Məhkəmə qərarları › İş №e-2-2(113)-3878/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3878/2024

12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3878/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (avtobusa) dəymiş 1244.90 manat maddi zərər məbləğinin 32.45 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 1277.75 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə məhkəməyə iddia ərizə ilə müraciət edilərkən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə qarşı eyni mübahisə predmet üzrə başqa bir iddia ərizəsi də təqdim edilmişdir və məhkəmə tərəfindən e-2-2(113)- 3878/2024 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırki iş iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2-(113)-3873/2024 nömrəli işlər eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. Odur ki, hazırda məhkəmənin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2-(113)-3878/2024 nömrəli iş iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e- 2-2-(113)-3873/2024 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 169 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2-(113)-3878/2024 saylı hazırki iş İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair e-2-2-(113)-3873/2024 saylı işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar