Məhkəmə qərarları › İş №e-2-2(113)-3848/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3848/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3848/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3, "xxxx" MMC-yə qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Nümayəndə2, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10706,65 manat əsas borc, 1051,72 manat faiz borcu və 319,93 manat cərimə borcu olmaqla cəmi 12078,3 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 20 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə 4 №li Razılaşmaya (kredit limitinin ayrılmasına dair) əsasən Cavabdeh4 MMC-yə İddiaçı ASC-dən 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. 07 fevral 2022-ci il tarixdə Cavabdeh4 MMC-yə İddiaçı ASC-dən illik 22%-lə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Nümayəndə2, Cavabdeh2, Cavabdeh3 ilə 20 oktyabr 2021-ci il tarixli tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin martın 31-dək Cavabdeh4 MMCnin banka 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10706,65 manat əsas borc, 1051,72 manat faiz borcu və 319,93 manat cərimə borcu olmaqla cəmi 12078,3 manat borcu vardır. 31 may 2023-cü il tarixdə tərəflər arasında İlkin mediasiya sessiyası keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Nümayəndə2, Cavabdeh2, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, "xxxx" MMC İddiaçı ASC-dən aylıq 2,50 faizlə 120 ay müddətinə 200000 AZN kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Nümayəndə2 "xxxx" MMCnin İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 "xxxx" MMCnin İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" MMCnin İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 10706,65 manat, faiz borc üzrə 1051,72 manat, cərimə borc üzrə 319,93 manat borcu var. xx.xx.2023-cü il tarixli 9/3848 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 07 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 10843,75 manat, faiz borcu 865,72 manat müəyyən olunur. Tədqiqatın dəyəri 200 manatdır. xx.xx.2023-cü il tarixli 00691 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 18 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul ödəyib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 10706,65 manat məbləğində, faiz borcu ekspert rəyində müəyyən edilmiş 865,72 manat məbləğində, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə 319,93 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 127,63 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh4 MMC-dən, Nümayəndə2, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10706,65 manat əsas borc, 865,72 manat faiz borcu və 127,63 manat cərimə cəmi 11700 manat borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin 96,86%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərcinin 193,72 manatı cavabdehlər Cavabdeh4 MMC, Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,28 manatı İddiaçı ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC-dən, Nümayəndə2, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10706,65 manat əsas borc, 865,72 manat faiz borcu və 127,63 manat cərimə cəmi 11700 manat borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərcinin 193,72 manatı cavabdehlər Cavabdeh4 MMC, Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,28 manatı İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar