Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3848/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və ödənilməmiş icarə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi, icarə obyektinin boşaldılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılması və ödənilməmiş icarə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı X3 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, məhkəməyə ərizə verilən günədək yaranmış 46500 (qırx altı min beş yüz) manat ödənilməmiş icarə haqqının ödənilməsi, 230 (iki yüz otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, ərizə verildiyi tarixdən icarə obyektinin təhvil verildiyi günədək aylıq 6000 (altı min) manat olmaqla icarə haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məcidova Afaq Hüseyin qızı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 188 ünvanında yerləşən, ümumi sahəsi 569,5 m2 olan qeyri-yaşayış sahəsini cavabdeh cəmiyyətə icarəyə vermiş, həmin müqaviləyə əsasən icarəçi cavabdeh ilk 45 gün ödənişsiz olmaqla, digər aylar üzrə aylıq 6000 (altı min) manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan icarə obyekti Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* seriyalı, ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. Həmin müqaviləyə əsasən icarə obyekti icarəçi tərəfindən sürətli poçt xidmətini həyata keçirtmək üçün istifadə olunacaqdır. Hal-hazırkı vaxtadək icarəçi cavabdehin qeyd olunan müqavilə üzrə ödənilməmiş 46500 (qırx altı min beş yüz) manat qalıq borcu vardır. Bununla bağlı müvafiq elektron qaimə fakturalar göndərilmişdir. İcarəçi bu hərəkəti etməklə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsinin 4.4.2-ci maddəsinin tələblərini pozmuşdur . İddiaçı cavabdehə həm şifahi, həm də yazılı xəbərdarlıq qaydasında dəfələrlə müraciət edərək, icarə haqqının ödənilməsini tələb etmiş, lakin bu vaxtadək cavabdeh tərəfindən qalıq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdeh cəmiyyətə ilkin olaraq xx.xx.2024-cü il tarixdə həmin tarixədək olan qalıq borcunun 7 gün müddətində ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərmiş, lakin cavabdeh tərəfindən bu xəbərdarlıq bildirişinə heç bir münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdeh cəmiyyətə müqavilə tələblərini pozduğuna görə xx.xx.2024-cü il tarixdə qeyd olunan icarə müqaviləsinin xitam edilməsi ilə bağlı təklif məktubu da göndərilmiş, ancaq bu rəsmi bildirişə də heç bir münasibət bildirilməmişdir. Beləliklə də, iddiaçının həmin icarə müqaviləsini ləğv etmək, cavabdehdən icarə haqqının ödənilməsini, icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ yaranmışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, məhkəməyə ərizə verilən günədək yaranmış 64500 (altmış dörd min beş yüz) manat ödənilməmiş icarə haqqının ödənilməsi, 284 (üç yüz yetmiş dörd) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, ərizə verildiyi tarixdən icarə obyektinin təhvil verildiyi günədək aylıq 6000 (altı min) manat olmaqla, icarə haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 423.2, 442, 448.1, 448.2, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində X3 ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada müqavilənin 2-ci maddəsində göstərilən qeyri-yaşayış sahəsini (bundan sonra - icarə obyekti adlandırıılacaq) icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti icarəçi tərəfindən sürətli poçt xidmətini həyata keçirmək və ofis məqsədləri üçün istifadə olunacaq. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* seriya! ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən icarəyə verənə məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 188 ünvanında yerləşən 569.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin 1.4-cü bəndində göstərilən qaydada icarə obyekti təhvil-təslim aktı üzrə icarəçiyə təhvil verildiyi tarixdən sonrakı ilk 45 gün istisna olmaqla, icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödəyir. İcarə müddətinin ilk 45 günü ərzində icarə obyekti icarəçi tərəfindən əvəzsiz olaraq istifadə edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin məqsədləri üçün icarə haqqının ödənilməsi üzrə hesabat dövrü təqvim ayı təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə bu Müqavilədə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə uzrə icarə müddəti icarə obyektinin bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada təhvil-təslim aktı üzrə icarəçiyə təhvil verildiyi tarxdən 60 (altmış) ay müddətində müəyyən edilə bilər; 6.2-ci bəndinə əsasən icarə müddətının bitməsinə 1 (bir) ay qalmış icarəyə verən icarəçini müqaviləyə xitam vermək niyyətində olduğu haqqında yazılı şəkildə xəbərdarlıq etmədikdə, bu müqavilə üzrə icarə müddəti uzadılmış hesab edilir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 nömrəli reyestr kitabının 1078 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 188 ünvanında yerləşən, ümumi sahəsi 569,5 m2 olan qeyriyaşayış sahəsi X1 mülkiyyətindədir.
10. 26 iyul 2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 188 ünvanında yerləşən, ümumi sahəsi 569,5 m2 olan qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsi əsasında 26 iyul 2023-cü il tarixində "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə boş olaraq sürətli poçt xidmətini həyata keçirtmək üçün istifadə məqsədi ilə icarəyə verilmişdir.
11. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 742540 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28500 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
12. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11119652 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
13. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11119041 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
14. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11120300 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
15. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10934972 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
16. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10634461 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
17. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10181887 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
18. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11483720 nömrəli elektron qaimədə X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6000 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
19. X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh ümumilikdə 16500 (on altı min beş yüz) manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə cavabdehin bu müqavilə bağlandığı tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş 52500 (ǝlli iki min beş yüz) manat dəyərində əsas borcu qalmışdır.
20. X3 tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
23. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını lazımi qaydada ödəməmişdir.
24. İddia tələbinin bir hissəsini Məcidova Afaq Hüseyin qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi təşkil edir. Beləliklə, təsdiq olunur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur və bu pozuntu əhəmiyyətli pozuntu olmuşdur. Belə ki, ona məxsus əmlakı icarəyə verməkdə iddiaçının məqsədi gəlir, qazanc əldə etmək olsa da, cavabdeh icarə haqqını müəyyən olunmuş qaydada ödəməmiş, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona görə də hazırkı tələb əsaslı olduğundan təmin edilməli və sözügedən xx.xx.2023-cü il tarixli, 3M-178 reyestr nömrəli icarə müqaviləsi ləğv edilməlidir.
25. İddia tələbinin digər hissəsini məhkəməyə ərizə verilən günədək yaranmış 64500 (altmış dörd min beş yüz) manat ödənilməmiş icarə haqqının ödənilməsi təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixədək (“iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin verildiyi tarix) yaranmış 52900 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməli, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir.
27. Belə ki, icarə obyekti xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə obyekti təhvil-təslim aktı üzrə icarəçiyə təhvil verildiyi tarixdən sonrakı ilk 45 gün istisna olmaqla, icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən icarə haqqının hesablanması müddətinin axımı icarə obyekti təhvil verildikdən 45 gün sonra, yəni xx.xx.2023-cü il tarixdən başlanılır. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilən günə (xx.xx.2024-cü il) qədər icarə haqqı hesablanmış dövr 11 ay 17 gün təşkil edir. Həmin müddət ərzində icarəçi 69400 manat məbləğində (6000x11+6000:30x17=) icarə haqqı ödəməli idi. İcarəçi həmin icarə haqqı borcundan 16500 manat məbləğində ödəniş həyata keçirmiş və xx.xx.2024-cü il tarixədək ödənilməmiş 52900 manat (69400-16500=52900) məbləğində borcu qalmışdır.
28. Eyni zamanda iddiaçı ərizə verildiyi tarixdən icarə obyektinin təhvil verildiyi günədək aylıq 6000 (altı min) manat olmaqla icarə haqqının hesablanaraq cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (hazırkı aktın çıxarıldığı tarix) olan dövr üzrə (1 ay 21 gün) icarə haqqı məbləği 10200 manat (6000x1+6000:30x21=10200) təşkil edir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. İddia tələbinin digər hissəsini icarə predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi təşkil edir.
30. İddia tələbi müqavilənin ləğvi hissəsində təmin edildiyindən həmin hissədə də iddia əsaslı sayılmalıdır. Ona görə də məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, icarə münasibətlərinə xitam verildikdən sonra icarəçi icarə predmetini icarəyəverənə qaytarmaq vəzifəsi daşıdığından iddiaçı həmin tələbi irəli sürməkdə haqlıdır və iddia həmin hissədə də təmin edilməli, icarə obyekti olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 569.5 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı X2 təhvil verilməlidir.
31. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 284 (üç yüz yetmiş dörd) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 265,3 manat (iki yüz altmış beş manat otuz qəpik) manat (iş üzrə ödənilməli olan dövlət rüsumu olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. İcarə obyekti olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 569.5 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı X2 təhvil verilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixədək yaranmış 52900 manat, həmin tarixdən xx.xx.2024-cü il tarixədək yaranmış 10200 manat icarə haqqı borcu və ödənilmiş dövlət rüsumuna görə 265,3 manat olmaqla, ümumilikdə 63365,3 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova