Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3873/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (mülki hüquq pozuntusu üzrə vurulmuş ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına dəymiş 253.41 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 283.81 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin balansında olan “BMC-Procity” AVTOBUS markalı **-JU-*** DQN-lı avtobusun və “Çinar- Trans" MMC-nin balansında olan “DAEWOO BS 090 AVTOBUS” markalı **-TG-*** DQN-lı avtobusun işktirakı ilə yol-nəqliyyat hadisəs baş vermişdir. YNH-İ barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102" çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Sabunçu rayon DYPŞ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH inspektoru polis baş leytenantı X3 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X4 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz ekisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında" Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır.Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 007648 saylı Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 253.41 manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS 090 AVTOBUS" markalı **-TG-*** DQN-lı avtobusun avtonəqiiyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 253.41 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların eləcə də, elektron məhkəmə portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubuna müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır. 3.Eyni zamanda iddiaçı həmin tarixdə Cavabdeh MMC-yə qarşı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına dəymiş 1244.90 manat maddi zərər məbləğinin, 32.45 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 1277.75 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin balansında olan “BMC-Procity” AVTOBUS markalı **-JZ-*** DQN-lı avtobusun və “Çinar- Trans" MMC-nin balansında olan “DAEWOO BS 090 AVTOBUS” markalı **-TG-*** DQN-lı avtobusun işktirakı ilə yol-nəqliyyat hadisəs baş vermişdir. YNH-İ barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Sabunçu rayon DYPŞ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH inspektoru Polis kapitanı X7 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X5 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 008126 saylı Zərər Aktına əsasən **-JZ-*** DQN-lı avtobusa 1244.90 manat maddi zərər dəymişdir.Qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS 090 AVTOBUS” markalı **-TG-*** DQN-lı avtobusun avtoneqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 1244.90 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir.Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların eləcə də, elektron məhkəmə portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubuna müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır.
5. Məhkəmənin 12 iyul 2024-cü il tarixli, e2-2(113)-3878/2024 nömrəli qərardadına əsasən hər iki iş üzrə icraat birləşdirilmişdir.
II. Tərəflərin mövqeləri: 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iş üzrə müvafiq sübutları təqdim etdiyini bildirmiş, eyni zamanda işə qiyabi icraat qaydaında baxılması barədə ərizə təqdim etməklə, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 001 nömrəli təmir xidmətləri üzrə müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi BMC markalı avtobuslarında yol nəqliyyat hadisələri zamanı dəyən zədələrin təmiri və aradan qaldırılması xidmətlərinin satın alınması üçün icraçının bu müqavilənin əlavələrində olan razılaşdırılmış xüsusi qiymətlər nəzərə alınmaqla təklifini qəbul etmişdir.
9. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə ümumi dəyəri 97870.84 manat təşkil edən EBDX seriyalı 205504 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli və ümumi dəyəri 77404.79 manat təşkil edən EBDV seriyalı 455658 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr ünvanlanmışdır.
10. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 yanvar 2024-cü il tarixli, 205504 nömrəli hesab-fakturaya əsasən 2023-cü ilin oktyabr ayı üzrə zərər aktına əsasən göstərilmiş xidmətin dəyəri 14,929.45 manat ƏDV olmaqla, 82941.39 manat təşkil etmişdir.
11. "xxxx" MMC ilə İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 05 noyabr 2023-cü il tarixli 010 nömrəli aktdan müəyyən olunur ki, həqiqətən tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli 001 saylı müqaviləyə əsasən, aktda qeyd olunan tarixlər üzrə və saylarda sərnişin avtobuslarına aid dəymiş ziyana görə istifadə olunan ehtiyyat hissələri və göstərilmiş xidmətlər göstərilmiş, göstərilmiş xidmətlərin ümumi dəyəri 14929.45 manat ƏDV olmaqla, 97870.84 manat, xx.xx.2023-cü il tarixli, 008 nömrəli akta əsasən isə 11807.51 manat ƏDV olmaqla, 65597.28 manat təşkil etmişdir.
12. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 05 aprel 2024-cü il tarixli müraciətə əsasən bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 nömrəli Satınalma müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 205504 nömrəli elektron qaiməyə əsasən, BMC markalı avtobuslarda oktyabr ayı ərzində yol nəqliyyat hadisələri zamanı dəyən zərərin təmiri və aradan qaldırılması xidmətinin satın alınması məqsədilə 97870.84 manat ödəniş edilməlidir.
13. xx.xx.2024-cü il tarixli 12998 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC –nin hesabına 82941.39 manat, xx.xx.2024-cü il tarixli 12999 nömrəli ödəniş tapşırığına əsasən 14929.45 manat məbləğində ödəniş həyata keçirilmişdir.
14. xx.xx.2024-cü il tarixli 12437 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC –nin hesabına 139778.68 manat, xx.xx.2024-cü il tarixli 12438 nömrəli ödəniş tapşırığına əsasən 25160.16 manat məbləğində ödəniş həyata keçirilmişdir.
15. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18 yanvar 2024-cü il tarixli müraciətə əsasən bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 nömrəli Satınalma müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 455658 nömrəli elektron qaiməyə əsasən, BMC markalı avtobuslarda oktyabr ayı ərzində yol nəqliyyat hadisələri zamanı dəyən zərərin təmiri və aradan qaldırılması xidmətinin satın alınması məqsədilə 77404.79 manat ödəniş edilməlidir.
16. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən DAEWOO BS090 avtobus markalı 10TG362 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, sözügedən şəxsin izahatı alınmışdır. 17 xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən DAEWOO BS090 avtobus markalı 10TG100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, sözügedən şəxsin izahatı alınmışdır.
18. "xxxx" MMC tərəfindən X6 DAEWOO BS090 markalı ** TG *** nömrəli avtobusun idarə edilməsi üçün 10 nömrəli yol vərəqəsi ( həmin sənəd 01-31 avqust 2023-cü il tarixinədək Bakı və Abşeron ərazisindən etibarlı olmuşdur.), X8 isə 10 TG100 markalı avtobusun idarə edilməsi üçün 81 nömrəli yol vərəqəsi verilmiş (01-31 oktyabr 2023-cü il tarixinədək Bakı və Abşeron ərazisində etibarlı olmuşdur)
19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 007648 nömrəli zərər aktına əsasən BMC Procity markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 253.41 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 008126 nömrəli zərər aktına əsasən isə BMC Procity markalı 99JZ180 dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 1244.90 manat məbləğində müəyyən edilmişdir.
20. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırda iş üzrə tərəflər İddiaçı MMC ilə Cavabdeh MMC arasında mövcud olan mübahisənin yaranmasına əsas məhz mülki hüquq pozuntusunun törədilməsi ilə əlaqədardır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
22. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun
24. İşin hallarından məlum olur ki “BMC-Procity” markalı **-JU-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı və “DAEWOO BS 090 Avtobus” markalı **-TG-*** və **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, ( hər iki hadisəsi nəticəsində Cavabdeh MMC-nin sürücüsü qismində çıxış edən şəxslər ( X11 və X10) təqsirli bilinməklə, barələrindən “inzibati təhbeh vermə haqqında” Qərar tərtib edilmişdir. İddiaçı hazırda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan avtobuslara ziyan dəyməsini iddia edərək, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli zərər aktlarına əsasən ümumilikdə 1498.31 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir.
25. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı “BMC-Procity” markalı **-JU-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusların həqiqətən də İddiaçı MMC-nin balansında olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş şəxslərin Cavabdeh MMC tərəfindən verilmiş müvafiq yol vərəqələri nəticəsində cavabdehə məxsus olan avtobusları idarə etdikləri məlum olmuşdur. Qeyd edilməlidir ki, vurulmuş zərərin miqdarı "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 001 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli 007648 nömrəli zərər aktı üzrə 253.41 manat, xx.xx.2023-cü il tarixli, 008126 nömrəli zərər aktı üzrə isə 1244.90 manat məbləğində hesablanmışdır.
26. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış etməklə, cavabdeh hüquqi şəxsin mülki hüquqi məsuliyyət daşımasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcud olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh MMC-dən iddiaçının balansında olan “BMC-Procity” markalı **-JU-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobuslara dəymiş ziyana görə 1498.31 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 62.45 manat məbləğində dövlət rüsumu və 80 qəpik xidmət haqqı da cavabdehə aid edilməlidir
V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən iddiaçının əmlakına dəymiş 1498.31(min dörd yüz doxsan səkkiz manat otuz bir qəpik) manat məbləğində maddi zərər, 62.45 (altmış iki manat qırx beş qəpik) manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 80 (səksən) qəpik tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov