Məhkəmə qərarları › İş №e-2-2(113)-3877/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3877/2022

15.07.2022 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3877/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi MMC ərizə və ərizənin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında 1084,40 manat məbləğində borcun ödənilməsi ilə bağlı 07 aprel 2022-ci il tarixli M-00172 saylı barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu, ümumilikdə 100 manat vəsaitin Ərizəçi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli alğı-satqı müqaviləsinə əsasən Hacıqabul rayonun Padar kəndi ərazisində yerləşən 80 hektar torpaq sahəsində pambığın əkibbecərilməsi ilə bağlı öhdəliyin şərtlərinə əsasən ona 51171,40 manat məbləğində aqrotexniki xidmətlər göstərilmiş, nəğd vəsait avans olaraq ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin və götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli olduğu halda, müqavilənin şərtlərini pozaraq 79928,18 kq, 50087,00 manat məbləğində xam pambıq təhvil vermiş, "xxxx" MMC-nin hüquqi varisi Ərizəçi MMC-yə 1084,40 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı pretenziya qaydalarına əsasən rəsmi müraciət olunmasına baxmayaraq Maraqlı şəxs Ərizəçi MMCyə olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə edilmiş 09 iyul 2021-ci il tarixli əlavəyə əsasən tərəflər arasında kommersiya mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmədən kənar həll edilməsi ilə bağlı Mediasiya Şurasına mürciət edilmiş və mediator N.Hüseynovun iştirakı ilə borclu Maraqlı şəxs ilə, 07 aprel 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1-ci maddəsinə əsasən borclu Maraqlı şəxs, Ərizəçi MMC-yə olan 1084,40 manat borcunu 2022-ci ilin aprel ayının 1-dən başlayaraq hər ay 100,00 manat, 2022-ci ilin may ayında borcun müəyyən hissəsini,2022-ci ilin sentyabr ayının sonunadək borc məbləğini tam bağlamağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi pozduğu təqdirdə ƏrizəçiMMC-nin məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Barışıq sazişi 07 aprel 2022-ci il tarixdə bağlanmaqla, borclu tərəfindən ödəmənin aprel ayından başlayaraq ödənilməsi müəyyən edilmiş, may ayında borcun müəyyən hissəsinin ödənilməsi öhdəliyi nəzərdə tutulmuş, lakin öhdəlik könüllü olaraq icra edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borclu Maraqlı şəxs tərəfindən Ərizəçi MMC-nə olan 1084,00 manat məbləğində borcun məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi X2 ərizəni müdafiə edərək, izahatında barışıq sazişinin şərtlərinə uyğun olaraq 1084,40 manat məbləğində borcun ödənilməsi nəzərdə tutulsa da, Maraqlı şəxs tərəfindən heçbir vəsaitin ödənilmədiyini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 2.1. Maraqlı şəxs "xxxx" MMC-nə 1084,40 manat olan borcumu 2022-d ilin aprel ayından başlayaraq hər ay 100 manat, 2022-d ilin may ayında borcun müəyyən hissəsini, 2022-d ilin sentyabr ayının sonunadək borc məbləğinin tam bağlamağı öz öhdəmə götürür. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi pozarsa, tələbkar "xxxx" MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərmi, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, bordar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bİlər.Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərdəri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qəranna, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. Aşağıdakı mövcud təminat və üstünlük hüquqlan, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqlan qüvvədə qalır: Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəalan ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlanndan imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.4.2. bu məlumatların açıqlanması qanunvericüiklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.4.3. mediasiya və ya hazırkı sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu sazişin məzmununun sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu saziş tərəflər arasmda vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında mediator iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Həmin barışıq sazişinə əsasən 2022-ci ilin aprel ayından başlayaraq 1084,40 manat məbləğində borcun ödənilməsi məqsədi Maraqlı şəxs 2022-ci ilin aprel ayından başlayaraq borcun ödənilməsini öhdəsinə götürsə də, maraqlı şəxs tərəfindən heç bir vəsait ödəməmiş və bu səbəbdən ərizəçi xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinin pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməli və ilkin mediasiya sessiyasında mediatorun iştirakı ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin Maraqlı şəxs 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu tutularaq Ərizəçinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İlkin mediasiya sessiyasında mediatorun iştirakı ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu tutularaq Ərizəçinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar