Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-393/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 1353 saylı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC müqavilə ödəliklərini lazımı qaydada icra etmədiyindən xx.xx.2020-ci il tarixli 1353 nömrəli alqı-satqı müqaviləsi üzrə 350.000 borcun, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 240 manat olmaqla, cəmi 350.640 manat pul vəsaitinin tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir. Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 350.000 manat borcu yaranmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də, qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. Onların təşəbbüsü ilə xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif verilmiş, 400 manat məbləğində ödəniş edilərək Bakı şəhəri 11 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilmədiyindən xx.xx.2022-ci il tarixində MŞB/11- 00861 nömrəli, arayış verilmişdir. Bundan sonra Cavabdeh MMC xx.xx.2022-ci il tarixli XF-264-22 nömrəli məktubla müraciət edərək cari ilin sentyabr ayı ərzində 50.000 manat ödənilməsinin təmin ediləcəyi bildirilmişdir. Həmin məktuba cavab olaraq xx.xx.2022-ci il tarixli XO-xx-xx-0507-2022 nömrəli məktubla qalan borcun, yəni 350.000 manatın hansı tarixdə qaytarılması barədə zəmanət verilməsi xahiş edilmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli XF-269-22 nömrəli məktubla 350.000 manat məbləğinin sərbəst qrafik əsasında xx.xx.2023-cü il tarixədək ödənilməsinin təmin ediləcəyini bildirmişdir. Həmin məktuba cavab olaraq xx.xx.2022-ci il tarixli XO-xx-xx-0559- 2022 nömrəli məktubla ödənilməmiş 350.000 manatın ödəniş cədvəlinin onlara göndərilməsi xahiş olunmuş, lakin bu günədək cavab və ödəniş olmamışdır. Bu yazışmalardan görünür ki, Cavabdeh MMC borcunu etiraf edir, lakin konkret olaraq hansı tarixdə ödənilməsi ilə bağlı münasibət bildirməkdən bəhanə gətirərək yayınır. Eyni zamanda iddiaçı iddia ilə bağlı yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1353 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq cavabdeh müqavilə bağlandığı gündən 2021-ci ilin 1-ci rübünə qədər müqavilə uzrə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmiş, yəni neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə almışdır. Bundan sonra Cavabdeh direktorunun maddi imkanlarının aşağı olması haqqında şifahi müraciəti nəzərə alınaraq tərəflər arasında işgüzar münasibətlər və onun əsasında inam və etibar yarandığından (xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci iİ tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat, xx.xx.2021-ci il tarixində 100.000 manat) məbləğində pul vəsaiti əlavə olunmuş, həmin məbləğdən yalnız 50.000 manat geri qaytarılmış, 350.000 manat borc isə qaytarılmamışdır. Belə kı, 28 aprel 2021-ci iİ tarixində "Xalıq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş və bu fakt xx.xx.2021-ci il tarixil 012080 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Eyni zamanda 17 sentyabr 2021-ci il tarixində Cavabdeh hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş, bu fakt xx.xx.2021-ci il tarixli 489111 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2021-ci il tarixində Cavabdehn hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş bu fakt xx.xx.2021-ci il tarixli 036223 nömrəli elektron qaimə (15.09. 2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. Bunun davamı olaraq xx.xx.2021-ci iİ tarixində "Xaliq Faiqoğlu' Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına "xxxx" QSC tərəfindən 100.000 manat pul vəsaiti qoyulmuş, bu fakt xx.xx.2021-ci il tarixli 555416 nömrəli elektron qaimə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı satışlar) ilə öz təsdiqini tapmışdır. "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydalarının 5.2-ci bəndi pozulmuşdur. Elektron vergi hesab-fakturanın ləğvi, fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Belə ki, verilən elektron qaimələr cavabdehin məsul şəxsi tərəfindən təsdiq olunmuş, habelə, məhkəməyə təqdim edilmiş rəsmi yazışmalardan da göründüyü kimi bu hallar cavabdeh tərəfindən təsdiq edilərək 50.000 manat məbləğində pul "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Bu isə yuxarıda sadalananları və cavabdeh tərəfindən borc məbləğinin təsdiq edilməsini sübut edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 400.000 manat məbləği tərəflər arasında bağlanan müqavilənin 1.1ci bəndinə əsasən plastik kartlara köçürülmüş, plastik kartlara yüklənmiş məbləğə cavabdeh tərəfindən yanacaq əldə edilmişdir. Məbləğ tərəflər arasında olan işgüzar münasibətlərə əsasən kartlara yüklənmişdir. İşgüzar münasibətlər bitib və bu səbəblə məbləğ geri qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında tərəflər arasında müqavilədən kənar razılaşdırılmış şərtlərin çox olduğunu, müqavilədə yanacağın dəyərinin qabaqcadan ödənilməsinin nəzərdə tutulduğunu, odur ki, 350.000 manat yanacağın onlara müqavilənin şərtlərinə uyğun olaraq verilmədiyini, həmin məbləğin avans kimi kartlara yükləndiyini, müqavilədə avans yükləmənin həyata keçirilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir. Həmçinin nümayəndə borclarının olduğunu qəbul etdiklərini və müqaviləyə xitam verildiyi halda məbləğin ödənilməli olduğunu bildirmişdir. Sonuncu məhkəmə iclasında isə cavabdehin nümayəndəsi izahatında iddia tələbini qəbul etmədiklərini, iddiaçının ödənilməsini tələb etdiyi məbləğin ödənilməsinin müqavilədə nəzərdə tutulmadığını, iddiaçı ilə aralarında yaranan işgüzar münasibətlərə əsasən iddiaçının onlara aid parkda yanacaq satışını həyata keçirdiyini, bunun müqabilində iddiaçının onlara 2,5% bonus, yəni ümumilikdə 240.000 manat ödəməli olduğunu, iddiaçının hazırkı tələbinin şifahi razılaşdıqları şərtlərə zidd olduğunu qeyd etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” bu Müqavilə ilə müəyyən edilmiş müddətdə 2.1-ci bəndində göstərilən qiymətlərə uyğun olaraq neft məhsullarını və maye qazı “Alıcı”ya satmağı, “Alıcı” isə həmin neft məhsullarının və maye qazın dəyərini (Əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə görə bu müqavilə ilə ƏDV də hesablanmaqla - Benzin Aİ-92-nin 1 litrinin qiyməti 0,90 (doxsan qəpik) manat; - Dizel yanacağının 1 litrinin qiyməti 0,60 (altmış qəpik) manat; - Maye qazın 1 litrinin qiyməti 0,45 (qırx beş qəpik) manat; - Sıxılmış təbii qazın 1 litrinin qiyməti 0,45 (qırx beş qəpik) manat; - Premium yanacağının 1 litrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat; - Super yanacağının 1 litrinin qiyməti 1,60 (bir manat altmış qəpik) manat müəyyən edilir. 2.2-ci bəndinə əsasən 2.1-ci bəndində göstərilən Benzin Aİ-92, Dizel yanacağının və Maye qazın qiymətləri dövlət tərəfindən tənzimləndiyindən, qiymətlərə dövlət tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması tərəflər üçün məcburidir. Qiymətlərə dövlət tərəfindən dəyişiklik edildiyi andan müqavilə üzrə alınacaq neft məhsulunun və maye qazın qiyməti dəyişdiriləcəkdir. 2.3-cü bəndinə əsasən 2.1-ci bəndində göstərilən Premium və Super markalı neft məhsulları Azərbaycan Respublikasına idxal edildiyindən və həmin neft məhsullarının qiymətləri dövlət tərəfindən sərbəstləşdirildiyindən tədarükündən asılı olaraq qiymətlərə “Satıcı” tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” tərəfindən məcburidir. 2.4-cü bəndinə görə “Satıcı” YDM-dən “Alıcı”ın avtomobillərini yanacaqla təmin etmək üçün ilkin olaraq “Alıcı”nı əvəzsiz olaraq xüsusi şifrələnmiş kartla təmin edir. 7.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflərin öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada icrası qurtaranadək öz qüvvəsini saxlayır. 7.2-ci bəndinə əsasən bu müqavilə tərəflərdən birinin digərinə verdiyi yazılı məlumat əsasında bir ay müddətində ləğv edilə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən ümumilikdə (ƏDV daxil) 1.073.818,29 manat olmaqla, o cümlədən 191.038,27 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 012080 nömrəli, 27.605,57 manat dəyərində malların verilməsinə dair xx.xx.2021ci il tarixli, EBBB seriyalı, 139205 nömrəli, 159.703,76 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 489111 nömrəli, 178.234,35 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 036223 nömrəli, 16.124,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 078145 nömrəli, 456.440,57 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 555416 nömrəli və 44.671,27 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 720712 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. "xxxx" QSC tərəfindən təqdim edilən maliyyə sənədinə (arayışa) əsasən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh hesabına tarixləri xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il olan hər biri müvafiq olaraq 100.000 manat olmaqla, ümumilikdə 400.000 manat məbləğində yükləmə olmuş, Cavabdeh tərəfindən "xxxx" QSCyə xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə 30.000 manat ödəniş edilməklə, xx.xx.2022-ci il tarixə qalıq borc 350.000 manat təşkil edir. "xxxx" QSC "xxxx" MMC-yə XO-xx-xx-0507-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərərək 400.000 manat borc məbləğindən yalnız sentyabr ayı ərzində 50.000 manat ödənilməsini qeyd edmiş və borcun tam həcmdə ən qısa müddətdə olması şərti ilə hansı tarixdə qaytarılacağı barədə zəmanət verilməsi xahiş edilmişdir. "xxxx" MMC XF-269-22 nömrəli xx.xx.2022-ci il tarixli məktubla "xxxx" QSC-yə müraciət edərək, sentyabr ayı ərzində qalıq borcdan 50.000 manat məbləğin ödənilməsinin təmin edildiyi, qalıq borcdan 350.000 manat məbləğinin isə, sərbəst qrafik əsasında xx.xx.2023-ci il tarixinədək ödənilməsinin təmin ediləcəyini qeyd etmişdir. "xxxx" QSC tərəfindən XO-xx-xx-0559-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edilərək, 350.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar tərəflərindən tərtib edilmiş ödəniş cədvəlinin onlara göndərilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında 24 iyun 2019-cu il tarixli, 1353 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-ni avtomobillərini yanacaqla təmin etmək üçün xüsusi şifrələnmiş kartlarla təmin etmişdir. İddiaçı tərəfindən həmin kartlara qabaqcadan cəmi 400.000 manat məbləğində pul yüklənmiş, cavabdeh isə həmin kartlar vasitəsilə iddiaçıdan 400.000 manat məbləğində neft məhsullarını və maye qazı əldə etmişdir. Lakin alınmış 400.000 manat məbləğində neft məhsulları və maye qazının müqabilində cavabdeh tərəfindən iddiaçıya yalnız 2022-ci ilin sentyabr ayında 50.000 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-nin ona 350.000 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə alınması nəzərdə tutulmuş yanacağın dəyərinin qabaqcadan ödənilməsi nəzərdə tutulduğu halda iddiaçı tərəfindən 400.000 manat məbləğinin kartlara yüklənməsinin cavabdeh tərəfinən həmin məbləğ ödənilmədən həyata keçirildiyini, yəni həmin yükləmənin müqavilə şərtlərinə uyğun olaraq deyil, şifahi razılaşmaya əsasən edildiyini, tərəflər arasında şifahi razılaşmaya əsasən isəyaranmış 350.000 manat məbləğində borcun yalnız tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verildiyi halda ödənilməli olduğunu, eləcə də iddiaçının onlara məxsus parkda yanacaq satışını həyata keçirdiyini, bunun müqabilində isə onlara 2.5% bonus, yəni ümumilikdə 240.000 manat ödəniləcəyini vəd etdiyini əsas göstərməklə iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki halda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmədə verdiyi izahatda iddiaçı "xxxx" QSC tərəfindən onlara 350.000 manat məbləğində neft məhsulları və maye qazının təqdim edilməsi, lakin həmin malların dəyərinin tərəflərindən ödənilməməsi faktlarını etiraf etmişdir. Eynilə göstərilən fakt cavabdeh "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış XF-269-22 nömrəli xx.xx.2022-ci il tarixli məktubda da təsdiq edilmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Müqavilə şərtlərinə əsasən neft məhsulları və maye qazın qabaqcadan ödəniş edilməklə təqdim edilməli olması, belə olan halda isə 350.000 dəyərində mübahisəli neft və maye qaz məhsullarının müqavilə şərtlərinə uyğun qaydada təqdim edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsində malların dəyərinin qabaqcadan ödənilməli olması barədə şərtin yer alması qabaqcadan ödəniş edilmədən malları almış alıcını həmin malların dəyərini ödəmək vəzifəsindən azad etmir. Digər tərəfdən tərəflər arasında müqavilədən kənar şifahi razılaşmaya əsasən borcun yalnız alqı-satqı müqaviləsinə xitam verilərkən ödənilməli olması, eləcə də iddiaçının cavabdehə məxsus ərazidən yanacaq alqı-satqısı üçün istifadə etməsi müqabilində cavabdehə bonus ödənilməsini vəd etməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh göstərilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə cavabdehin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan aldığı malların dəyərini– 350.000 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC cavabdeh "xxxx" MMC-dən 350.000 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 240 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 640 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat və dövlət rüsumunun əvəzi olaraq 240manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC -dən 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) və dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-393/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-393/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver