Məhkəmə qərarları › İş №e-2-2(113)-386/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-386/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-386/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X4 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X1 cavabdeh X5 qarşı “kredit borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X6 cavabdeh X5 (VÖEN:**********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdeh X2 onun ləğv prosesində olan İddiaçı X11rşısında əsas borcu üzrə 83232.40 manat (səksən üç min iki yüz otuz iki manat qırx qəpik), faiz borcu üzrə 66641.35 manat (altmış altı min altı yüz qırx bir manat otuz beş qəpik), cərimə borcu üzrə 14268.85 manat (on dörd min iki yüz altmış səkkiz manat səksən beş qəpik) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 15779.47 manat (on beş min yeddi yüz yetmiş doqquz manat qırx yeddi qəpik) olmaqla, cəmi 179922.07 manat (yüz yetmiş doqquz min doqquz yüz iyirmi iki manat, yeddi qəpik) borcun tutulması və tutmanın girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **- NP-***, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** şərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin ləğv prosesində olan İddiaçı X8 ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi; xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdeh X2 onun ləğv prosesində olan İddiaçı X11rşısında əsas borcu üzrə 193845.49 manat (yüz doxsan üç min səkkiz yüz qırx beş manat, qırx doqquz qəpik), faiz borcu üzrə 111892.02 manat (yüz on bir min səkkiz yüz doxsan iki manat, iki qəpik), cərimə borcu üzrə 629.16 manat ( altı yüz iyirmi doqquz manat, on altı qəpik) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 17311.48 manat (on yeddi min üç yüz on bir manat, qırx səkkiz manat) olmaqla, cəmi 323678.15 manat (üç yüz iyirmi üç min altı yüz yetmiş səkkiz manat on beş qəpik) borcun tutulması və tutmanın girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **- VS-***, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin ləğv prosesində olan İddiaçı X8 ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi; xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdeh X2 onun ləğv prosesində olan İddiaçı X8 əsas borcu üzrə 22606.28 manat (iyirmi iki min altı yüz altı manat iyirmi səkkiz qəpik), faiz borcu üzrə 22430.43 manat (iyirmi iki min dörd yüz otuz manat qırx üç qəpik), cərimə borcu üzrə 4291.41 manat (dörd min iki yüz doxsan bir manat qırx bir qəpik) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1855.60 manat ( min səkkiz yüz əlli beş manat altmış qəpik) olmaqla, cəmi 51183.72 manat ( əlli bir min yüz səksən üç manat yetmiş iki qəpik) borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat ( otuz manat ) dövlət rüsumu və 0.40 manat ( qırx qəpik ) xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yəödənilməsi və tutmanın girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **-MZ-*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusunn açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 17AV/F20-12 №-li kredit müqaviləsinə əsasən X5 4 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi iləİddiaçı ASC tərəfindən 36 (otuz altı) ay müddətinə illik 20% olmaqla 196900 manat (bir yüz doxsan altı min doqquz yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** olan avtobuslar banka girov kimi təqdim edilmiş və bu barədə xx xxx 2012-ci il tarixli, 17 İP/F20-12 nömrəli girov müqaviləsi bağlanmışdır. Əlavə olaraq xx xxx 2013-cü il tarixli, 55AV/F20-13 №-li kredit müqaviləsinə əsasən X5 5 ədəd “DAEWOO” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi iləİddiaçı ASC tərəfindən 48 (qırx səkkiz) ay müddətinə illik 20% olmaqla 348500 manat (üç yüz qırx səkkiz min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobuslar banka girov kimi təqdim edilmiş və bu barədə xx xxx 2013-cü il tarixli, 55 İP/F20-13 nömrəli girov müqaviləsi bağlanmışdır. Əlavə olaraq xx xxxx 2013-cü il tarixli, 63AV/F20-13 №-li kredit müqaviləsinə əsasən X5 1 ədəd “İSUZU SAZ NP37” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi iləİddiaçı ASC tərəfindən 48 (qırx səkkiz) ay müddətinə illik 20% olmaqla 25500 manat (iyirmi beş min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, **-MZ-*** nömrə nişanlı avtobus banka girov kimi təqdim edilmiş və bu barədə xx xxxx 2013-cü il tarixli, 63 İP/F20-13 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrəüzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh X5 borcun qaytarılması tələbi ilə bağlışifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. X4 yuxarıda qeyd olunan müqavilələr üzrəyuxarıda göstərilən məbləğdə borc öhdəliyi yaranmışdır. 1 saylı Bakıİnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X6 İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 449-cu maddələrinə, borclu ilə bağlanmış kredit müqaviləsinin müvafiq bəndlərinəəsasən borclu öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borclunun kreditor qarşısında məsuliyyəti yaranır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X1 nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərərk tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 borcun ödənildiyini bildirərək, eyni zamanda müqavilələrin əsillərinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamasını nəzərə alaraq tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 1 saylı Bakı inzibati iqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 201(81)- 1404/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, X6 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx xxx 2012-ci il tarixli, 17AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 4 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi iləX5 36 ay müddətinə illik 20% hesablanmaqla, 196900 manat məbləğində kredit verilmişdir. xx xxx 2012-ci il tarixli, 17 İP/F20-12 saylı girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrəöhdəliyin təmin edilməsi üçün X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **- NP-***; şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***; şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***; şassi № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** olan avtobuslar banka girov qoyulmuşdur. xx xxx 2013-cü il tarixli, 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 5 ədəd “DAEWOO” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi iləX5 48 ay müddətinə illik 20% hesablanmaqla, 348500 manat məbləğində kredit verilmişdir. xx xxx 2013-cü il tarixli, 55İP/F20-13 saylı girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrəöhdəliyin təmin edilməsi üçün X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobuslar banka girov qoyulmuşdur. xx xxxx 2013-cü il tarixli, 63AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd “İSUZU SAZ NP37” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi ilə X5 48 ay müddətinə illik 20% hesablanmaqla, 25500 manat məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli, 63 İP/F20-13 saylı girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, **-MZ-*** nömrə nişanlı avtobus banka girov qoyulmuşdur. xx xxxx 2019-cu il tarixli, **********300 saylı maliyyə arayışından görünür ki, X4 ləğv prosesində olan İddiaçı X12 xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan xx xxxx 2019-cu il tarixə əsas borcu 83232.40 manat, faiz borcu 66641.35 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 14268.85 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 15779.47 manat olmaqla, cəmi 179922.07 manat məbləğində borcu vardır. Həmin müqavilə üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə əsas borc 83232.40 manat, faiz borcu 5743.03 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 827.36 manat olmuşdur. xx xxxx 2019-cu il tarixli, **********299 saylı maliyyə arayışından görünür ki, X4 ləğv prosesində olan İddiaçı X12 xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan xx xxxx 2019-cu il tarixə əsas borcu 193845.49 manat, faiz borcu 111892.02 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629.16 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 17311.48 manat olmaqla, cəmi 323678.15 manat məbləğində borcu vardır. Həmin müqavilə üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə əsas borc 193845.49 manat, faiz borcu 32869.42 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629.16 manat olmuşdur. xx xxxx 2019-cu il tarixli, **********298 saylı maliyyə arayışından görünür ki, X4 ləğv prosesində olan İddiaçı X12 xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan xx xxxx 2019-cu il tarixəəsas borcu 22606.28 manat, faiz borcu 22430.43 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4291.41 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1855.60 manat olmaqla, cəmi 51183.72 manat məbləğində borcu vardır. Həmin müqavilə üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə əsas borc 22606.28 manat, faiz borcu 14970.38 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4291.41 manat olmuşdur. AR DİN BDYPİ tərəfindən ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X3 ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan kredit, girov müqavilələri üzrə girov qoyulan avtobuslar X4 mülkiyyətindədir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012, xx.xx.2013 və xx.xx.2013-cü il tarixli çıxarışların surətindən görünür ki, yuxarıda qeyd olunan girov müqavilələri xx.xx.2012, xx.xx.2013 və xx.xx.2013cü il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 qeydə alınmışdır. **********144 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsinə dair xəbərdarlıq edilmiş, tutmanın girov predmetlərinə yönəldilməsi proseduruna başlayacağı bildirilmişdir. xx.xx.2019-cu il tarixli **********280 saylı ərizənin surətindən görünür ki, iddiaçıAR DİN BDYPİ-yə müraciət edərək hazırkı girov predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişinin qeydə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16447 saylı ekspert rəyindən görünür ki, X4 ləğv prosesində olan İddiaçı X12 xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixəəsas borcu 77648.41 manat, faiz borcu 11129,61 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcu 80892.30 manat, faiz borcu 3405.88 manat olmaqla, cəmi 84298.18 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər borcu ümumilikdə 88778.02 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixəəsas borcu 184790.16 manat, faiz borcu 57721.26 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcu 184790.16 manat, faiz borcu 40243.19 manat olmaqla, cəmi 225033.34.18 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər borcu ümumilikdə 242511.41 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixəəsas borcu 22663.04 manat, faiz borcu 16912.29 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcu 22663.04 manat, faiz borcu 14932.43 manat olmaqla, cəmi 37595.47 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər borcu ümumilikdə 39575.33 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış adıçəkilən təminatlı kredit müqavilələri əsasında X5 yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə X7 arasında yuxarıda qeyd olunan girov müqavilələri bağlanmışdır. İşüzrə kreditor müqavilələr üzrəüzərinə götürdüyüöhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya etiraz edərək üçüncü şəxs tərəfindən banka olan borcun ödənildiyini qeyd edərək borc məbləğinin ondan tələb edilməsinin əsassız olduğunu bildirmiş və borc məbləği banka tam ödənildiyindən, eyni zamanda müqavilələrin əsilləri məhkəməyə təqdim olunmadığından iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan kredit müqavilələri üzrə borcun ödənildiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən adıçəkilən müqavilələrin əsilləri məhkəməyə təqdim olunmasa da (iddiaçı bunu bank ləğv prosesində olduğundan qarışıqlıq səbəbindən yaranan çətinliklə izah etmişdir), məhkəmə müqavilələrin surətlərinin məhkəməyə təqdim olunması ilə kifayətlənir və bu zaman onu da nəzərə alır ki, tərəflər arasında həmin müqavilələrin bağlanmasını cavabdeh özü də mübahisələndirilməmiş, həmin müqavilələrin mövcudluğunu inkar etməmiş, müqavilələr üzrəödənişlər olunmuş, hesabdan çıxarışlar iş materiallarına əlavə olunmuş, bundan başqa, cavabdeh həmin müqavilələr üzrə borcun tam ödənildiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müqavilələrin əsillərinin təqdim olunmamasıəsası ilə iddia tələbinin rədd edilməli olması ilə bağlı cavabdehin mövqeyini haqlı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərəəsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borc hissəsində birinci iki müqaviəyə münasibətdə qismən əsaslı olduğundan qismən, üçüncü müqaviləyə münasibətdə isə tam təmin edilməlidir. Belə ki, iddiaçı cavabdeh X2 əsas borc üzrə xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən 83232.40 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 193845.49 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20- 13 nömrəli kredit müqaviləsinə əsasən 22606.28 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi, xx.xx.2019-cu il tarixə (məhkəməyə müraciət olunan tarixə) cavabdehin iddiaçıya əsas borc üzrə xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən 77648.41 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 184790.16 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20- 13 nömrəli kredit müqaviləsinə əsasən 22663.04 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci iki müqaviləyə münasibətdə tələb əsas borc hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə), üçüncü müqaviləyə münasibətdə isə tam - ekspert rəyində artıq göstərilsə də, tələbdən kənara çıxılmadığından iddia tələbində göstərilən məbləğdə təmin olunmalıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi faiz borcu hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı X13 cavabdeh X2 faiz borc üzrə xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən 66641.35 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 111892.02 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 22430.43 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarından görünür ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma vəöhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlıöhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlıöhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Ekspert rəyindən göründüyü kimi, müqavilə müddətinin sonuna cavabdehin ləğv prosesində olan İddiaçı X12 faiz borcu xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən 3405.88 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 40243.19 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən 14932.43 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, hər üç müqaviləyə münasibətdə ekspert rəyində göstərilən müqavilə müddətinin sonuna olan faiz borcu əsas götürülməklə tələb faiz borcu hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır. İddiaçı adıçəkilən hər üç müqavilə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan, yuxarıda göstərilən məbləğlərin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinəəsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləməşəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqaviləöhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasıüçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isəöhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər vəəldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Beləşərtin olmadığı müqaviləöhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hazırkı işüzrə tərəflər arasında bağlanan müqavilələrdəmüqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilə üzrə öhdəliklərin xitamına səbəb olması ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi hər üç müqavilə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan məbləğlərin cavabdehdən tutulması hissəsində qismən əsaslı olduğundan qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin edilməlidir. Məhkəmə hesab edir ki, tələb cərimə borcu hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-cи maddяsиnя яsasяn яgяr borclu юhdяlиyиn lazыmыnca иcra edиlmяmяsи, o cцmlяdяn mцяyyяnlяшdиrиlmиш mцddяtdя иcra edиlmяmяsи цчцn cяrиmя юdяyяcяyиnи vяd etmишdиrsя, kredиtor cяrиmяnиn юdяnиlmяsиnи vя юhdяlиyиn иcrasыnы tяlяb edя bиlяr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cəriməödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan iddiaçı ilə yanaşı, cavabdehin də mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində nəzərdə tutulan cərimə azaldılmalıdır. Məhkəmə iddiaçı bankın cavabdehdən xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən cərimə kimi tələb etdiyi 14268.85 manat məbləğin 500 manat, xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən tələb etdiyi 629.16 manat məbləğin 50 manat, xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən tələb etdiyi 4291.41 manat məbləğin 700 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan vəədalətli hesab edir. Məhkəmə hesab edir ki, cərimə kimi hesablanmış qeyd olunan məbləğlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən yuxarıda qeyd olunan miqdarda azaldılması tərəflər arasında olan mütənasibsizliyi aradan qaldırılmaqla işin faktiki hallarına uyğundur. İddia tələbinin bir hissəsini də hər üç müqavilə üzrə tutmanın girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi təşkil dir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuşəşyaya borclu girovla təmin edilmişöhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdəüzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıəsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; İş materiallarından müəyyən olunur ki, iddiaçıqanunvericiliyin tələblərinəəsasən girov predmetlərinə tutmanın yönəldilməsi qaydasına əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da iddiaçının girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda girov predmetlərinin satılmasını vəəldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə dəəsaslıolduğundan təmin edilməli, yuxarıda adıçəkilən hər üç müqavilə üzrə tutma girov predmeti olan, X4 mülkiyyətində olan, kredit vəsaiti hesabına alınan sərnişin daşıma avtobuslarına yönəldilməli, həmin avtobuslar açıq hərrac satılmalı, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Borc ödənildikdən sonrasərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa, həmin məbləğ X5 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq 20.10 manat (iyirmi manat on qəpik) dövlət rüsumu və 0.40 manat (qırx qəpik) xidmət haqqı X2 ləğv prosesində olan İddiaçı X10 xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 18113 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat təşkil edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul X2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddиa tələbi qismən tяmиn edиlsиn. X2 xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 77648.41 manat (yetmiş yeddi min altı yüz qırx səkkiz manat qırx bir qəpik), faiz borcu üzrə 3405.88 manat (üç min dörd yüz beş manat səksən səkkiz qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə88778.02 manat (səksən səkkiz min yeddi yüz yetmişsəkkiz manat iki qəpik) və 500 manat (beş yüz manat) cərimə olmaqla, cəmi 89278.02 manat (səksən doqquz min iki yüz yetmişsəkkiz manat iki qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı X10 xeyrinə tutulsun. Tutma girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** olan sərnişin daşıma avtobuslarına yönəldilsin, həmin avtobuslar açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin ləğv prosesində olan İddiaçı X8 borcu ödənilsin. X2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790.16 manat (yüz səksən dörd min yeddi yüz doxsan manat on altı qəpik), faiz borcu üzrə 40243.19 (qırx min iki yüz qırx üç manat on doqquz qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511.41 manat (iki yüz qırx iki min beş yüz on bir manat qırx bir qəpik) və 50 manat (əlli manat) cərimə olmaqla, cəmi242561.41 manat (iki yüz qırx iki min beş yüz altmış bir manat qırx bir qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı X10 xeyrinə tutulsun. Tutma girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilsin, həmin avtobuslar açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin İddiaçı X8 borcu ödənilsin. X2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22606.28 manat, faiz borcu 14932.43 (on dörd min doqquz yüz otuz iki manat qırx üç qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39575.33 (otuz doqquz min beş yüz yetmiş beş manat otuz üç qəpik) və700 manat cərimə olmaqla, cəmi40275.33 manat (qırx min iki yüz yetmiş beş manat otuz üç qəpik) məbləğində pul, 20.10 manat (iyirmi manat on qəpik) dövlət rüsumu və 0.40 manat (qırx qəpik) xidmət haqqı ləğv prosesində olan İddiaçı X10 xeyrinə tutulsun. Tutma girov predmeti olan, X4 mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **-MZ-*** olan sərnişin daşıma avtobusuna yönəldilsin, həmin avtobus açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin İddiaçı X8 borcu ödənilsin. Borc ödənildikdən sonrasərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa, həmin məbləğ X5 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul X2 tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar