Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-393/2020 07.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı (KB) X4 (ASC) “xxxxxxxxxx” X3 (MMC) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxxxxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxx” MMC-dən xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə 14700000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 1664572,29 manat cərimə, 1973361,11 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 18482846,33 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxxxxxx” KB ASC ilə “xxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 10 №-li kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 5.5 % dərəcəsi ilə 18500000 manat məbləğində kredit verilmişdir. “xxxxxxxxxx” MMC kiredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləlsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Hal – hazırda borcun məbləği 14700000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 1664572,29 manat cərimə, 1973361,11 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 18482846,33 manat təşkil edir. Sonradan, “xxxxxxxx” KB ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxx” MMC-dən xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə 13812000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3637933,4 manat cərimə, 2138527,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19733373,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan “xxxxxxxx” KB ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxx” MMC-dən xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə 13612000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3637933,4 manat cərimə, 2155792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19550638,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 650/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 28732 №-li rəyində qeyd olunmuşdur ki, “xxxxxxxxxx” MMC-nin “xxxxxxxx” KB ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixə olan borcu 18570423,04 manat məbləğində, maliyyə arayışında göstərilən borcun hesablandığı tarixə olan cəmi borcu isə 15408965,17 manat müəyyən olunur (kredit müqaviləsinin bitdiyi xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək olan dövr üzrə illik faiz dərəcəsi 5% dərəcəsi olmaqla hesablanmışdır). O cümlədən kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 18488711,92 manat, faiz borcu üzrə 81811,12 manat, maliyyə arayışında borcun hesablandığı xx xxxx 2019-cu il tarixə 13800711 manat, faiz borcu üzrə 1608253,25 manat təşkil edir. Bundan başqa, ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, “xxxxxxxxxx” MMC-nin maliyyə arayışında borcun hesablandığı xx xxxx 2019-cu il tarixdən sonra da “xxxxxxxx” KB ASC-yə ayrı – ayır tarixlərdə ümumi məbləği 950000 manat olmaqla ödənişlər aparılmışdır. Aparılmış tədqiqatla təqdim olunmuş hesabdan çıxarış məlumatlarından da göründüyü kimi ödənişlərin əsas borcdan silinməsi müəyyən edilir. Beləliklə, “xxxxxxxxxx” MMC-nin “xxxxxxxx” KB ASC-yə olan borcu 12850711 manat (13800711-950000) məbləğində əsas borc, 1608253,25 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 14458964,25 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatı zamanı müqavilədə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cərimə borcu hesablanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixdən sonra “xxxxxxxxxx” MMC tərəfindən 950000 manat ödəniş aparılsa da, iddia tələbinə dəqiqləşdirmə verilərkən bu ödəmələr nəzərə alınmamışdır. Hal – hazırda o, əsas və faiz borcunun ekspert rəyində göstərilən məbləğləri ilə razıdır, iddianın cərimənin ödənilməsi barədə hissəsini isə qəbul etmir. İş materiallarında olan: - xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxx” KB ASC “xxxxxxxxxx” MMC - yə 12 ay müddətinə 400000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və borcun 20 faizi miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin xx xxxxxx 2019-cu il tarixli arayışında qeyd olunmuşdur ki, “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə 13612000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3637933,4 manat cərimə, 2155792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19550638,55 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxxxxxxxx” MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14196 №-li rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 13812000 manat məbləğində əsas borca tənasübsüz olaraq 3637933,4 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən tam icra olunmamış, müqavilənin müddəti isə xx xxxxxx 2017-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə müqavilənin müddəti bitdikdən təxminən 2 il 3 ay keçdikdən sonra – xx xxx 2019-cu il tarixdə müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 3637933,4 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 500000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 12850711 manat məbləğində əsas borc, 1608253,25 manat məbləğində faiz borcu və 500000 manat məbləğində cərimə olmaqla ümumilikdə 14958964,25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi cavabdehdən, 35 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı X4 “xxxxxxxxxx” X1rşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. xx xxxxxx 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə əsas borc 12850711 manat, faiz borcu 1608253,25 manat, cərimə 500000 manat olmaqla ümumilikdə 14958964,25 manat məbləğində pul vəsaiti “xxxxxxxxxx” X2 tutularaq ləğv prosesində olan “xxxxxxxx” X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti “xxxxxxxxxx” X2 tutularaq ləğv prosesində olan “xxxxxxxx” X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi “xxxxxxxxxx” X2, 35 manat məbləğində hissəsi ləğv prosesində olan “xxxxxxxx” X5 Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-393/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-393/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver