Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3870/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X2 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər X6 qızına və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC-nin cavabdehlər X6 qızına və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 2.163,28 manat məbləğində krеdit bоrcu, 185,59 manat məbləğində faiz bоrcu və 67,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.415,92 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 09L000004341 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 836,72 manat ödəmiş, onun 2.163,28 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 156 gün üçün hesablanmış faiz borcu 185,59 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 156 gün üçün hеsablanmış cərimə 67,05 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 60 manat haqq ödənilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 iddiaya etiraz verərək, iddianın rədd olunmasını xahiş etmiş və etirazında qeyd etmişdir ki, Cavabdeh1 13.12 .20021-ci il tarixində 3.000 manat kredit verilib. Kreditin zamin kimi onun tərəfindən ödənilməsi iddiası ilə də Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Səbəb kimi də 10 il bundan əvvəl, yəni 2013cü il iyul ayının 31-də olmuş zaminlik müqaviləsini göstərir. Bildirir ki, 2013-cü ildə o Cavabdeh1 İddiaçı QSC-dən götürdüyü 2500 və ya 3000 manat kreditə zamin durmuş və nəzarət etmiş, Cavabdeh1 da heç bir gecikmə olmadan bank qarşısında öhdəliyini yerinə yetirmişdir. Ödəniş çekləri hələ də onda qalır. İstənilən zaman təqdim edə bilər. Cavabdeh1 onunla xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilə qədər əmək müqaviləsi ilə dərzi işləyib. Cavabdeh1 onunla əmək müqaviləsi qüvvədə olduğu bir neçə ildə bildiyi qədər ən azından adı gedən bankdan 3-4 dəfə kredit götürüb və ödəyib. Cavabdeh1 31 iyul 2013cü ildə onun zamin durduğu krediti ödədikdən sonra banka kredit üçün müraciət edib. Bankın zamin tələbi ilə qardaşı X5 05 noyabr 2015-ci ildə ona zamin durub. X1 durduğu zaminlik müqaviləsini ərizəyə əlavə edir. İddiaçı QSC-nin zamin kimi ondan ödəniş tələb etdiyi 10 il bundan əvvəl bağlanmış müqavilənin varlığından xx.xx.2023-cü ildə evinə bankdan məktub gəldikdən sonra xəbər tutmuşdur. Cavabdeh1 13 dekabr 2023-cü ildə kredit verəndə də bank onu məlumatlandırmayıb, razılığını almayıb.. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci ildə ipoteka məsələləri ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və "İpoteka haqqında" qanunun bir sıra maddələrinin əlaqəli şərhinə dair qərar çıxarmışdır. Bu qərarda əsas "kredit xətti müqavilələri" və onların banklarda yaratdığı öhdəliklərə, həmçinin onların şərtlərinə və zaminin statusuna təsiri məsələlərinə toxunulmuşdur. "Kredit xətti müqaviləsi" bankla şəxslər arasında bağlanır və şəxslərin maliyyə mənbələrinə əlçatımlılığını asanlaşdırmağa yönəlir. Yəni, bankın şəxsə gələcəkdə kredit verməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit xətti müqaviləsi niyyət ifadəsi deyil, müqavilədir. Yəni, kredit xətti müqaviləsi bank üzərində öhdəlik yaradır və bundan sonra bank, müqavilənin digər tərəfi tələb etdikdə, müqavilə şərtlərinə uyğun olaraq kredit verməlidir. Bu hal yalnız o zaman keçərli olmaya bilər ki, müqavilənin bağlandığı vaxtla kreditin faktiki olaraq tələb olunduğu vaxt arasında kredit tələb edən şəxsin maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş olsun və krediti ödəyə bilməyəcəyi qənaətinə gəlinsin. Digər tərəfdən, kredit xətti müqaviləsində zaminlik və ipoteka ilə bağlı şərtlər aydın göstərilmiş olmalıdır. Əks təqdirdə, bu şərtlər faktiki olaraq kredit alındığı zaman müəyyən edilərsə, zamin və ya ipoteka qoyanın razılığı olmalıdır. Əgər kredit alındıqda müəyyən edilən şərtlərlə kreditin məbləği, müddəti, faiz dərəcəsi zaminin vəziyyətini ağırlaşdırarsa, bu hal zaminliyə xitam verilməsi üçün əsas sayılacaqdır. Bank ən azından 9 ildən sonra müştəriyə onun zaminliyi ilə kredit verəndə razılığını almalı idi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı QSC-nin cavabdehlər X6 qızına və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə iddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunduğunu, məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 20000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2023-cü il tarixədək kredit xəttini açmışdır. Müqaviləyə əsasən kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 31 iyul 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Azadlıq” filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 31 iyul 2013cü il tarixli, 09S000008096 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 20000 ABŞ dolları məbləğində, müddətinin 120 ay olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 3000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 18 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ09ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 15 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 25.23 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1n məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi üzrə 009R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 3000 manat, faizin məbləği 615,91 manat, cəmi ödəniləcək məbləğ 3.615,91 manat məbləğində müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 3000 manat kredit Cavabdeh1 AZ09ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 009R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış 009R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 09L000004341 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2022-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 2.268,2 manat, faizin məbləği 363,51 manat, hesablanmış fazi borcu 0 manat, hesablanmış cərimə borcu 0 manat, cəmi ödəniləcək məbləğ 2.631,71 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verən tərəfindən imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 2.163,28 manat, faiz borcu 185,59 manat, (gecikdirilən günlərin sayı 156 gün) cərimə borcu 67,05 manat olmaqla, cəmi borc 2.415,92 manat təşkil edir. "xxxx" QSC tərəfindən X6 qızına və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubları ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2023-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 9/7918 saylı ekspert rəyindən görünür ki, X6 qızının "xxxx" QSCyə olan borcu xx.xx.2021-ci il tarixdə bağlanmış 009R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas kredit borcu 2.077,34 manat, faiz borcu 276,97 manat təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh X6 qızı arasında 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması, xx.xx.2022-ci il tarixli 009R**********S saylı sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC cavabdeh X6 qızına müqavilədə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 3000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşmalar ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh X6 qızı kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" QSC cavabdeh X6 qızına xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun xx.xx.2023-cü il tarixədək ödənilməsini tələb etmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş, lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə gecikdirilmiş borc ödənilməmişdir. İşin yuxarıda göstərilən halları dəlalət edir ki, cavabdeh bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə gecikdirilmiş borcu ödəmədiyindən həmin razılaşmaya xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh X6 qızı 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı kredit razılaşmasına vaxtından əvvəl birtərəfli qaydada xitam vermişdir. Odur ki, iddiaçı "xxxx" QSC cavabdeh X6 qızından mübahisəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə (iddia ərizəsində göstərilən tarixə) əsas, faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə X6 qızının "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixdə bağlanmış 009R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas kredit borcu 2.077,34 manat, faiz borcu 276,97 manat təşkil etməsi müəyyən edilmişdir. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 009R********** saylı kredit razılaşması üzrə cavabdehdən tutulacaq əsas və xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixə) olan faiz borcu məbləği ekspert rəyinə əsasən müvafiq olaraq 2.077,34 manat və 276,97 manat məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iddiaçı bank isə iddiasında həmin kredit razılaşması üzrə 185,59 manat faiz borcunun tutulmasını tələb etdiyindən və məhkəmə işə iddia tələbləri həddində baxdığından hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia qismən və faiz borcun tutulması hissəsində tam təmin edilməli, xx.xx.2021-ci il tarixdə bağlanmış 009R********** saylı kredit razılaşması üzrə 2.077,34 manat əsas və 185,59 manat məbləğində faiz borcu cavabdeh X6 qızından bankın xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə X6 qızına hesablanmış 67,05 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X6 qızının ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 67,05 manat məbləğində dəbbə pulu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə X6 qızı (kredit alan) arasında bağlanmış 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 31 iyul 2013-cü il tarixli, 09S000008096 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan X6 qızının 31 iyul 2013-cü il tarixli, 09L000004341 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddianın zamin Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsində, eləcə də sonuncunun zamin durduğu kredit xətti müqaviləsində əsas öhdəliyin mühüm şərtlərindən biri olan “kreditin faiz dərəcəsi” əks olunmamış, eyni zamanda Cavabdeh2 mübahisəli kredit razılaşması və kredit razılaşmasına əlavə saziş üzrə ödəniş cədvəllərini imzalamamış və ya kredit razılaşması və əlavə sazişdə əks olunmuş öhdəliklərə zamin durmasına dair iradəsini hər hansı başqa formada ifadə etməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına görə isə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, hazırkı halda kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən və sonradan bağlanmış kredit razılaşmasında nəzərdə tutulmuş faiz dərəcəsinə dair zamin Cavabdeh2 razılığı alınmadığından, yəni zaminin razılığı olmadan əsas öhdəliyə zaminin məsuliyyətinin artmasına səbəb olan dəyişiklik edildiyindən Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Odur ki, iddiaçı «AccеssBank” QSC-nin iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 44,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 50 manat məbləğində pul vəsaiti cavabdeh X6 qızından tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdeh X6 qızından, 10 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X6 qızından 2.077,34 manat məbləğində əsas borc, 185,59 manat məbləğində faiz borcu və 67,05 məbləğində dəbbə pulu, cəmi 2.329,98 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 90 manat hissəsi cavabdeh X6 qızından, 10 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3870/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3870/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver