Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-387/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, zaminlik, girov müqaviləsi, tutmanın girov predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 72,916.11 manat faiz borcu olmaqla, cəmi 5,072,916.11 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 4,028.94 manat faiz borcu, 318.75 manat cərimə borcu olmaqla, cəmi 493,097.69 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3,538.30 manat faiz borcu, 5,572.60 manat cərimə borcu olmaqla, cəmi 332,159.92 manat məbləğində borcun; - K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 72,337.95 manat faiz borcu, 4,730.90 manat cərimə borcu olmaqla, cəmi 4,347,902.16 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinn avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X6” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; 5. Girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC-yə, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.514 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC-531LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 imzalanmışdır. Eyni zamanda, tərəflər arasında qeyd olunan X5 çərçivəsində xx.xx.2019-cu il tarixdə GL3488 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2029-cu il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 60,000,000 (altmış milyon) manat məbləğində kredit limiti xətti açılmışdır. Bundan başqa, tərəflər arasında GL3488 saylı kredit limiti müqaviləsi çərçivəsində: 1) xx.xx.2019-cu il tarixli K3488 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş 01 saylı əlavə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 5%, illik cərimə faizi 15% olmaqla 5,000,000 (beş milyon) manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir. 2) xx.xx.2020-ci il tarixli K3910 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 8.5%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 23.5% olmaqla 850,000 (səkkiz yüz əlli min) manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir. 3) xx.xx.2020-ci il tarixli K4161 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı, xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2022-ci il tarixli 04 saylı, xx.xx.2022-ci il tarixli 05 saylı əlavələr imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 5%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 20% olmaqla 5,000,000 (beş milyon) manat məbləğində əsas vəsaitin artırılması (istixana tikintisi üçün) məqsədilə tranşlarla kredit verilmişdir. 4) xx.xx.2022-ci il tarixli K5602 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 497,000 (dörd yüz doxsan yeddi min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xətti açılmışdır. Qeyd olunanlarla yanaşı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli GL3488 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli Z5509 saylı zaminlik müqaviləsi, Cavabdeh1 arasında isə xx.xx.2019-cu il tarixli Z3581 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli GL3488 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 (on min altı yüz) kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 (otuz səkkiz min üç yüz dörd) kv.m istixana kompleksinin avadanlıqları xx.xx.2020-ci il tarixli G2867 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir. 2 ) Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları xx.xx.2019-cu il tarixli G2518 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir. 3) Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksin avadanlıqları xx.xx.2019-cu il tarixli G3647 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir. 4) Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ xx.xx.2019-cu il tarixli G2520 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir. 5) Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları xx.xx.2022-ci il tarixli G3993 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. 6 ) Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları xx.xx.2021-ci il tarixli G3632 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. 7) Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları xx.xx.2019-cu il tarixli G2516 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. 8) Cavabdeh1 mülkiyyətində olan “X6” MMC-nin təsis payları xx.xx.2019-cu il tarixli G2517 saylı girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Girov müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlər üzrə ödənilməli olan ödənişləri həyata keçirməmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 72,916.11 manat faiz borcu olmaqla, cəmi 5,072,916.11 manat təşkil edir, Gecikmə günü: 76 - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 4,028.94 manat faiz borcu, 318.75 manat cərimə borcu olmaqla, cəmi 493,097.69 manat təşkil edir, gecikmə günü: 71 - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3,538.30 manat faiz borcu, 5,572.60 manat cərimə borcu olmaqla, cəmi 332,159.92 manat təşkil edir, gecikmə günü: 23 - K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 72,337.95 manat faiz borcu, 4,730.90 manat cərimə borcu olmaqla, cəmi 4,347,902.16 manat təşkil edir, gecikmə günü: 93 Bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, Bank tərəfindən borcalana “girov predmetinə tutmanın yönəldilməsi barədə” bildiriş göndərilmiş və borcalanın Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda tutmanın girov müqavilələri ilə müəyyən edilən girov predmetlərinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Girov saxlayan İddiaçı ASC girov qoyanlara qanunvericiliyə uyğun olaraq girov predmetlərinə tutmanın yönəldiləcəyinə dair girov qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmiş, girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi X2 İdarəsinə, DƏDKR-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 147.916,09 manat faiz borcu, 5.613,43 manat cərimə borcu olmaqla, cəmi 5.153.529,52 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 16.492,06 manat faiz borcu, 4.710,41 manat cərimə borcu olmaqla, cəmi 509.952,47 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3.538,30 manat faiz borcu, 31.739,57 manat cərimə borcu olmaqla, cəmi 358.326,89 manat borcun, K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 136.400,45 manat faiz borcu, 30.251,73 manat cərimə borcu olmaqla, cəmi 4.437,485,49 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMCnin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X6” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; 5. Girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.620 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC- 531LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 imzalanmışdır.
9. X5nun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında X5 çərçivəsində xx.xx.2019-cu il tarixdə GL3488 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2029-cu il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 60,000,000 manat məbləğində kredit limiti xətti açılmışdır.
11. GL3488 saylı kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixli K3488 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş 01 saylı əlavə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 5%, illik cərimə faizi 15% olmaqla 5,000,000 manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir.
12. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli K3910 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 8.5%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 23.5% olmaqla 850,000 (səkkiz yüz əlli min) manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir.
13. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli K4161 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı, xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2022-ci il tarixli 04 saylı, xx.xx.2022-ci il tarixli 05 saylı əlavələr imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 5%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 20% olmaqla 5,000,000 (beş milyon) manat məbləğində əsas vəsaitin artırılması (istixana tikintisi üçün) məqsədilə tranşlarla kredit verilmişdir.
14. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli K5602 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, müddət bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 497,000 (dörd yüz doxsan yeddi min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xətti açılmışdır.
15. xx.xx.2019-cu il tarixli GL3488 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli Z5509 saylı zaminlik müqaviləsi imzalanmış və borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
16. xx.xx.2019-cu il tarixli GL3488 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli Z3581 saylı zaminlik müqaviləsi imzalamış və borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, G2516 nömrəli girov müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, hər birinin nominal dəyəri 4.985,23 manat olmaqla, cəmi 99.704,60 manat təşkil edir.
18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, G2517 nömrəli girov müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan “X6” MMCnin təsis payları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən girov qoyana məxsus olan hər birinin nominal dəyəri 21,630,28 manat olan, 50 ədəd təsis payı-nizamnamə kapitalının miqdarının 50 %-i. 2.6-cı bəndə əsasən predmetin dəyəri hər birinin nominal dəyəri 21,630,28 manat olmaqla, cəmi 1.081,514 manat.
19. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, G2518 nömrəli girov müqaviləsi ilə Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri cəmi 2.569,146 manat təşkil edir.
20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli G2520 saylı girov müqaviləsi ilə Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri 37.292 manat təşkil edir.
21. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli G2867 saylı girov müqaviləsi əsasında Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri cəmi 5.269,729 manat təşkil edir.
22. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli G3632 saylı girov müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, nominal dəyəri 8.301.215 manat təşkil edir.
23. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli G3647 saylı girov müqaviləsi ilə Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksin avadanlıqları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri 5.016.448 manat təşkil edir.
24. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli G3993 saylı girov müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən predmetin dəyəri kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, nominal dəyəri 139.270 manat təşkil edir.
25. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək, Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
26. Cavabdehlərə girov predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir.
27. Girov predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınması üçün ərizələrlə müvafiq qurumlara müraciət olunmuş və qeydiyyata alınmışdır.
28. xx.xx.2023-cü il tarixli, PB/BPŞ-OUT-01476-2023/2 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri - K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5.000.000 manat əsas borc, 147.916,09 manat faiz borcu, 5.613,43 manat cərimə borcu olmaqla, cəmi 5.153.529,52 manat təşkil edir, gecimə günü 186; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 16.492,06 manat faiz borcu, 4.710,41 manat cərimə borcu olmaqla, cəmi 509.952,47 manat təşkil edir, gecikmə günü 181; - K5602 saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3.538,30 manat faiz borcu, 31.739,57 manat cərimə borcu olmaqla, cəmi 358.326,89 manat təşkil edir, gecikmə günü 133; - K3488 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 136.400,45 manat faiz borcu, 30.251,73 manat cərimə borcu olmaqla, cəmi 4.437,485,49 manat təşkil edir, gecikmə günü 203.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10122-9/10136 saylı ekspert rəyində qeyd olunmuşdur ki, məhkəmə-mühasibat ekspertizası üzrə: K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 72.221,69 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 91.666,13 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 147.221,69 manat; K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 488.750 manat, faiz borcu üzrə 10.545,25 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 488.750 manat, faiz borcu üzrə 13.776,43 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 488.750 manat, faiz borcu üzrə 23.008,37 manat; K5602 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 323.049,02 manat, faiz borcu üzrə 3407,07 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 323.049,02 manat, faiz borcu üzrə 5991,46 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 323.049,02 manat, faiz borcu üzrə 9006,58 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 323.049,02 manat, faiz borcu üzrə 17.621,22 manat; K3488 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4.270.833,31 manat, faiz borcu üzrə 80.458,9 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4.270.833,31 manat, faiz borcu üzrə 97.067,7 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 4.270.833,31 manat, faiz borcu üzrə 144.521,4 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən K4161 saylı, K3910 saylı, K5602 saylı, K3488 saylı maliyyələşdirmə üçün ərizələr üzrə cərimə hesablanmadı.
30. "xxxx" MMC-nin LP-142/2024 saylı 01 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən ümumi sahəsi 13 ha olan istixana kompleksinin konstruksiya və avadanlıqlarının ümumilikdə (torpaq sahəsi qiymətləndirmə zamanı nəzərə alınmamışdır) real bazar qiyməti: 8.700.000 manat, likvid dəyəri: 8.000.000 manat təşkil edir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 296.1-ci bəndinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
35. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə GTC-531LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 və X5 çərçivəsində xx.xx.2019-cu il tarixdə GL3488 saylı kredit limiti müqaviləsi bağlanmış və GL3488 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli K3488 saylı, xx.xx.2020-ci il tarixli K3910 saylı, xx.xx.2020-ci il tarixli K4161 saylı, xx.xx.2022-ci il tarixli K5602 saylı maliyyələşdirmə üzrə ərizələr imzalanmışdır. xx.xx.2019-cu il tarixli GL3488 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli Z5509 saylı, Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli Z3581 saylı zaminlik müqavilələri, daha sonra Cavabdeh2 MMC ilə xx.xx.2019-cu il tarixli, G2516 nömrəli, xx.xx.2019-cu il tarixli, G2517 nömrəli, xx.xx.2019-cu il tarixli, G2518 nömrəli, xx.xx.2019-cu il tarixli G2520 saylı, xx.xx.2020-ci il tarixli G2867 saylı, xx.xx.2021-ci il tarixli G3632 saylı, xx.xx.2019-cu il tarixli G3647 saylı, xx.xx.2022-ci il tarixli G3993 saylı girov müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Girov müqavilələri üzrə girov predmetləri borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
36. İddia tələbinin bir hissəsini cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 147.916,09 manat faiz borcu, - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 16.492,06 manat faiz borcu, - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3.538,30 manat faiz borcu, - K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 136.400,45 manat faiz borcunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi təşkil edir.
37. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini, iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, hesablanmış faizlərin tutulması hissəsində isə qismən təmin edilməli, K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ******* manat əsas borc, 72221,69 manat faiz borcu, K3910 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 488750 manat əsas borc, 10545,25 manat faiz borcu, K5602 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 323049,02 manat əsas borc, 3407,07 manat faiz borcu, K3488 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4270833,31 manat əsas borc, 80458,9 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyini nəzərə almışdır.
38. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.613,43 manat, K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4.710,41 manat, K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 31.739,57 manat, K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 30.251,73 manat cərimə borcunun tutulması təşkil edir.
39. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
40. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği yalnız K5602 saylı maliyyələşdirmə üçün ərizə üzrə azaldılmalı, cavabdehlərdən birgə qaydada K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5613,43 manat, K3910 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4710,41 manat, K5602 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16000 manat, K3488 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30251,73 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə həmçinin hesab edir ki, tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10600,00 (on min altı yüz) kv.m istixana kompleksinin avadanlıqları və 38304.00 (otuz səkkiz min üç yüz dörd) kv.m istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququna; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına yönəldilməli, girov predmetləri açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 MMC və Cavabdeh1 qaytarılmalı, Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən istixana avadanlıqlarının ilkin satış qiyməti ******* manat müəyyən edilməli, daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməlidir.
42. Eləcə də, iddiaçı dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
43. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 5.514 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 106 manat olmaqla, cəmi 5.620 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
44. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənmişdir.
45. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün dövlət rüsumu və xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir.
46. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
47. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 98,50 manatı (doxsan səkkiz manat əlli qəpik) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada, 1,40 manat (bir manat qırx qəpik) hissəsi İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
48. Belə ki, AR ƏN MEM-nin 14 may 2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ******* (beş milyon) manat əsas borc, 72221,69 manat (yetmiş iki min iki yüz iyirmi bir manat altmış doqquz qəpik) faiz borcu, 5613,43 (beş min altı yüz on üç manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5077835,12 (beş milyon yetmiş yeddi min səkkiz yüz otuz beş manat on iki qəpik) manat borc; K3910 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 488750 (dörd yüz səksən səkkiz min yeddi yüz əlli) manat əsas borc, 10545,25 manat (on min beş yüz qırx beş manat iyirmi beş qəpik) faiz borcu, 4710,41 (dörd min yeddi yüz on manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 504005,66 manat (beş yüz dörd min beş manat altmış altı qəpik) manat borc; K5602 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 323049,02 (üç yüz iyirmi üç min qırx doqquz manat iki qəpik) manat əsas borc, 3407,07 manat (üç min dörd yüz yeddi manat yeddi qəpik) faiz borcu, 16000 (on altı min) manat cərimə borcu olmaqla, cəmi 342456,09 manat (üç yüz qırx iki min dörd yüz əlli altı manat doqquz qəpik) borc; K3488 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4270833,31 manat (dörd milyon iki yüz yetmiş min səkkiz yüz otuz üç manat otuz bir qəpik) əsas borc, 80458,9 manat (səksən min dörd yüz əlli səkkiz manat doxsan qəpik) faiz borcu, 30251,73 (otuz min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4381543,94 manat (dörd milyon üç yüz otuz səkkiz min beş yüz qırx üç manat doxsan dörd qəpik) manat borc, ümumilikdə 10305840,81 manat (on milyon üç yüz beş min səkkiz yüz qırx manat səksən bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10600,00 (on min altı yüz) kv.m istixana kompleksinin avadanlıqları və 38304.00 (otuz səkkiz min üç yüz dörd) kv.m istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququna; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına yönəldilsin. Yuxarıda qeyd edilən girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 MMC və Cavabdeh1 qaytarılsın. Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən istixana avadanlıqlarının ilkin satış qiyməti ******* manat müəyyən edilsin. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilsin. Ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat (beş min altı yüz iyirmi) manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36,80 (otuz altı manat səksən qəpik) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 98,50 manatı (doxsan səkkiz manat əlli qəpik) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada, 1,40 manat (bir manat qırx qəpik) hissəsi İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova