Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3871/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 4.294,64 manat əsas borc, 315,51 manat faiz borcu, 275,15 manat cərimə, 60 manat mediasiya xərcinin və 10,24 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh2 bankdan 18 ay müddətinə, xx.xx.2023-cü ilədək qaytarmaq və illik 22% ödəmək şərti ilə aldığı 10000 manat krediti və ondan istifadəyə görə faizləri razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 4.294,64 manat; b) faizlər üzrə 315,51 manat; c) cərimə üzrə 275,15 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2021- ci il tarixli kredit razılaşmasına əsasən borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmişlər, lakin xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditverən) ilə Cavabdeh2 (borc alan) arasında kredit verilməsinə dair 28 oktyabr 2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə görə bu müqaviləyə görə kredit verən 0 ay güzəşt olmaqla, 10.000 manat məbləğdə və illik faiz dərəcəsi 22 olmaqla, xx.xx.2023-cü il tarixədək borcalana kredit verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürür. 2-ci bəndinə əsasən kredit borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalanın carı hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcalanın carı hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 (iyirmi iki) % üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. 4-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləği borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və bu Razılaşmanın tərkib hissəsi sayılan, Kreditverən tərəfindən tərtib edilmiş, ödəniş cədvəli üzrə Borcalan tərəfindən ödəniləcək. 6-cı bəndinə əsasən borcalan bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. 7-ci bəndinə əsasən borcalan Kreditverənə kreditin təhlili və sənədləşdirilməsinə görə 100 manat məbləğində komissiya haqqı ödəyir. 11-ci bəndinə əsasən “Borcalan” bu razılaşma üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri razılaşmada müəyyən edilmiş müddətdə icra etmədikdə, “Kreditverən”in bu razılaşmam vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək huququ vardır. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. 28 oktyabr 2021-ci il tarixli razılaşmaya əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək ümumilkdə 11.854,9 manat, o cümlədən əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 1.854,9 manat müəyyən edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında xx.xx.2021-ci il tarixli, müvafiq olaraq 25FİZAM128934302 saylı, 25FİZAM144615901 saylı və 25FİZAM128931602 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh2 arasında bağlanmış məbləği 10.000 manat, illik faiz dərəcəsi 22, müddəti 18 ay olan 28 oktyabr 2021-ci il tarixli razılaşma ilə müəyyən olunur. Müqavilələr zaminlərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin müvafiq olaraq 9900 manat hissəsi Cavabdeh2 tərəfindən nağdlaşdırılmışdır. Cavabdeh2 sonuncu xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışdan müəyyən edilir ki, kredit razılaşmasına əsasən xx.xx.2021-ci il tarixdə həmin hesaba 10000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilımişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (maliyyə) arayışa əsasən İddiaçı ASC ilə aralarında bağlanmış kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 4.294,64 manat məbləğində əsas, 315,51 manat məbləğində faiz, əsas və faiz borcuna görə 413,56 manat cərimə olmaqla, cəmi 5.023,71 manat məbləğində kredit borcu vardır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 9/7346 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Cavabdeh2 İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə yəni xx.xx.2023-cü il tarixinə əsas borcu 4.352,40 manat və faiz borcu 486,74 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kredit verən) ilə Cavabdeh2 (borc alan) arasında 28 oktyabr 2021-ci il tarixli kredit razılaşması imzalanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh2 18 ay müddətinə illik 22%-lə 10000 manat məbləğində kredit verməklə, göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) banka olan əsas borcunun 4.352,40 manat və faiz borcunun 486,74 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mübahisəli hüquq münasibətlərinin yaradığı dövrdə qüvvədə olan 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə işə iddia tələbi həcmində baxaraq hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, kredit müqaviləsi üzrə cavabdehdən tutulacaq əsas borc 4.294,64 manat və faiz borcu isə 315,51 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı İddiaçı ASC 28 oktyabr 2021-ci il tarixli kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 275,15 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış razılaşmada isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı razılaşma üzrə dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq dəbbə pulu 28 oktyabr 2021-ci il tarixli kredit razılaşması üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh2 28 oktyabr 2021-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında xx.xx.2021-ci il tarixli, müvafiq olaraq 25FİZAM128934302 saylı, 25FİZAM144615901 saylı və 25FİZAM128931602 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 borc alan Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə xx.xx.2021-ci il tarixli, müvafiq olaraq 25FİZAM128934302 saylı, 25FİZAM144615901 saylı və 25FİZAM128931602 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh2 isə həmin razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10,25 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 68,85 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddianın iddia qiymətinin 98%-ə yaxın hissəsi təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 10,24 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın iddia qiymətinin 98%-ə yaxın hissəsinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 145 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4.294,64 manat borc və 315,51 manat məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə pulu, cəmi 4810,15 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 60 manat, dövlət rüsumunun əvəzi olaraq 10,24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaiti cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3871/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3871/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver