Məhkəmə qərarları › İş №e-2-2(113)-3854/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3854/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3854/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 01 noyabr 2022-ci il tarixli, 11- İ-2022-0041 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022- 0041 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 1 noyabr 2022-ci il tarixli 11-İ-2022-0041 nömrəli icarə müqaviləsi üzrə yaranmış 1.714,35 manat icarə haqqı borcu, 45 manat kommunal haqqı borcu, 300 manat parklanma yeri üzrə borc, 146,86 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2.206,21 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 62 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 1 noyabr 2022-ci il tarixli 11-İ-2022-0041 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında "xxxx" Plaza inzibati binasının 5-ci mərtəbəsində 515 nömrəli, 21,15 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsi və əlavə olaraq həmin ünvanda 504 nömrəli, 4,8 kvadrat metrdən ibarət anbar sahəsini 11 (on bir) ay müddətinə icarəyə götürməyi və 21,15 kvadrat metr ofis sahəsi üçün 486,45 manat, 4,8 kvadrat metr anbar sahəsi üçün 85 manat, 21,15 kvadrat metr ofis sahəsində istifadə edilən elektrik enerjisi sərfiyyatı üçün 15 manat, inzibati binada 1 ədəd parklanma yeri üçün 100 manat, ümumilikdə 686,45 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 1.714,35 manat icarə haqqı borcu, 45 manat kommunal haqqı borcu, 300 manat parklanma yeri üzrə borc, 146,86 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2.206,21 manat borc yaranmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəyə verən icarəçi tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 7.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 10 (on) iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Göstərilənləri nəzərə alaraq, cavabdehə 1 mart 2023-cü il tarixində xəbərdarlıq məktubu ünvanlanaraq, müqaviləyə 1 mart 2023-cü il tarixindən etibarən birtəfli qaydada xitam verildiyi bildirilmişdir. Bundan əlavə, 9 mart 2023-cü il tarixli 13-05-11/2-0038/2023 nömrəli pretenziya məktubu ünvanlanaraq, cavabdehdən 1.714,35 manat icarə haqqı borcu, 45 manat kommunal haqqı borcu, 300 manat parklanma yeri üzrə borc, 146,86 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2.206,21 manat məbləğin ödənilməsi tələb olunmuş, buna baxmayaraq sonuncu bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 1.714,35 manat icarə haqqı borcu, 45 manat kommunal haqqı borcu, 300 manat parklanma yeri üzrə borc, 146,86 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 2.206,21 manat məbləğində pulun ödənilməsi tələb olunur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3854/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən ümumi sahəsi 19993,6 m2 olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4642 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" ASC (vəkalət verən) ilə "xxxx" MMC (vəkalət alan) arasında 03 may 2021-ci il tarixli, 01T/21 saylı tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqavilə üzrə vəkalət alan vəkalət verənin tapşırığı əsasında vəkalət verənin mülkiyyətində olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətləri göstərir, vəkalət verən isə göstərilən xidmətlərin müqabilində Vəkalət alana bu Müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. 1.2-ci bəndinə görə vəkalət alan tərəfindən göstərilən xidmətlər aşağıdakılardan ibarətdir: 1.2.1. Obyektdə yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi barədə təklifləri Vəkalət verənə təqdim etmək, icarə şərtlərini vəkalət verən ilə razılaşdırmaq; 1.2.2. İcarə şərtləri vəkalət verən ilə razılaşdırıldıqdan sonra, Vəkalət verənin adından çıxış edərək vəkalət verənin mülkiyyətində olan qeyri-yaşayış sahələrini Vəkalət alana verilmiş etibarnamə əsasında icarəyə vermək, icarə müqavilələrini imzalamaq, həmin müqavilələrə əlavə və dəyişikliklər etmək və onları ləğv etmək; 1.2.3. Obyektin təmizlik, sanitar, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarına müvafiq şəkildə saxlanılmasını təmin etmək. 1.3-cü bəndinə əsasən vəkalət verənin adından bağlanılmış icarə müqavilələri üzrə icarə haqlarının ödənişi vəkalət verənin müvafiq bank hesabına köçürmə yolu ilə icarəçilər tərəfindən həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin adından xx.xx.2021-ci il tarixli 01T/21 nömrəli tapşırıq müqaviləsi və 27 aprel 2022-ci il tarixli AR-İİ 660985 saylı etibarnamə əsasında hərəkətlər edən "xxxx" MMC (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında 01 noyabr 2022-ci il tarixli, 11-İ- 2022-0041 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən bu Müqavilənin 1.2-ci maddəsində göstərilən icarə obyektini (bundan sonra - İcarə obyekti) bu Müqavilənin şərtləri çərçivəsində İcarəçiyə icarəyə verməyi, İcarəçi isə İcarə obyektini icarə müddəti ərzində təyinatına uyğun olaraq ofis sahəsinə zərər vurmadan icarəsinə götürməyi və bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə bu Müqavilədə göstərilən müddət ərzində ödəməyi, habelə bu Müqaviləyə xitam verildikdə icarə obyektini İcarəyə verənə qaytarmağı öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən icarə obyekti - Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” inzibati binasının 5-ci mərtəbəsində, № 515 saylı 21.15 m2 dən ibarət olan qeyri-yaşayış sahəsi və əlavə olaraq həmin ünvanda № 504 saylı 4.8 m2 dən ibarət anbar sahəsidir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcarə obyektinin 1 (bir) aylıq icarə haqqının məbləği aşağıdaki kimi müəyyən edilir: 2.1.1. Bu Müqavilə üzrə icarəçi İcarəyə verənə 21.15 m2 ofis sahəsi üçün 486,45 manat (ƏDV daxil) və 4.8 m2 anbar sahəsi üçün 85 manat (ƏDV daxil), 21.15 m2 ofis sahəsində istifadə edilən elektrik enerji sərfiyyatı üçün 15 manat, inzibati binada 1 (bir) ədəd avtomobil üçün nəzərdə tutulan parking yeri üçün 100 manat (ƏDV daxil) ödəyir, cəmi 686,45 manat ödəyir. 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə İcarə haqqı hər ayın 5-dən gec olmayaraq İcarəyə verənin bank hesabına hesab-fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir. 2.3-cü bəndinə əsasən icarə obyekti daşınmaz əmlak olduğu halda, icarə müddəti ərzində İcarə obyektindən istifadə zamanı yaranmış ödənişlər (telefon rabitəsi, internet və sair xərclər) İcarəçinin hesabına həyata keçiriləcəkdir, elektrik enerjisindən istifadə üçün isə aylıq 15 manat (ƏDV daxil) icarəçi tərəfindən ödəniləcəkdir. 3.1.4-cü bəndinə əsasən icarəçi tərəfindən icarə haqqı 10 gündən artıq müddətdə ödənilmədikdə icarəçinin icarə obyektindən istifadəsini icarə haqqı tam ödənilənədək dayandırmaq və Müqaviləyə xitam verərək bu Müqavilədə nəzərdə tutulmuş icarə haqqı və dəbbə pulunun ödənilməsini icarəçidən tələb etmək icarəyə verənin hüququdur. 4.2.4-cü bəndinə əsasən icarə obyektindən istifadəyə görə icarə haqqını, kommunal ödənişləri və digər tədiyyələri vaxtında ödəmək; 4.2.10-cu bəndinə əsasən bu müqavilə üzrə öhdəliklər icra edilmədikdə İcarə verənə dəbbə pulu və dəymiş zərəri tam həcmdə ödəmək icarəçinin vəzifəsidir. 5.2-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, xitam tarixinədək hər gecikdirilmiş 1 gün üçün icarə haqqının 0,1 %-i məbləğində, lakin ümumi icarə haqqı borcunun 10 %-dən artıq olmamaq şərti ilə dəbbə pulu ödəyir. 6.2-ci bəndinə əsasən icarə müddətinin başa çatmasına 1 (bir) ay müddət qalmış Tərəflərdən hər hansısa biri bu Müqavilənin ləğv edilməsi barədə digər Tərəfə yazılı müraciət etmədiyi halda, bu Müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur. 6.3-cü bəndinə əsasən bu Müqavilə hər iki Tərəf onu imzaladığı vaxtdan hüquqi qüvvəyə minir və 11 təqvim ayı müddətində qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən icarəyə verən 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” inzibati binasının 5-ci mərtəbəsində, 515 saylı 21.15 m2 dən ibarət olan ofis üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsini və həmin ünvanda olan 504 saylı 4.8 m2 dən ibarət anbar üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə təhvil verir, icarəçi sə həmin sahəni icarəyə qəbul edir. Təhvil-təslim aktı tərəflərin imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə 2022-ci il noyabr və dekabr ayı və 2023-ci il yanvar ayları üçün icarə haqqına dair ümumilikdə 1.714,35 manat dəyərində, o cümlədən (2022-ci il noyabr ayının icarə haqqısı olan) 571,45 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 221379 saylı, (2022-ci il dekabr ayının icarə haqqısı olan) 571,45 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 470111 saylı və 2023-cü il yanvar ayının icarə haqqısı olan 571,45 manat dəyərində elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə 2022-ci il noyabr və dekabr ayı və 2023-ci il yanvar ayları üçün avtodayanacaq haqqına dair ümumilikdə 300 manat dəyərində, o cümlədən (2022-ci il noyabr ayının avtodayanacaq haqqısı olan) 100 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 222170 saylı, (2022-ci il dekabr ayının avtodayanacaq haqqısı olan) 100 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 564219 saylı və 2023-cü il yanvar ayının avtodayanacaq haqqısı olan 100 manat dəyərində elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə 2022-ci il noyabr və dekabr ayı və 2023-ci il yanvar ayları üçün kommunal haqqı olan elektrik enerjisinə görə ümumilikdə 45 manat dəyərində o cümlədən (2022-ci il noyabr ayının kommunal haqqı olan elektrik enerjisinə görə) 15 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 221723 saylı, (2022-ci il dekabr ayının kommunal haqqı olan elektrik enerjisinə görə) 15 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 563487 saylı və 2023-cü il yanvar ayının kommunal haqqı olan elektrik enerjisinə görə 15 manat dəyərində elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 09 mart 2023-cü il tarixli 13-5-11/2-0038/2023 nömrəli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış müqavilədə göstərilmiş qeyri-yaşayış sahələrini (Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” inzibati binasının 5-ci mərtəbəsində, 515 saylı 21.15 m2 dən ibarət olan ofis üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsini və həmin ünvanda olan 504 saylı 4.8 m2 dən ibarət anbar üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsini) cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə icarə haqqını, eləcə də 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsinin şərtlərinə əsasən kommunal haqqını (istifdə edilmiş elektrik enerjisi xərcini) və avtodayanacaq haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022- 0041 saylı icarə müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcu 2022-ci il noyabr və dekabr ayı və 2023-ci il yanvar ayları üçün icarə haqqına görə cəmi 1.714,35 manat borcu, avtodayanacaq haqqına görə cəmi 300 manat və kommunal haqqı olan elektrik enerjisinə görə 45 manat təşkil edir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh "xxxx" MMC-nin mübahisəli icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə icarə haqqı, parklanma haqqı və elektrik enerjisindən istifadəyə görə ödənişlər üzrə "xxxx" MMC-nin 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə ƏDV daxil cəmi 2.059,35 manat məbləğində əsas borcunun yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən 01 noyabr 2022-ci il tarixli, 11-İ-2022-0041 saylı icarə müqaviləsi üzrə 1714,35 manat məbləğində icarə haqqı borcu, 45 manat məbləğində kommunal haqqı borcu məbləğində pul vəsaiti, 300 manat məbləğində parklanma üzrə borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 2159,35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 42 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1714,35 manat məbləğində icarə haqqı borcu, 45 manat məbləğində kommunal haqqı borcu, məbləğində pul vəsaiti, 300 manat məbləğində parklanma üzrə borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 2159,35 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar