Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-389/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 31515.89 manat krеdit bоrcu, 1981.36 manat faiz bоrcu və 3918.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 37415 (otuz yeddi min dörd yüz on beş) manat 29 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə (39 saylı mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 37415 (otuz yeddi min dörd yüz on beş) manat 29 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, 3. Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğinCavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3Abbas oğlundanmüştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması, 4. ünvan 2 ünvanında yerləşən 138.8 m ümumisahədən ibarət qeyri yaşayış sahəsinə (39 saylı mağaza) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 999R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 68484.11 manat ödəmiş, onun 31515.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 226 gün üçün hesablanmış faiz borcu 1981.36 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 226 gün üçün hеsablanmış cərimə 3918.04 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsiüzrə Cavabdeh2öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri yaşayış sahəsini (39 saylı mağaza) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 158 nömrəli reyestr kitabının 14854 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixlielektron çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri yaşayış sahəsinin (39 saylı mağaza) Cavabdeh2kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-389/2024 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 002L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000. ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsini açır.
10. İddiaçı ilə cavabdeh arasında Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002L**********98 saylı kredit xətti müqaviləsi üzrə 15 fevral 2021-ci il tarixli 999R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 100000 manat dolları olan krediti aylıq faiz dərəcəsi 1.3333 % olmaqla 24 ay müddətinə kredit alana verir.
11. Razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
12. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli,999R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır.
13. İddiaçı ilə Cavabdeh4 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********03 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tamməsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgəməsuliyyət daşıyır.
14. İddiaçı ilə Cavabdeh1 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********02 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tamməsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgəməsuliyyət daşıyır.
15. İddiaçı ilə Cavabdeh3 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********01 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tamməsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgəməsuliyyət daşıyır.
16. İddiaçı ilə Cavabdeh5 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********01 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tamməsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgəməsuliyyət daşıyır.
17. İddiaçı ilə Cavabdeh1 (ipoteka qoyan) Cavabdeh2 (borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 999M**********01 -ci il nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 20 noyabr 2019-cu il tarixdə Bakı şəhərində aşağıdaki şərtlərlə bağlanmış 002L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
18. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 105000 manat təşkil edir.
19. Azərbaycan Respublikasının Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir.
20. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 05R**********99R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə olan borcu əsas məbləğ üzrə 31515,89 manat, faiz üzrə 1981,36 manat, cərimə borcu 3918,04 manat, cəmi 37415,29 manat təşkil edir.
21. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 263000 manat, likvid dəyəri 237000 manat müəyyən edilmişdir.
22. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 350000 manat, likvid dəyəri 280000 manat müəyyən edilmişdir.
23. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
26. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
28. Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
29. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
33. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
34. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
36. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
37. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
38. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
39. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" QSC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit verilmiş, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmış, habelə uzunmüddətli kredit müqaviləsiüzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri yaşayış sahəsi (39 saylı mağaza) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
40. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya (31515,89 manat əsas, 1981,36 manat faiz borcu) ödənilməlidir.
42. İddia ərizəsində görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
45. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq 1500 manat müəyyən edilməlidir.
46. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
47. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 34997,25 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 999R********** saylı krеdit razılaşması üzrə 31515.89 manat krеdit bоrcu, 1981.36 manat faiz bоrcu və 1500 manat cərimə borcu, ümumilikdə 34997,25 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə (39 saylı mağaza) - ilkin satış qiyməti 280.000 manat olmaqla yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 34997,25 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 210 manat cavabdehlərə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir.
51. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 800 manat (300 manat və 500 manat) təşkil edir.
52. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada 999R********** saylı krеdit razılaşması üzrə 31515,89 manat krеdit bоrcu, 1981,36 manat faiz bоrcu və 1500 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ümumilikdə 35207,35 (otuz beş min iki yüz yeddi manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə (39 saylı mağaza) - ilkin satış qiyməti 280000 (iki yüz səksən min) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 35207,35 (otuz beş min iki yüz yeddi manat otuz beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İpoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı İddiaçı QSC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 300 (üç yüz) manat xərc müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə, 500 (beş yüz) manat xərc müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova