu borc bu günə qədər ödənilməmişdir. İcarə müqaviləsi üzrə vəzifələrini tam icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 13-cü maddələrinin, eyni zamanda icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə bir neçə dəfə, sonuncu 01.03.2021-ci il tarixli, **********58 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməmiş və faktiki olaraq onu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında "xxxx" ASC-nin icarə haqlarının Xidmətə tam həcmdə ödənildiyini, iddiaçıya isə 6034,51 manat məbləğində vəsaitin ödənilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10578 nömrəli 19 sentyabr 2018-ci il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə erilməsi haqqında icarə müqaviləsindən görünür ki, bu müqaviləyə görə “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 19.09.2018-ci il tarixli, 241 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, 14 C (registr № ***-*******1-000) ünvanında yerləşən, ümumi sahəsi 2420 m2 təşkil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hazırki-“Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxs) balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı 4748,04 manatdır. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) - 2178 manat, illik icarə haqqının 50%-i (ƏDV-siz) – 26136 manat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T.bik:NABZAZ2C), aylıq icarə haqqının 50%-i (ƏDV-ilə) – 2570,04 manat, illik icarə haqqının 50%-i (ƏDV-ilə) – 30840,48 manatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin tərtib etdiyi hesab vərəqəsindən görünür ki, "xxxx" ASC-nin 6034,51 manat məbləğində icarə haqqı borcu qalmışdır. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 700.1-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 19.09.2018-ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi üzrə 6034,51 manat məbləğində vəsait tutularaq iddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankının “Sənaye” filialındakı AZ51 İBAZ******************** saylı hesabına (kod 805603, m/h AZ03NABZ********************, VÖEN **********, SWİFT Bik …İBAZAZ2X) köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 19.09.2018-ci il tarixli, 10578 nömrəli icarə müqaviləsi üzrə 6034,51 manat məbləğində vəsait tutularaq iddiaçı “Korporativ idarəetmənin təşkili və koordinasiya mərkəzi” publik hüquqi şəxsin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankının “Sənaye” filialındakı AZ51 İBAZ******************** saylı hesabına (kod 805603, m/h AZ03NABZ********************, VÖEN **********, SWİFT Bik …İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3844/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3844/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver