Məhkəmə qərarları › İş №e-2-2(113)-3898/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3898/2021

18.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3898/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən istifadə etdiyi avadanlıqların icarə haqqına görə cəmi 54796.89 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsi, adları və miqdarı qeyd edilməklə siyahısı ərizəyə əlavə edilmiş hazırda cavabdehin istifadəsində olan "müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin (avadanlıqlar)" tam şəkildə iddiaçıya geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən avadanlıqların icarə haqqı olaraq ödəmədiyi 54796,89 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin ondan alınaraq iddiaçıya ödənilməsi, icarəyə verilmiş, hazırda cavabdehin istifadəsində olan “müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin (avadanlıqlar)” tam şəkildə iddiaçıya geri qaytarılması və 27/62 nömrəli 01.10.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə etdiyi avadanlıqların icarə haqqına görə cəmi 54796.89 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsi, adları və miqdarı qeyd edilməklə siyahısı ərizəyə əlavə edilmiş hazırda cavabdehin istifadəsində olan "müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin (avadanlıqlar)" tam şəkildə iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27/62 nömrəli 01.10.2020-ci il tarixdə bağlanmış İcarə müqaviləsi əsasında müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş “müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (avadanlıqlar)” cavabdehin istifadəsinə vermiş, cavabdeh isə müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada məbləği müqaviləyə əlavələrdə razılaşdırılmış icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1ci bəndində nəzərdə tutulmuş qaydada avadanlıqlar iddiaçı tərəfindən 09.10.2020- ci il tarixli 56/20 saylı, 13.10.2020-ci il tarixli 31/53 saylı, 13.10.2020-ci il tarixli 31/52 saylı, 31.01.2021-ci il tarixli 44/01 saylı təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü müqavilə öhdəliklərini layiqincə yerinə yetirməyərək istifadəsində olan müqavilədə və əlavələrdə razılaşdırılmış avadanlıqların icarə haqqını ödəməmişdir. Bununla da cavabdehin iddiaçıya cəmi 54796,89 manat borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qanuni təmsilçisi Can Kemal əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 27/62 nömrəli 01.10.2020-ci il tarixli Avadanlıqların icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (avadanlıqlar) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdehin sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. 09.10.2020- ci il tarixli 56/20 saylı, 13.10.2020-ci il tarixli 31/53 saylı, 13.10.2020-ci il tarixli 31/52 saylı, 31.01.2021-ci il tarixli 44/01 saylı təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (avadanlıqlar) cavabdehə təhvil verilmişdir. 748248, 744655, 272844 və 897743 saylı elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş avadanlıqların icarə haqqı məbləği 54796,89 manat təşkil etmişdir. 24.09.2021-ci il tarixli Borc barədə arayışdan görünür ki, cavabdehin icarə haqqı üzrə iddiaçıya olan borcu 54796,89 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin qanuni təmsilçisinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 27/62 nömrəli 01.10.2020-ci il tarixli Avadanlıqların icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (avadanlıqlar) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdehin sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (avadanlıqlar) cavabdehə təhvil verilmişdir. İcarə münasibətləri nəticəsində cavabdehin müxtəlif tarixlərdə 54796,89 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin icarəsinə verilmiş, siyahısı iddia ərizəsinə əlavə edilmiş müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (avadanlıqlar) aşağıdakılardan ibarətdir: 205 ədəd alt ayar mili 48, 3 komplekt araba flanş, 20 ədəd ayna (Tie-Rod), 50 ədəd bolt anker payanda dabani üçün, 1 ədəd ciloz açarı, 750 ədəd ciloz işlənmiş, 90 ədəd dirək 1.7m (3m), 220 ədəd doka kilidi, 232 ədəd dəmir dirək Peri 3.80m, 13 ədəd flanş ayaq hissə 3m, 6 ədəd flanş qol 0.7m, 24 ədəd flanş qol 1.50m, 93 ədəd flanş qol 2.45m, 160 ədəd H20 2m, 93 ədəd H20 3.3m, 55 ədəd H20 4.5m, 250 ədəd H20 Tir 2.9 metrəlik, 80 ədəd kama badam, 112 ədəd kama xəncər (nazik), 120 ədəd kama yuvarlaq, 20 ədəd kələbək (Tie-Rod), 2 ədəd nərdivan alüminium 4m, 16 ədəd payanda 1m, 16 ədəd payanda 2m, 46 ədəd payanda dabanı, 126 ədəd payanda pimi, 8 ədəd qalas 1.5m, 72 ədəd qalas 2.45m Sinkli, 2 ədəd qalas nərdivanlı sinkli, 22 ədəd SRZ daraq, 20 ədəd SRZ daraq badam, 10 ədəd SRZ daraq yuvarlaq, 25 ədəd SRZ qurşaq 1.60 m, 65 ədəd SRZ qurşaq 2m, 4 ədəd süpürgəlik (Toe board) 2.5, 4 ədəd taxta 5x20 1.5m, 10 ədəd Tie-Rod 1.8 m, 12 ədəd təkər (Araba ücün), 20 ədəd xamut fırlanan, 4 ədəd xamut single, 6 ədəd Çalişma Konsolu, 100 cüt Çapraz qol 1.7m, 200 cüt Çapraz qol 2.1m, 40 ədəd üst ayar mili (48 lik) 1.2m, 160 ədəd üst ayar mili (48) 1.2m qalvaniz, 100 ədəd iskələ 1,8*1,5 Urtim, 100 ədəd iskələ 1.1*1.5 m, 250 ədəd əkləmə 48-lik. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı avadanlıqları cavabdehə icarəyə vermiş, bununla da iddiaçının müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququ yaranmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə görə iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin avadanlıqların gerin qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən cavabdeh iddiaçıdan icarəyə götürdüyü avadanlıqları iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən istifadə etdiyi avadanlıqların icarə haqqına görə cəmi 54796.89 manat borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsait alınaraq İddiaçı ödənilsin. Cavabdeh istifadəsində olan 205 ədəd alt ayar mili 48, 3 komplekt araba flanş, 20 ədəd ayna (Tie-Rod), 50 ədəd bolt anker payanda dabani üçün, 1 ədəd ciloz açarı, 750 ədəd ciloz işlənmiş, 90 ədəd dirək 1.7m (3m), 220 ədəd doka kilidi, 232 ədəd dəmir dirək Peri 3.80m, 13 ədəd flanş ayaq hissə 3m, 6 ədəd flanş qol 0.7m, 24 ədəd flanş qol 1.50m, 93 ədəd flanş qol 2.45m, 160 ədəd H20 2m, 93 ədəd H20 3.3m, 55 ədəd H20 4.5m, 250 ədəd H20 Tir 2.9 metrəlik, 80 ədəd kama badam, 112 ədəd kama xəncər (nazik), 120 ədəd kama yuvarlaq, 20 ədəd kələbək (Tie-Rod), 2 ədəd nərdivan alüminium 4m, 16 ədəd payanda 1m, 16 ədəd payanda 2m, 46 ədəd payanda dabanı, 126 ədəd payanda pimi, 8 ədəd qalas 1.5m, 72 ədəd qalas 2.45m Sinkli, 2 ədəd qalas nərdivanlı sinkli, 22 ədəd SRZ daraq, 20 ədəd SRZ daraq badam, 10 ədəd SRZ daraq yuvarlaq, 25 ədəd SRZ qurşaq 1.60 m, 65 ədəd SRZ qurşaq 2m, 4 ədəd süpürgəlik (Toe board) 2.5, 4 ədəd taxta 5x20 1.5m, 10 ədəd Tie-Rod 1.8 m, 12 ədəd təkər (Araba ücün), 20 ədəd xamut fırlanan, 4 ədəd xamut single, 6 ədəd Çalişma Konsolu, 100 cüt Çapraz qol 1.7m, 200 cüt Çapraz qol 2.1m, 40 ədəd üst ayar mili (48 lik) 1.2m, 160 ədəd üst ayar mili (48) 1.2m qalvaniz, 100 ədəd iskələ 1,8*1,5 Urtim, 100 ədəd iskələ 1.1*1.5 m, 250 ədəd əkləmə 48-lik "müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (avadanlıqlar)" tam şəkildə İddiaçı geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar