Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3889/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, X1 Cavabdehnə qarşı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırlması üçün texniki şərtin verilməsi; layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması vəzifəsinin nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırlması üçün texniki şərtin verilməsi, layihə-smeta sənədlərinin hazırlanması, həmin qeyri-yaşayış sahəsinə qazın verilməsi və sayğacın quraşdırılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi ilə bağlı ilk olaraq Cavabdehnə müraciət etməli idi. Sonuncu tərəfindən imtina verildiyi təqdirdə iddia ərizəsi ilə müvafiq İnzibati Məhkəməyə müraciət olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Cavabdehnə qarşı iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X2 rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3889/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3889/2021
27.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver