Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3920/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə və "xxxx" MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə və "xxxx" MMC-yə qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “MXD” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli MKX722835/23 saylı kredit müqaviləsi üzrə banka olan 218,050 manat əsas borc, 12,646.67 faiz borcu, 18897,88 manat cərimə borcu olmaqla, cəmi borcu 249594,55 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 135 manat məbləğində rüsumun, 539.60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2 MMC, ipoteka qoyan – Qanuni nümayəndə) tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və s. birlikdə) yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2023-ci il tarixli MKX-722835/23 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan - Cavabdeh2 MMC, ipoteka qoyan– Qanuni nümayəndə) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “MXD” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MKX-722835/23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 3 ay müddətinə 230.000 AZN (iki yüz otuz min manat) məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixli BK №33/H-21 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-ci il tarixli. MKX-722835/23 saylı kredit müqaviləsi həmin müqavilədən qalan borcun ödənilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Qanuni nümayəndə (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023- ci il tarixli ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (əlavə tikililər, qurğular və s. birlikdə) ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən ******* manat (bir milyon iki yüz min manat) məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2023-ci il tarixli, MKX-722835/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC əsas və faiz borcları üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh2 MMC-nin Banka 218,050 AZN (iki yüz on səkkiz min əlli manat) əsas, 12646,67 (on iki min altı yüz qırx altı manat altmış yeddi qəpik) faiz, 18897,88 (on səkkiz min səkkiz yüz doxsan yeddi manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 249594,55 AZN (iki yüz qırx doqquz min beş yüz doxsan dörd manat əlli beş qəpik) ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MKX-722835/23 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsinin müddəti başa çatanadək kredit məbləğini banka qaytarmazsa və ya aylıq faiz borcunun ödənişini gecikdirərsə, borcun qaytarılmasının gecikdirildiyi gündən etibarən əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, hazırkı iş üzrə cavabdeh Qanuni nümayəndəla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmasa da, borcun həm əsas borclu, həm də ipoteka qoyandan tutulmasını xahiş edirlər.
4. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi olan Qanuni nümayəndə bildirdi ki, iddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir. Ekspertiza nəticəsində müəyyən edilmiş bazar və likvid qiyməti ilə razı deyildir. Ekpspert tərəfindən müəyyən edilmiş qiymətlər çox aşağı müəyyən edilmişdir. İpoteka müqaviləsi bağlanan zaman müəyyən edilmiş ilkin satış qiymətinə isə əhəmiyyət vermədən müqaviləyə qol çəkmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
6. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (bank) və Cavabdeh2 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MKX-722835/23 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-yə 3 ay müddətinə, illik 18% olmaqla ilə 230000 manat məbləğində sahibkarlıq məqsədilə kredit verilmişdir.
8. İddiaçı ilə Cavabdeh2 MMC və cavabdeh Qanuni nümayəndə (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-3293 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı (bank) və Cavabdeh2 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MKX-722835/23 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (əlavə tikililər, qurğular və s. birlikdə) ipoteka ilə yüklü edilmişdir.
9. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (əlavə tikililər, qurğular və s. birlikdə) ipoteka predmeti kimi müəyyən olunmuşdur.
10. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (əlavə tikililər, qurğular və s. birlikdə) ikin satış qiyməti ******* manat məbləğində qiymətləndirilmişdir.
11. Cavabdeh2 MMC-nin bank hesabından çıxarışa əsasən cavabdehlər tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmişdir.
12. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən əsasən ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (əlavə tikililər, qurğular və s. birlikdə) hazırkı bazar qiyməti ******* manat, likvid qiyməti 200000 manat təşkil edir.
13. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
15. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
16. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
19. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
20. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
21. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
22. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli MKX-722835/23 nömrəli kredit xətti müqaviləsi bağlanmış, bank tərəfindən borcalana illik faiz dərəcəsi 18 % olmaqla 3 ay müddətinə 230000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə mülkiyyətində olan ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (əlavə tikililər, qurğular və s. birlikdə) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.
23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh MMC-dən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 218050 manat əsas borc, 12646,67 manat faiz borcu cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə yaranmış kredit borcunun ipoteka qoyandan da tutulması hissəsində iddianı əsassız hesab edir.
26. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə Qanuni nümayəndə arasında iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanmamışdır. Bu səbəbdən iddia tələbi borcun cavabdeh Qanuni nümayəndə tutulması hissəsində təmin edilə bilməz.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 18897,88 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
28. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh MMC tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdeh MMC-dən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdeh MMC-dən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdeh MMC-dən tutulacaq cərimə 1000 manat müəyyən edilməlidir.
32. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
33. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdeh MMC-nin iddiaçıya 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh Qanuni nümayəndə məxsus ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və s. birlikdə) yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyan Qanuni nümayəndə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 500 manat dövlət rüsumu cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, 39,60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2023-ci il tarixli, MKX-722835/23 saylı kredit müqaviləsi üzrə 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsum, 500 manat dövlət rüsumu, ümumilikdə 232331,67 (iki yüz otuz iki min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan cavabdeh Qanuni nümayəndə məxsus ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 2vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və sairə ilə birlikdə) - ilkin satış qiyməti ******* (iki milyon) manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 232331,67 (iki yüz otuz iki min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində borc tutularaq tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait cavabdeh Qanuni nümayəndə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova