Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-393/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh5, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 100.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə faiz dərəcəsi 30%, kredit limiti üzrə illik cərimə faiz dərəcəsi 72% olmaqla, kreditin təminatı kimi Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələrinin, Cavabdeh5 ilə pul vəsaitinin girovu haqqında müqavilənin bağlanması barədə razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 02 iyun 2021-ci il tarixli, Z/02043/21 saylı və 02 iyun 2021-ci il tarixli, Z/02044/21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələr kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında xx.xx.2021-ci il tarixdə əlavə saziş imzalanmışdır. Əlavə sazişə əsasən: Müqaviləyə aşağıdakı redaksiyada 10-cu bəndinə əlavə edilir: Cavabdeh4 tərəfindən verilən zaminlik (xx.xx.2021-ci il tarixli Z/13810/21 nömrəli müqavilə) Əlavə saziş hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı ASC (kreditor) ilə Cavabdeh4 (zamin) arasında xx.xx.2021-ci il tarixli, Z/13810/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit verilməsinə dair razılaşmaya əsasən kreditor borc alana biznes məqsədli ilə 22000 manat məbləğində kredit verir, kreditin müddəti 24 ay, kreditin aylıq faiz dərəcəsi 1,75%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% təşkil edir. Müqavilənin 12-ci bəndinə əsasən həmin razılaşma xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılması üzrə razılaşma əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi sayılır. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
6. 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh5 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla) ödəyəcək əsas məbləğ 22000 manat, faizin məbləği 5.131,62 manat, cəmi ödəniləcək məbləğ 27.131,62 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.
7. xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında xx.xx.2023-cü il tarixdə əlavə saziş imzalanmışdır. Əlavə sazişə əsasən: Müqaviləyə aşağıdakı redaksiyada 10-cu bəndinə əlavə edilir: Cavabdeh2 tərəfindən verilən zaminlik (xx.xx.2023-cü il tarixli Z/03460/23 nömrəli müqavilə) Əlavə saziş hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/03460/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsinə İddiaçı ASC (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında xx.xx.2023-cü il tarixdə 1 saylı əlavə saziş imzalanmışdır. 1 saylı əlavə sazişə əsasən: Müqavilə üzrə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 21% təşkil edir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. 1 saylı əlavə saziş hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2023-cü il tarixli, Z/03460/23 saylı zaminlik müqaviləsinə İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2023-cü il tarixdə 1 saylı əlavə saziş imzalanmışdır. 1 saylı əlavə sazişə əsasən: Müqavilənin bağlı olduğu xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılır. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 21% təşkil edir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. 1 saylı əlavə saziş hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
11. 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh5 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2026-cı il olmaqla) ödəyəcək əsas məbləğ 17.459,83 manat, faizin məbləği 7.150,55 manat, cəmi ödəniləcək məbləğ 24.610,38 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.
12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 17.459,83 manat, faiz borcu 2.377,44 manat, cərimə borcu 241,02 manat olmaqla cəmi borc 20.078,29 manat təşkil edir.
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli, KBD-6075 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
14. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh5 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2024-cü il tarixli, 9/10028 saylı ekspert rəyinə əsasən Cavabdeh5 hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 nömrəli krеditi müqaviləsinə (xx.xx.2023-cü il tarixli 1 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla) əsasən ekspert qarşısında qoyulmuş sual üzrə xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə Cavabdeh5 İddiaçı ASC-yə ödənilməli əsas borcu 17.459,83 manat, faiz borcu 1.385,15 manat olmaqla cəmi borc 18.844,97 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
16. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 17.459,83 manat məbləğində əsas borc, 2.377,44 manat məbləğində faiz borcu və 60,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19.897,53 manat məbləğində borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh5 İddiaçı ASC-nin “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1ilə, xx.xx.2021-ci il tarixində Cavabdeh4 ilə, xx.xx.2023-cü il tarixində isə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh5İddiaçı ASC-dən illik 21% olmaqla 24 ay müddətinə 22.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən Cavabdeh4 Sədi qızı zamin kimi əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2026-cı il tarixinə kimi uzadılmışdır. 2023-cü ilin avqustun 11-dək Cavabdeh5 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 17.459,83 manat əsas borc, 2.377,44 manat faiz borcu və 241,02 manat cərimə borcu olmaqla cəmi 20.078,29 manat borcu vardır. Cavabdeh5 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 241,02 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 60,26 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır
18. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri 19.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
20. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
21. Məhkəmə iclasında Cavabdeh5 izahatında borcun olduğunu, sadəcə hazırda maliyyə sıxıntıları olduğu üçün ödənişlərin edilməsində çətinliklər yarandığını, borcun əmək haqqına yönəldilərək ödəyə biləcəyini bildirdi. 22.Məhkəmə iclasında Cavabdeh3 izahatında o əsas öhdəliyin icra edilməsi ilə bağlı zamin kimi öhdəlik götürdüyünü, lakin müqaviləyə əlavə edilərkən və faiz dərəcəsi dəyişdirilərkən tərəflər ona məlumat vermədiyini, əlavə olaraq borclunun əmək haqqı ilə çalışdığını bildirərək, hissə-hissə ödəniş edilməsi ilə bağlı razılıq əldə edilməsini xahiş edir. 23.Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında o əsas öhdəliyin icra edilməsi ilə bağlı yəni ilkin verilən 10000 manat məbləğində kreditin qaytarılması ilə bağlı zamin kimi öhdəlik götürdüyünü, lakin verilən sonrakı kreditdən məlumatı olmadığını, həmin zaman iştirak etmədiyini və hər-hansı müqaviləni imzalamadığını bildirmişdir.
24. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
25. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
26. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
27. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
28. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
29. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
30. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilənin çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsindən (xx.xx.2023-cü il tarixli 1 saylı əlavə saziş) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh5 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 22.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh5 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
34. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh5 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh5, İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) əsas borcunun 17.459,83 manat və faiz borcunun 1.385,15 manat məbləğində olması müəyyən edilmişdir.
35. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
36. Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir.
37. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı "xxxx" ASC mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan müddət (maliyyə arayışında göstərilən günə) üçün hesablanmış faiz borcunun borcalandan tutulmasını tələb edir.
38. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubunu ünvanlayaraq borcalanın mübahisəli kredit müqaviləsi üzrə öhdəlikləri pozması ilə əlaqədar həmin müqavilə üzrə əsas və faiz borcunun vaxtından əvvəl icra edilməsini tələb etmiş, bununla da müqavilənin ləğv edilməsi barədə iradəsini qarşı tərəfə bildirmişdir. Göründüyü kimi mübahisəli müqaviləyə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək müqavilə üzrə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.
39. Odur ki, mübahisəli müqavilə üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən edilməli, mübahisəli kredit müqaviləsi üzrə tutulacaq faiz borcu 1.385,15 manat məbləğində (yəni xx.xx.2023-cü il tarixinədək olan müddət üçün ekspert rəyində müəyyən edilmiş faiz borcu məbləğinddə) müəyyən edilməlidir.
40. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh5 hesablanmış 60,26 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
41. Məhkəmə hesab edir ki, Cavabdeh5 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
42. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 02 iyun 2021-ci il tarixli, Z/02043/21 saylı, 02 iyun 2021-ci il tarixli, Z/02044/21 saylı, xx.xx.2021-ci il tarixli, Z/13810/21 saylı və xx.xx.2023-cü il tarixli, Z/03460/23 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit alan Cavabdeh5 xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.
43. Bununla bağlı Cavabdeh5 kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinə zamin dursa da, Cavabdeh5 xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit verilməsinə dair razılaşmaya əsasən yeni kredit məbləği götürməsindən, yəni faizlərin və kredit məbləğinin dəyişməsindən məlumatlı olmaması barədə Cavabdeh3 istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, birincisi, hazırkı iddia ərizəsində cavabdehlərdən tutulması tələb edilən borc məbləğinin yaranması üçün əsas olmuş xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit verilməsinə dair razılaşma Cavabdeh3 zamin durduğu kredit limitinin ayrılmasına dair müqavilə çərçivəsində bağlanmışdır. İkincisi, Cavabdeh3 zamin durduğu kredit limitinin ayrılmasına dair müqavilədə (kredit xətti müqaviləsində) müqavilənin mühüm şərtləri yetərli dərəcədə (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) aydın şəkildə göstərilmişdir. Həmin müqavilə çərçivəsində bağlanmış mübahisəli kredit razılaşmasında isə kredit limitinin ayrılmasına dair müqavilədə nəzərdə tutulan kreditin məbləği, müddəti, faiz dərəcəsi artırılmamışdır. Odur ki, mübahisəli kredit müqaviləsinin bağlanması zamin Cavabdeh3 məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmadığından zaminliyinə xitam verilməsi üçün əsas vermir.
44. Belə olan halda məhkəmə zaminlər Aybəniz Səədi qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 23-MCR-1-681-21 kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.
45. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.
46. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 149,69 manat təşkil edir.
47. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
48. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
49. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
50. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 23-MCR-1-681-21/3 saylı kredit müqaviləsi üzrə 17.459,83 manat məbləğində əsas borc, 1.385,15 manat məbləğində faiz borcu, 60,26 manat məbləğində dəbbə pulu, ümumilikdə 18.905,24 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva