Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3851/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsiüzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli 371878-CNS51859 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 753.33 (yeddi yüz əlli üç manat otuz üç qəpik) AZN manat məbləğində əsas borc, 85.40 (səksən beş manat qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 838.73 (səkkiz yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat və 14 dekabr 2023-cü il tarixli 371878-CNS-50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə xx.xx.2025-ci il tarixə Banka 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) AZN manat məbləğində əsas borc,13.15 (on üç manat on beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 140.48 (yüz qırx manat qırx səkkiz qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/aboutbank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 23 yanvar 2024-cü il tarixli 371878- CNS-51859 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 2.800 (iki min səkkiz yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Eyni zamanda, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 14 dekabr 2023-cü il tarixli 371878-CNS-50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 1.400 (bir min dörd yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Eyni zamanda, 23 yanvar 2024-cü il tarixli 371878-CNS-51859 saylı və 14 dekabr 2023-cü il tarixli 371878-CNS-50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2024 cü il tarixli 371878-1-4872 saylı zaminlik müqaviləsi və əsasında Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh2 23 yanvar 2024-cü il tarixli 371878-CNS-51859 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 753.33 (yeddi yüz əlli üç manat otuz üç qəpik) manat məbləğində əsas borc, 85.40 (səksən beş manat qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 838.73 (səkkiz yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcu qalmışdır. Eyni zamanda, 14 dekabr 2023-cü il tarixli 371878-CNS- 50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 127.33 (yüz iyirmi yeddi manat otuz üç qəpik) AZN manat məbləğində əsas borc, 13.15 (on üç manat on beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 140.48 (yüz qırx manat qırx səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən 23 yanvar 2024-cü il tarixli 371878- CNS-51859 saylı və 14 dekabr 2023-cü il tarixli 371878-CNS-50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi üzrə Cavabdeh2 və Cavabdeh1 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişlər. İddiaçı, həmçinin, hesab edir ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutulmalıdır. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 371878-CNS-50917 saylı kredit müqaviləsinə saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 20 faizlə 12 ay müddətinə 1400 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Cavabdeh2 təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X4/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh2 adına İddiaçı ASC-də açılmış xx.xx.2023-cü il tarixli AZ37VTBA**********1878AZN001_ saylı hesabından xx.xx.2023 – xx.xx.2024-cü il tarix aralığı üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində bank onun hesabına xx.xx.2023-cü il tarixli, 371878-CNS-50917 saylı kredit müqaviləsi üzrə 1400 manat köçürmüşdür. Eyni zamanda, işin materiallarına əlavə olunmuş 14 dekabr 2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, 14 manat müşayiət üzrə xidmət haqqı tutulmaqla cavadehin hesabına 1386 manat daxil olmuşdur. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, 371878-CNS- 50917 saylı, xx.xx.2023-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh2 banka 127,33 manat əsas, 13,15 manat faiz olmaqla, cəmi 140,48 manat borcu yaranmışdır. Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 371878-CNS-50917 saylı kredit müqaviləsinə Müştəri Ərizə-Razılaşmasından görünür ki, ümumi məbləği 1400 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh2 hər ay 129,74 manat aylıq ödəniş ödəməlidir. xx.xx.2024-cü il tarixli, 371878-1-4872 saylı Zaminlik müqaviləsindən görünür ki, fiziki şəxs Cavabdeh1 sahibkar olan fiziki şəxs (krediti alan) Cavabdeh2 371878-CNS- 50917 saylı xx.xx.2023-cü il tarixli krediti üzrə zaminlik və ondan irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir, o cümlədən: 1400 məbləğində və müddətə xx.xx.2024-cü il daxil olmaqla verilmilş kredit; kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 20% məbləğində kreditdən istifadəyə görə faiz; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5 (beş) təqvim günü ərzində tam icra etmək; Bankın tələbini ödəyənədək bu barədə Kredit alanı xəbərdar etməyi, Zaminə qarşı iddia irəli sürüldükdə isə Kredit alanı işdə iştirak etməyə cəlb etməyi; Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımıca icra etməyi və onların pozulmasına yol verməməyi Zamin öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 371878-CNS-51859 saylı kredit müqaviləsinə saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 20 faizlə 12 ay müddətinə 2800 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Cavabdeh2 təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X4/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh2 adına İddiaçı ASC-də açılmış xx.xx.2023-cü il tarixli AZ37VTBA**********1878AZN001_ saylı hesabından xx.xx.2024 – xx.xx.2024-cü il tarix aralığı üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli, 371878-CNS-51859 saylı kredit müqaviləsi üzrə 2800 manat köçürmüşdür. Eyni zamanda, işin materiallarına əlavə olunmuş 23 yanvar 2024-cü il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, cavadehin hesabına 2800 manat daxil olmuşdur. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, 371878-CNS- 51859 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh2 banka 753,33 manat əsas, 85,40 manat faiz olmaqla, cəmi 838,73 manat borcu yaranmışdır. Cavabdeh2 ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 371878-CNS-51859 saylı kredit müqaviləsinə Müştəri Ərizə-Razılaşmasından görünür ki, ümumi məbləği 2800 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh2 hər ay 259,38 manat aylıq ödəniş ödəməlidir. xx.xx.2024-cü il tarixli, 371878-1-4924 saylı Zaminlik müqaviləsindən görünür ki, fiziki şəxs Cavabdeh1 sahibkar olan fiziki şəxs (krediti alan) Cavabdeh2 371878-CNS- 51859 saylı, xx.xx.2024-cü il tarixli krediti üzrə zaminlik və ondan irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir, o cümlədən: 2800 manat məbləğində və müddətə xx.xx.2024-cü il daxil olmaqla verilmilş kredit; kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 20% məbləğində kreditdən istifadəyə görə faiz; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5 (beş) təqvim günü ərzində tam icra etmək; Bankın tələbini ödəyənədək bu barədə Kredit alanı xəbərdar etməyi, Zaminə qarşı iddia irəli sürüldükdə isə Kredit alanı işdə iştirak etməyə cəlb etməyi; Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımıca icra etməyi və onların pozulmasına yol verməməyi Zamin öz öhdəsinə götürür. 001 saylı, xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”-nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. 14 və 15 aprel 2025-ci il tarixlərində İddiaçı ASC tərəfindən cavabdehlər kredit alan Cavabdeh2 və zamin Cavabdeh1 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, müvafiq olaraq 140,48 manat və 753.33 manat məbləğində borcların 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 371878-CNS-50917 saylı kredit müqaviləsinə əsasən 1400 manat məbləğində 12 aylıq müddətə, illik 20 faizlə və xx.xx.2024-cü il tarixli, 371878-CNS-51859 saylı kredit müqaviləsinə əsasən 2800 manat məbləğində 12 aylıq müddətə, illik 20 faizlə kredit vermişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024 cü il tarixli 371878-1-4872 saylı və xx.xx.2024-cü il tarixli, 371878-1- 4924 saylı zaminlik müqavilərlə bağlanmış və zamin borclu ilə birlikdə Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək müvafiq olaraq 1400 manat və 2800 manat məbləğlərində kredit versə də, cavabdehlər öhdəliklərini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı heç bir etiraz etməmişlər. Nəticədə, tərəflərin razılaşmalarına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehlərə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilələrin şətrlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 371878-CNS-50917 saylı kredit müqaviləsinə əsasən 127,33 manat məbləğində əsas bоrc, 13,15 manat məbləğində faiz bоrcu və xx.xx.2024-cü il tarixli, 371878-CNS-51859 saylı kredit müqaviləsinə əsasən 753,33 manat məbləğində əsas bоrc, 85,40 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23 yanvar 2024-cü il tarixli 371878-CNS51859 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 753,33 manat əsas borc, 85,40 manat məbləğində faiz borcu, ümumilikdə isə 838 (səkkiz yüz otuz səkkiz) manat 73 (yetmiş üç) qəpik və 14 dekabr 2023-cü il tarixli 371878-CNS50917 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə xx.xx.2025-ci il tarixə Banka 127,33 manat məbləğində əsas borc, 13,15 manat məbləğində faiz borcu, ümumilikdə 140 (yüz qırx) manat 48 (qırx səkkiz) qəpik, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3851/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3851/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver