Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-391/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, əsas borc, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsinin X6, Cavabdeh5 nümayəndəsi Nümayəndə3, Cavabdeh4 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dairkommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MM-Cdən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 v ə Cavabdeh4 birgə qaydada 203,986.67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc, 94672,49 (doxsan dörd min altı yüz yetmiş iki manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 298659,16 (iki yüz doxsan səkkiz min altı yüz əlli doqquz manat, on altı qəpik) manat məbləğində borcun, Mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarasınız.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə POF0570 saylı Alış Sifarişi üzrə X3 bağlanılmışdır. Həmin müqavilə ilə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixinədək illik faiz dərəcəsi 14 % olmaqla 250,000 (iki yüz əlli min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə alış sifarişi üzrə maliyyələşmə üzrə limiti müəyyən edilmişdir. POF0570 saylı Alış Sifarişi üzrə X1 əsasən borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə: - Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ZF0557 saylı zaminlik müqaviləsi, Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixli ZF0558 saylı zaminlik müqaviləsi, Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli ZF0559 saylı zaminlik müqaviləsi, Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli ZF0560 saylı zaminlik müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında POF0570 saylı Alış Sifarişi üzrə X3 çərçivəsində: - xx.xx.2022-ci il tarixli POF0570/02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti ayrılmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş, 435 gün ərzində kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
3. Cavabdeh5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair e-2-2(l 13)- 5825/2023 saylı iş üzrə iddia qaldırılmışdır. Belə ki, o, Cavabdeh5 qəti olaraq bildirir ki, İddiaçı ASC ilə onun arasında zaminlik müqaviləsi bağlanılmamışdır və o, bununla bağlı heç bir sənədə, eləcə də zaminlik müqaviləsinə imza atmayıb. Qeyd etmək istəyir ki, ZF0558 saylı, 29 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsində onun adımdan atılmış imzalar tamamilə saxtadır, müqavilə etibarsızdır. Bildirmək istəyir ki, onun (əvvəlki və yeni olan şəxsiyyət vəsiqəsinin hər ikisinə də) şəxsiyyət vəsiqəsindəki imza nümunəsinə də baxıldıqda ZF0558 saylı, 29 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsində onun imzası olmadığı açıq-aşkar görsənir.İddiaçı ASC ilə onun adından bağlanılmış ZF0558 saylı, 29 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsinin alt sənədlərinin ətraflı araşdırılmasına ehtiyac vardır. İddiaçı ASC tərəfindən e-2-2(l 13)-5825/2023 saylı iş üzrə ‘‘kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiada Cavabdeh5 ilə bağlı hissədə iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi məhkəməyə təqdim olunmuş etirazın məzmununa uyğun izahat verərək və Cavabdeh5 tərəfindən hər-hansı zaminlik müqaviləsi imzalanmadığı üçün ona münasibətdə iddianın rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, kredit müqaviləsi üzrə onun tərəfindən 2022-ci il dekabr ayında bu öhdəlik qarşılığında 100.000 manat ödəniş təmin edilmişdir. Bank hesabından çıxarışdan da görsənir, Cavabdeh4 tərəfindən 100.000 manatdan artıq vəsait daxil olub. Əgər ödədiyi bu məbləğdən də artıq onun üzərinə hərhansı ödəniş öhdəliyinin qoyularsa ədalətsiz olacağını hesab edir. Bu halı nəzərə alınmasını xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi bildirir ki, iddiaçı tərəf həddidndən artıq məbləğdə, yəni əsas borcun 50% həcmində dəbbə pulu tələb edir. Absurd rəqəmdir. Xahiş edir ki, dəbbə pulu hissəsində iddia təmin edilməsin.
8. Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə X1 əsasən:
12. Müqavilənin 1-ci maddəsi:
13. alış sifarişi üzrə maliyyələşdirmə limiti məbləği 250.000 manat,
14. alış sifarişi üzrə maliyyələşdirmə limitinin verilməsinə görə komissiya 0,5%,
15. alış sifarişi üzrə maliyyələşdirmə limitindən istifadə müddəti xx.xx.2022-ci il tarixinədək,
16. alış sifarişi üzrə maliyyələşdirmə limiti üzrə illik faiz dərəcəsi – 14%, alış sifarişi üzrə maliyyələşdirmə limiti üzrə illik/gündəlik cərimə faiz dərəcəsi – 29%/gündəlik - 0,0806%,
17. təminat: xx.xx.2021-ci il tarixli ZF0557, ZF0558, ZF0559, ZF0560 saylı zainlik müqavilələri,
18. limitin məqsədi: dövriyyə vəsaitlərin artırılması,
19. müqavilə müddəti – xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir.
20. İddiaçı ASC ilə ayrı-ayrılıqda zaminlər Cavabdeh1 arasında bağlanmış ZF0557 saylı, Cavabdeh5 ilə - ZF0558 saylı, Cavabdeh3 ilə - ZF0559 saylı, Cavabdeh4 ilə - ZF0560 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh2 MMC-nin xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə X3 üzrə Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə Bank qarşısında öhdəlik götürmüşlər. Həmin müqavilələrin 3-cü maddəsinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1 bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır.
21. xx.xx.2023-cüil tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023cü il tarixə POF0570 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 203.986,67 manat əsas borc, 94672,49 manat cərimə borcu, cəmi 298.659,16 manat, gecikmə günü 561 müəyyən edilmişdir.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
28. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Bundan başqa məhkəmə əsas və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə, həmçinin Cavabdeh5 vəsatətinə (zaminlik müqaviləsində imzanın ona məxsus olmaması ilə bağlı) əsasən iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə-xətşunaslıq ekspertizaları təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 4/96-9/460 saylı rəyində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, POF0570 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin iddiaçı "xxxx" ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 203986,67 manat, faiz borcu 53660,85 manat, maliyyə arayışında göstərilən xx.xx.2023 tarixə əsas borc üzrə 203986,67 manat və faiz borcu üzrə 57468,60 manat müəyyən edilmişdir. Və İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0558 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh5” hissəsində (imza) qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, POF0570 saylı maliyyələşdirmə üçün ərizə nəzərə alınmaqla Cavabdeh2 MMC-nin ekspert rəyində göstərilən əsas borcu iddia tələbində göstərilən əsas borc tələbi ilə eynilik təşkil etdiyi üçün, iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. (Hazırki iş üzrə müqavilə üzrə faiz borcunun tutulması tələbi yoxdur)
35. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
36. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2021-ci il tarixli, POF0570 saylı alış sifarişi üzrə X1 əsasən hesablanmış 94672,49 manat məbləğində cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə pulu xx.xx.2021-ci il tarixli, POF0570 saylı alış sifarişi üzrə X1 əsasən 10.200 manat məbləğində müəyyən edilməlidir.
41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 203.986,67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc məbləği və 10200 (on min iki yüz) manat dəbbə pulu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini qeyd olunan cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Məhkəmə iddia tələbinin təmin edilməyən Cavabdeh5 qarşı hissəsinə dair aşağıdakıları qeyd edir.
43. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 və nümayəndəsi iddianın ona aid hissədə qəbul etməyərək bildirmişlər ki, zaminlik müqaviləsində olan imza Cavabdeh5 məxsus deyil, həmin müqavilə üzrə məhkəmə-xətşunaslıq ekspertizasının təyin edilməsini xahiş etmişlər.
44. MEM-in xx.xx.2024-cü il tarixli, 4/96-9/460 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0558 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh5” hissəsində (imza) qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.
45. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə X3nin təminatı olaraq Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmamışdır.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
48. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
49. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
50. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
51. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır.
52. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğundan, bununla da tərəflər arasında müqavilə bağlanmadığından, həmin cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır.
53. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığından, tərəflərin biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının Cavabdeh5 vəzifələrinin icrasını tələb etmək hüququ yoxdur, həmin cavabdehə münasibətdə iddia təmin edilə bilməz.
54. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat və dövlər rüsumunun əvəzi qismində isə 189 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
56. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
57. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsinə mütənasib olaraq mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 505 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə ekspertizaların keçirilməsinə xərclənmiş 226 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 203.986,67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc məbləği və 10200 (on min iki yüz) manat dəbbə pulu və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 505 (beş yez beş) manat tutularaq İddiaçı ASCyə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə ekspertizaların keçirilməsinə xərclənmiş 226 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova