Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3855/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdeh "xxxx" ASC-nin, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 27 sentyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və əlavə edilən sənədlərin geri qaytarılmasına etiraz edir. Hesab edir ki, işə mahiyyəti üzrə baxımalıdır. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının vəsatəti əsasında iddia ərizəsinin baxılmamış saxlanılması qaydasını müəyyən edən MPM-in 259.0.11-ci maddəsində fərqli olaraq MPM-nin 170.1-ci maddəsində qanunvericiiddiaçının vəsatəti əsasında iddia ərizəsinin hazırlıqdan qaytarılması imkanını cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsindən asılı etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3855/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3855/2023
27.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver