Məhkəmə qərarları › İş №e-2-2(113)-385/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-385/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-385/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı "Azərbaycan Respublikasının X8" X14 nümayəndəsi Nəzərov Emin Rövşən oğlunun və cavabdeh X7 və X10 “TAC" Kredit İttifaqının nümayəndələri X9 və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı "Azərbaycan Respublikasının X8" X14 (bundan sonra - X8) cavabdeh X7 və X10 "TAC" Kredit İttifaqına (bundan sonra - "TAC" Kredit İttifaqı) qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixinə yaranmış 297123,81 manat əsas kredit, 5226,37 manat faiz və 231342,58 manat cərimə borcu olmaqla cəmi 533692,76 manat vəsaitin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq X4 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan X5 Fondu iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixinə icra edilməmiş öhdəlikdən iyul ayında ödənilmiş 2212 manat çıxıldıqdan sonra qalan 294172,81 manat vaxtı keçmiş kredit, 6023,95 manat faiz və 266916,15 manat cərimə borcu, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 567112,91 manat vəsaitin cavabdehdən tutularaq X4 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları’’na uyğun olaraq güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə X7 və X10 “TAC” Kredit İttifaqı arasında xx.xx.2012-ci il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq X7 və X10 “TAC” X12 vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 168 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 840000 manat güzəştli kredit ayrılmışdır. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində X7 və X10 “TAC” Kredit İttifaqı xx.xx.2016-cı il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün X7 və X10 “TAC” Kredit İttifaqının xx.xx.2019-cu il tarixinə Fond qarşısında icra edilməmiş öhdəlikdən iyul ayında ödənilmiş 2212 manat çıxıldıqdan sonra qalan 294172,81 manat əsas kredit, 6023,95 manat faiz və 266916,15 manat cərimə borcu olmaqla, cəmi 567112,91 manat borcu mövcuddur. Hal-hazırda müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Həmin müqavilənin şərtləri yalnız tərəflərin qarşılıqlı razılığı ilə deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmişdir. Bu isə onu deməyə əsas verir ki, borclunun Fond qarşısındakı öhdəlikləri yalnız müqavilə tələblərindən deyil, həmçinin qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, borclu Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması məqsədi ilə müvəkkil kredit təşkilatı qismində seçilmək üçün müraciət etməklə, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələri yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüşdür. X1 və X10 “TAC” Kredit İttifaqı arasında xx.xx.2018-ci il tarixdə aparılmış və Kredit İttifaqının rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. X1 və X10 “TAC” Kredit İttifaqı arasında yaranmış iqtisadi mübahisə üçün qanunla məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmamış və bu tərəflər arasında müqavilə ilə nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən, “tərəflər arasında baş verən mübahisələr danışıqlar yolu ilə həll edilir. Göstərilən qaydada həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir.” Müqavilədən göründüyü kimi tərəflər arasındakı müqavilədə pretenziya qayadasına əməl edilməsi üçün heç bir şərt mövcud deyildir. Buna baxmayaraq Fond tərəfindən cavbdehə çoxsaylı yazılı xəbərdarlıqlar edilmiş, lakin cavbdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə“TAC” Kredit İttifaqının idarə heyətinin sədri işləyən X7 Sahibkarlığa Kömək Milli Fonduna məxsus olan xeyli miqdarda əmlakı mənimsəmə və israf etmə yolu ilə vahid qəsdlə talamaya və tamah niyyətilə vəzifə saxtakarlığı törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 224 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş, eyni zamanda xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanla təsdiq edilmiş “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəliklər keçirilməklə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası X8 publik hüquqi şəxs təsis edilmişdir. Daha sonra isə X5 Fondu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X8 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydaları”nın 3.7-ci bəndini (müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 gündən çox olmamaq şərtilə cərimə ödəyirlər) nəzərə alaraq, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixinə X3rşısında yaranmış 294172,81 manat vaxtı keçmiş kredit, 9447,30 manat faiz və 25803,28 manat cərimə borcu olmaqla cəmi 329423,39 manat vəsaitin cavabdehdən tutularaq X4 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi Nəzərov Emin Rövşən oğlu iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “TAC" Kredit İttifaqının nümayəndələri X9 və eyni zamanda vəkili Vəkil iddianı qəbul etməyərək, izahatlarında vaxtı keçmiş kredit, faiz və cərimə düzgün hesablanmadığına görə iddia tələbinin rədd olunmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx xxxxx 2012-ci il tarixli müqavilədən görünür ki, Fond (Sahibkarlığa Kömək Milli Fondu) Müvəkkil kredit təşkilatı (“TAC" Kredit İttifaqı) üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. xx xxxxxx 2019-cu il tarixli tərəflər arasında imzalanmış və möhürlə təsdiq edilmiş üzləşmə aktından görünür ki, X8 tərəfindən “TAC" Kredit İttifaqına (115 (nəfər) sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manat olmaqla) cəmi 575000 manat güzəştli kredit verilmiş və xx.xx.2019-cu il tarixə “TAC" Kredit İttifaqının verilmiş güzəştli kredit vəsaitləri üzrə əsas kredit üzrə 300403,81 manat, o cümlədən vaxtı keçmiş 283320,56 manat, 4921,87 manat faiz və 214086,71 manat məbləğində qalıq borcu vardır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydalarının 3.7-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür. Həmin qaydaların5.1.1-ci və 6.1.1-ci bəndlərinə əsasən sahibkarlıq subyektlərinə Fondun vəsaitindən 50xx xxxxxxxx 50000 manatadək olan kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək müddətə güzəştli kreditlər verilir. xx xxxxxxxx 2020-ci il tarixli 9/117 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, “Tac” kredit ittifaqının X2rşısında xx.xx.2019-cu il tarixə 297123,81 manat əsas borc, 5226,37 manat faiz borcu və 231342,58 manat cərimə borcu, xx.xx.2019-cu il tarixə (iddia qaldırıldığı tarixə) 296262,81 manat əsas borc, 5551,21 manat faiz borcu və 245900,72 manat cərimə borcu və xx.xx.2019-cu il tarixə (icraatın dayandırıldığı tarixə) 296262,81 manat əsas borc, 6341 manat faiz borcu və 267916,15 manat cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixli 9/117 nömrəli məhkəmə ekspertizasının rəyi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə iddia verən zaman iddia ərizəsində xx.xx.2019-cu il tarixə tələb etdiyi həm əsas, həm faiz və həm də cərimə borcu ilə ekspertin xx.xx.2019-cu il tarixə gəldiyi nəticə ilə eynilik təşkil etmiş, bu isə iddiaçı tərəfindən məhkəməyə müraciət edərkən əsas, faiz və cərimə borcunun düzgün hesablandığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, sonradan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydalarına edilmiş dəyişikliyin və iddiaçının da iddia tələbinin həcmini azaltması, cavabdehin xx.xx.2020-ci il tarixinə 294172,81 manat əsas kredit, 9447,30 manat faiz və 25803,28 manat cərimə (120 gün) borcu olmaqla cəmi 329423,39 manat vəsaitin düzgün hesablandığını və əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə qeyd olunaları nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, cavabdeh X7 və X10 “TAC" Kredit İttifaqından Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx xxxxx 2012-ci il tarixli müqaviləyə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanına əsasən xx.xx.2020-ci il tarixinə olan 294172,81 manat əsas kredit, 9447,30 manat faiz və 25803,28 manat cərimə borcu olmaqla cəmi 329423,39 manat məbləğində pul tutularaq "Azərbaycan Respublikasının X8" X16 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tam təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul X7 və X10 “TAC" Kredit İttifaqından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X7 və X10 “TAC" Kredit İttifaqından xx.xx.2020-ci il tarixinə olan 294172,81 manat əsas kredit, 9447,30 manat faiz və 25803,28 manat cərimə borcu olmaqla cəmi 329423,39 manat məbləğində pul tutularaq "Azərbaycan Respublikasının X8" X16 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul X7 və X10 “TAC" Kredit İttifaqından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar