Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3897/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə, təhvil-təslim aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 85468.20 manat əsas borc, ödənilmiş 347 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 400 manat, cəmi 86215.20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (icraçı) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında xx.xx.2020-ci ildə HX 002/0820 saylı “Xidməti müqavilə”si bağlanmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilənin 2.3-cü bəndinə əsasən “İcraçı” cavabdehin işçilərinə səhər, günorta və axşam yeməyi verməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə qüvvədə olmuşdur. “İcraçı” müqavilə üzrə üzərinə düşən öhdəliklərə tam əməl etmişdir. Tərəflər arasında bağlanmış xidməti müqaviləyə görə 121986,40 manat borc yaranmışdır. Həmin borcdan iddiaçıya cavabdeh tərəfindən 36518,20 manat ödəniş edilmişdir. Hazırki tarixə cavabdeh “Xidməti müqavilə”yə görə 85468,20 manatı ödəməmişdir. Cavabdehin borcunun olmasını təqdim edilən vergi hesab fakturaları təsdiq edir. Borcun ödənilməsi xahişi ilə cavabdehə dəfələrlə müraciət etmişdir. Həmçinin cavabdehə sonuncu dəfə 10 may 2023-cü ildə elektron qaydada pretenziya ilə müraciət etmişdir. Lakin cavabdeh həmin xəbərdarlıqlara cavab verməmiş, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Hesab edir ki, cavabdehdən xx.xx.2020-ci il tarixli, HX 002/0820 saylı “xidməti müqavilə”yə əsasən yaranmış 85468,20 manat əsas borcun, ödənilmiş 347 manat dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 400 manatın, cəmi 86215,20 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Mediasiya prosesi zamanı cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesi zamanı iddiaçı 400 manat dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2023-cü il tarixli, № MŞB/16-001229 saylı arayış təsdiq edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bir tərəfdən sifarişçi qismində Cavabdeh MMC ilə digər tərəfdən icraçı qismində X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin işçilərini onların təqdim etdikləri üzərində ayın tarixi, işçinin adı, istifadə oluna biləcəyi yemək tipi əks olunan yemək talonlara əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilən menyuya müvafiq qida ilə təchiz etməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. 1.2 Xidmətlər sifarişçi tərəfindən hər ay təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır və xidmətlərinin icrası üçün sifarişçi icraçıya bu müqavilə ilə razılaşdırılmış haqqı ödəyir. 4.1Xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. 8.xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən tərəflər Menyu barədə razılığa gəlmişlər.
9. X4 tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlər müqabilində ümumi məbləği 22608.75 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAP seriyalı 557729 nömrəli elektron qaimə, ümumi məbləği 23819.75 manat təşkil edən 09 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 063286 nömrəli elektron qaimə, ümumi məbləği 19437.75 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAV seriyalı 985463 nömrəli elektron qaimə, ümumi məbləği 16204.75 manat təşkil edən xx.xx.2021-ci il tarixli, EBAV seriyalı 985517 nömrəli elektron qaimə, ümumi məbləği 23629.75 manat təşkil edən xx.xx.2020-ci il tarixli, EBAS seriyalı 685027 nömrəli elektron qaimə, ümumi məbləği 10892.75 manat təşkil edən xx.xx.2021-ci il tarixli, EBAY seriyalı 170403 nömrəli elektron qaimə, ümumi məbləği 7363.25 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAY seriyalı 170476 nömrəli elektron qaimə göndərilmişdir. 10.xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün X4 tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 16204.75 manat dəyərində xidmət göstərilmiş ( yemək verilmiş), akt həm icraçının özü tərəfindən, həm də hüquqi şəxsin nümayəndələri (smeta mühədisi X7, düşərgə rəhbəri X5) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 11.xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün X4 tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 10892.75 manat dəyərində xidmət göstərilmiş (yemək verilmiş), akt həm icraçının özü tərəfindən, həm də hüquqi şəxsin nümayəndəsi (smeta mühədisi X7, düşərgə rəhbəri X5) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.
12. xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün X4 tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 7363.25 manat dəyərində xidmət göstərilmiş ( yemək verilmiş), akt həm icraçının özü tərəfindən, həm də hüquqi şəxsin nümayəndəsi ( smeta mühədisi X7, düşərgə rəhbəri X5) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 13.İş materiallarına əlavə edilmiş satış fakturalarından məlum olur ki, X3 Qazax şəhərində kanalizasiya şəbəkəsinin tikintisi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 715.556 manat, xx.xx.2020-ci il tarixdə 152.740 manat və 216.640 manat, xx.xx.2020-ci il tarixdə 108.9 manat, xx.xx.2020-ci il tarixdə 352.180 manat, xx.xx.2020-ci il tarixdə 356.243 manat, xx.xx.2020-ci il tarixdə 276.850 manat, xx.xx.2020-ci il tarixdə 524.370 manat, xx.xx.2020ci il tarixdə 334.800 manat, xx.xx.2020-ci il tarixdə 659.610 manat, xx.xx.2020-ci il tarixdə 1098.439 manat, xx.xx.2020-ci il tarixdə 610 manat və 94.100 manat, xx.xx.2020-ci il tarixdə 818.710 manat, xx.xx.2020-ci il tarixdə 1157.672 manat xx.xx.2020-ci il tarixdə 310.140 manat miqdarında ərzaq məhsulları satılmışdır. 14.X4 tərəfindən Cavabdeh MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 85468.20 manat təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə 10 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 15.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 19.Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 20.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 21.Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində „Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi“ layihəsi çərçivəsində xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı Əlavəsində göstərilə menyuya müvafiq olaraq cavabdehi qida ilə təchiz etməyi, cavabdeh isə göstərilən xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehi qida ilə təchiz etməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişin böyük bir hissəsi həyata keçirilməmiş, ümumilikdə 85468.20 manat məbləğində pul ödənilməmiş qalmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, təhvil-təslim aktları, elektron qaimələr və eyni zamanda satış fakturaları iddiaçının öz öhdəliyini lazımı qaydada icra etməsini təsdiqləyir.
24. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını və zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 85468.20 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir.
25. İddiaçı iddia tələbində ödənilmiş 347 manat məbləğində dövlət rüsumunun və 400 manat təşkil edən mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
29. Məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci və 347 manat məbləğində ödənilmiş dövlət rüsumu rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə: 30 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 85468.20 manat əsas borc, ödənilmiş 347 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 400 manat, cəmi 86215.20 (səksən altı min iki yüz on beş, iyirmi) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Hakim İlham Əhmədov