Məhkəmə qərarları › İş №e-2-2(113)-3930/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3930/2024

06.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3930/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16508,25 manat borcun, həmin borca görə 825,41 manat (ümumi borcun 5 %-i) dəbbə pulunun (cərimə), 142 manat dövlət rüsumunun və 500 manat vəkil xərcinin cavabdehdən tutularaq dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra-İcraçı) iləCavabdeh MMC (bundan sonra-Sifarişçi) arasında 25 iyul 2022-ci il tarixli AG/AM/- 02507 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən ”ıçarcİ“ əlavələrdə qeyd edilmiş işləri yerinə yetirməyi, işləri tam hazır vəziyyətdə təhvil verməyi,“Sifarişçi” isə, bu xidmətin müqabilində ,ay”ıçarcİ“ bu müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin Razılaşma Protokolu No 09-aəsasən görünür ki, 420 TON Metalın səthinin təmizlənməsi və bir qat boya tətbiqi işləri görülmüşdür. Tərəflər arasında tərtib edilmiş təhvil təslim aktlarına əsasən Sifarişçinin İcraçıya 16508,25 manat məbləğində borcu qalmaqdadır. Yaranmış borcun 3 gün müddətində ödənilməsi üçün Sifarişçiyə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Pretenziya məktubundan sonra Sifarişçiyə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq borc məbləği Alıcı tərəfindən ödənilmir. Müqavilənin 10.3. bəndinə əsasən Sifarişçi bu müqavilənin Əlavəsinə uyğun olaraq görülmüş işlərin dəyərini ödəmədikdə və ya qismən ödədikdə, İ ıçarċ Sifarişçidən hər gecikdirilən iş günü üçün xidmət haqqının ödənməmiş hissəsinin 0,1 % həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Alınmış mallara görə Alıcının Satıcıya ümumilikdə16508,25 manat borcu formalaşmışdır. Cavabdeh tərəfindən 16508,25 manat borc məbləği və həmin borca görə 825,41 manat (ümumi borcun 5 %-i) dəbbə pulu iddiaçıya ödənilməlidir.

3. Cavabdehin nümayəndəsi iddia əriəzsinə etiraz edərək, Mülki məcəllənin 540-cı maddəsinin tələbinə əsasən tərəflər arasında qarşılıqlı tələblərlər mövcud olduöundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etirz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə “X6 Sənaye” MMC arasında xx.xx.2024-cü il tarixili “Tələb hüquqlarının güzəşti haqqında” Razılaşma imzalanmışdır. Sözügedən Razılaşma ilə “X6 Sənaye” MMC xx.xx.2023-cü il tarixli Alğı-satqı müqaviləsi ilə İddiaçı MMC-ə qarşı olan maddi tələb hüququnu "xxxx" MMCə güzəşt etmişdir. Beləliklə, e-2-2(113)-3930/2024 saylı iş üzrə cavabdeh "xxxx" MMCnin İddiaçı MMC-ə qarşı tələb hüququ meydana gəlmişdir. Bu əsasla tələblərin əvəzləşdirilməli və iddia rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddianı əsas borc hissəsində qəbul etmiş, lakin tərəflər arasında qarşılıqlı işgüzar münasibətlərin olduğunu bildirmişdir.Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC ilə “X6 Sənaye” MMC arasında xx.xx.2024-cü il tarixili “Tələb hüquqlarının güzəşti haqqında” Razılaşma imzalanmışdır. Sözügedən Razılaşma ilə “X6 Sənaye” MMC xx.xx.2023-cü il tarixli Alğı-satqı müqaviləsi ilə İddiaçı MMC-ə qarşı olan maddi tələb hüququnu "xxxx" MMCə güzəşt etmişdir. Beləliklə, e-2-2(113)-3930/2024 saylı iş üzrə cavabdeh "xxxx" MMCnin İddiaçı MMC-ə qarşı tələb hüququ meydana gəlmişdir. Hal-hazırda iddiaçının da cavabdehə borcuolduğundan həmin tlələblər əvəzləşdirilməli və iddia rədd edilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2022ci il tarixli AG/AM/02507 nömrəli nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "icraçı” "sifarişçi"nin tapşırığı əsasında siyahısı müqaviləyə Əlavə 1 -də göstərilən işləri yerinə yetirməyi; işləri tam hazır vəziyyətdə təhvil verməyi {bundan sonra "xidmət" adlandırılacaq). “sifarişçi” isə, bu xidmətin müqabilində “icraçı’ya, bu Müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2 (Əlavə 1) ilə müəyyən edilir. - 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə ödənişin 50%’i avans olaraq əvvəlcədən, qalan məbləğ isə işlər təhvil verildikdən sonra 3 iş günü ərzində sifarişçi tərəfindən ödənilir. - 2.3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödəmələr bank köçürmələri yolu ilə həyata keçirilir. - 3.1.5-ci bəndinə əsasən Sifarişçi ödənişləri vaxtında və tam həcmdə həyata keçirməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. AG/AM/02707 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı Əlavə olan xx.xx.2022-ci il tarixli X1 cavabdeh tərəfin göstəriləcək xidmətin adı,miqdarı,qiyməti razılaşdırılmışdır.

11. AG/AM/02707 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə 09 saylı Əlavə olan xx.xx.2023cü il tarixli X1 cavabdeh tərəfin göstəriləcək xidmətin adı,miqdarı,qiyməti razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən cavabdehə EBDH 456492 saylı xx.xx.2023-cü il tarixli 24780 manat, EBCH 983480 saylı xx.xx.2022-ci il tarixli 5947,20 manat,EBCH 399533 saylı xx.xx.2022-ci il tarixli 8637,60 manat,EBCJ 250543 saylı xx.xx.2022-ci il tarixli 17287 manat,EBCL 054572 saylı xx.xx.2022-ci il tarixli 14750 manat,EBCL 055126 saylı xx.xx.2022-ci il tarixli 38350 manat,EBCN 572993 saylı xx.xx.2023-cü il tarixli 18408 manat,EBCN 585001 saylı xx.xx.2023-cü il tarixli 25171,29 manat,EBDA 410314 saylı xx.xx.2023-cü il tarixli 17700 manat,EBDA 410170 saylı xx.xx.2023-cü il tarixli 22920,03 manat,EBDA 410156 saylı xx.xx.2023-cü il tarixli 10354,50 manat,ebdd 697784 saylı xx.xx.2023-cü il tarixli 11800 manat,EBDH 456492 saylı xx.xx.2023-cü il tarixli 24780 manat,EBDD 697751 saylı xx.xx.2023-cü il tarixli 42579,71 manat,EBDQ 470849 saylı xx.xx.2023-cü il tarixli 15558,42 manat məbləğində elektron qaimə göndərilmişdir.

13. “Unibank” Kommersiya Bankı ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki,cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində (EBCB983480 saylı elektron qaimə üzrə) 2500 manat,xx.xx.2022-ci il tarixində (EBCB983480 saylı elektron qaimə üzrə) 2540 manat,xx.xx.2023-cü il tarixində (EBDH 456492 saylı elektron qaimə üzrə) 15000 manat,xx.xx.2023-cü il tarixində (EBDD697751 saylı elektron qaimə üzrə) 55 000 manat,xx.xx.2023-cü il tarixində (EBDA410314 elektron qaimə üzrə) 23775 manat,xx.xx.2023-cü il tarixində (EBCN 582993 elektron qaimə üzrə) 36931,60 manat,xx.xx.2023-cü il tarixində (EBCL054572 saylı elektron qaimə üzrə) 14750 manat,xx.xx.2022-ci il tarixində 32500 manat,xx.xx.2022-ci il tarixində (EBCH 399533 saylı elektron qaimə üzrə) 21970 manat pul köçürülmüşdür. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

- 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən "icraçı” "sifarişçi"nin tapşırığı əsasında siyahısı müqaviləyə Əlavə 1 -də göstərilən işləri yerinə yetirməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli nömrəli xidmət müqaviləsi üzrə 16508,25 manat məbləğində borcunun qalması iddiaçı tərəfindən m\hkəməyə təqdim edfilmiş sübutlarla sübut olunur,həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi etirazda tərəflər arasında olan digər müqavilə üzrə borcların əvəzləşdiriməsini xahiş etməklə, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borcun olmasını qəbul etmiş, lakin borcun əvəzləşdirilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə etirazın qeyd edilən dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı halda, cavabdeh tərəfindən etirazda qeyd edilən borca dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçıya qarşı prosessual hüquqlardan istifade edərək qarşılıqlı iddia ərizəsi verilməmişdir.

20. Belə olan halda məhkəmə mübahisəli xidmət müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 16508,25 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 16508,25 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.

21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 825,41 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 142 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 139 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

27. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 16508,25 (on altı min beş yüz səkkiz manat iyirmi beş qəpik) manat artıq əsas borc, 100 (bir yüz) manat dəbbə pulu,500 (beş yüz) manat vəkil xidmət haqql iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 139 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar