Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3924/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, Tərtər şəhəri, Famil Qulami küçəsində yerləşən 24.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılması hərəkətlərini etməyə cavabdehin məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətimizdə olan qeyri-yaşayış sahələrinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılması hərəkətlərini etməyə cavabdehi məcbur edən qətnamə çıxarılması tələbi barədə/ Bildirirəm ki, rəhbərlik etdiyim Tərtər rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi 1997-ci ildə özəlləşdirilərəkAzərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli, 553№-li Sərəncamına uygun olaraq onun bazasında TərtərMəişət Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 1958-ci ildə Tərtər şəhəri, H.Əliyev prospektndə (bazarla qarşı-qarşıya olan qeyri-yaşayış binalarında), Tərtər şəhəri Famil Qulami küçəsində və Tərtər şəhəri Nizami küçəsində Tərtər-Məişət ASC-nə məxsus tək binalara 3 faza işıq çəkilmişdir. Lakin onun kabelləri və işıq saygacları kabelləşmə dövründə, yəni təxminən 2007-2009-ci illərdə Tərtər rayon İşıq İdarəsi tərəfindən götürülüb aparılmışdır. Həmin vaxtdan indiyədək olan müddət ərzində Tərtər-Məişət ASC-nə məxsus binalara elektrik xətt gəlmir və bu səbəbdən də iş yerində işıq yoxdur. Hazırda qonşulardan işıq alıb işlədirik. Bu məsələnin həll edilməsi, yəni Qanuni nümayəndə ASCnin xüsusi mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, Tərtər şəhəri, Famil Qulami küçəsində yerləşən 24.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə saygac qoyulmaqla elektrik xətti çəkilməsinə və kəsilmiş xətlərin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsək də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Cavabdehin mənə göndərdiyi xx.xx.2024-cü il tarixli, 13-13/2-2/7- 04-Ə-4365-5/2024№-li sonuncu məktubunda isə Qanuni nümayəndə ASC-yə məxsus binanın üzərindən "xxxx" ASC-yə məxsus 6 kv-luq elektrik verilişi xəttinin keçməsi və bu da xəttin mühafizə zonasını pozması, hesabat elektrik saygacının quraşdırılması və abunə kodunun açılması « ASAN Xidmət » və ya « ASAN Kommunal » Mərkəzi vasitəsi ilə həyata keçirildiyindən, tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət etməyin tövsiyyə olunması bildilmişdir. Bu halda hesab edirəm ki, qeyri-yaşayış sahəsinin sayğacla təmin olunmaması mənim mülkiyyətçi kimi hüquqlarımı pozur. Buna görə də mən cavabdehin bu imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edərək hazırki iddia ilə Gəncə İnzibati məhkəməsinə məhkəməyə müraciət etməli oldum. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1096/2025№-li qərardadına əsasən iddia ərizəm mümkün sayılmamış və məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldugum izah edilmişdir. Ona görə də təkrar olaraq Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldum və ümid edirəm edirəm ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində İddiaçı çıxış edir və EMİS-dən əldə olunan məlumata görə iddiaçı VÖEN-i olmayan fiziki şəxsdir. Bundan əlavə,iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilsə də ərizənin məzmununda isə "xxxx" ASC qeyd olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3924/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3924/2025
07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver