Məhkəmə qərarları › İş №e-2-2(113)-387/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-387/2025

24.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-387/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Firmasının Cavabdeh qarşı yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayon, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda da yeni sahibkarlıq obyekti olaraq İST yanacaq doldurma məntəqəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Lakin cavabdeh tərəfindən bir sıra süni maneələr yaradılır, giriş-çıxışları məhdudlaşdırılır. Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi ünvan 2 ünvanda da yeni sahibkarlıq obyekti olaraq İST yanacaq doldurma məntəqəsinin bitişik Cavabdeh istifadəsində qanunsuz tikililər vardır ki, hazırda həmin tikililər şəhərin gözəlliyini pozmaqla yanaşı mühafizə zolaqlarını bağlamış, ümumi istifadədə olan yaşıllığın üst hissəsində inşa edilmiş, əsas avtomobil yolunun mühafizə zolağını bağlamış, piyada vətəndaşlarını hərəkətini məhdudlaşdırmaqla onların həyatı üçün ciddi təhlükə yaratmaqdadır. Həmin tikili İST firmasına məxsus olan tikililərin giriş-çıxışını birbaşa kəsərək maneə yaratmışdır. Dəfələrlə Cavabdeh müraciət edərək yaradılmış süni maneələrin aradan qaldırılması qanunsuz tikilinin sökülməsi, giriş çıxış yolların açılması, ümumi istifadədə olan səkinin bərpa edilməsini tələb ediblər. Məhkəmə qaydasında olmadan hazırki mübahisənin həll edilməsi mümkün deyildir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı Firmasına hər hansı maneələr törədilmir və belə bir maneə olmadığından bununla bağlı sübutlar təmin edilməyib habelə ümumi istifadədə olan səkinin bərpa edilməsi tələbi subyektiv cəhətdən iddiaçıya məxsus deyildir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli qərardadı ilə İddiaçı Firmasının Cavabdeh qarşı yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-1125/2024 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə olduğunu göstərmiş və işin ekspertizadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla işin ekspertizadan geri qaytarılması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim edərək, cavabdeh ilə birlikdə məhkəməyə yazılı ərizələr ilə müraciət edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 19 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflərin öhdəlikləri: 1.1 Birinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 387/2025 saylı iş üzrə İddiaçı Firması) ikinci tərəfə (Bakı Kommersiya Məhkəməsinin icraatmda olan 2-2(113)-387/2025 saylı iş üzrə iş üzrə Cavabdeh) 100.000 (bir yüz min) manat pul ödəməyi öhdəsinə götürür. 1.2 Həmin pulun qarşılığında ikinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-387/2025 saylı iş üzrə Cavabdeh) iddia ərizəsində göstərilmiş tələb daxilində “Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddianın təmin edilməsini həyata keçirir. 1.3 İkinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-387/2025 saylı iş üzrə iş üzrə Cavabdeh) 200 kv.m. yaxın ərazidə yerləşdirilmiş dəmir sexin sökülməsi, həmin ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsini öhdəlik olaraq üzərinə götürürür.

2. SAZİŞDƏN İRƏLİ GƏLƏN MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ: 2.1. Müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət X3 ilə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəfin üzərinə düşür. 2.2 Barışıq Sazişinin tam və vaxtında icra edildikdən sonra tərəflər bir tərəf digərinə qarşı əlavə olaraq heç bir tələb irəli sürməyəcəyini qəti olaraq razılaşır.

3. YEKUN MÜDDƏALAR: 3.1.X3 eyni məzmunda 3 (üç) nüsxədə tərtib olunmaqla bir nüsxə Bakı Kommersiya məhkəməsinə təqdim edilməklə tərəflərin hər birində müvafiq olaraq 1 (bir) nüsxə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Firmasının Cavabdeh qarşı yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 19 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Tərəflərin öhdəlikləri: 1.1 Birinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 387/2025 saylı iş üzrə İddiaçı Firması) ikinci tərəfə (Bakı Kommersiya Məhkəməsinin icraatmda olan 2-2(113)-387/2025 saylı iş üzrə iş üzrə Cavabdeh) 100.000 (bir yüz min) manat pul ödəməyi öhdəsinə götürür. 1.2 Həmin pulun qarşılığında ikinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-387/2025 saylı iş üzrə iş üzrə Cavabdeh) iddia ərizəsində göstərilmiş tələb daxilində “Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair” iddianın təmin edilməsini həyata keçirir. 1.3 İkinci tərəf (Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-387/2025 saylı iş üzrə iş üzrə Cavabdeh) 200 kv.m. yaxın ərazidə yerləşdirilmiş dəmir sexin sökülməsi, həmin ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsini öhdəlik olaraq üzərinə götürürür.

2. SAZİŞDƏN İRƏLİ GƏLƏN MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ: 2.1. Müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət X3 ilə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəfin üzərinə düşür. 2.2 Barışıq Sazişinin tam və vaxtında icra edildikdən sonra tərəflər bir tərəf digərinə qarşı əlavə olaraq heç bir tələb irəli sürməyəcəyini qəti olaraq razılaşır.

3. YEKUN MÜDDƏALAR: 3.1.X3 eyni məzmunda 3 (üç) nüsxədə tərtib olunmaqla bir nüsxə Bakı Kommersiya məhkəməsinə təqdim edilməklə tərəflərin hər birində müvafiq olaraq 1 (bir) nüsxə saxlanılır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar