Məhkəmə qərarları › İş №e-2-2(113)-394/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-394/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı 286949 manat məbləğində əsas borc və 172169 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tulularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək X1 işə cavabdeh qismində cəlb edilməsini və 286949 manat məbləğində əsas borcun, 172169 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən “xxxx” ASC-yə məxsus un dəyirmanında un istehsalı və satışı ilə məşğul olur. Cavabdeh ondan müxtəlif vaxtlarda un almış və əvəzində 2015-ci ilin dekabr ayınadək pul ödəməli idi. Lakin bu günə kimi həmin puldan 286949 manat ona ödənilməmişdir. Borcun etirafı barədə cavabdeh şirkət tərəfindən ona rəsmi sənəd də təqdim edilmişdir. Lakin cavabdeh şirkət ona olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 286949 manat məbləğində pulun geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15 % təşkil edir. Cavabdeh ona qaytarmalı olan 286949 manat məbləğində pulu əsassız özündə saxlamaqla ona daha çox zərər vurmuşdur. Belə ki, 286949 manat məbləğində pulu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 4 il müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən 43042 manat 1 ilə, 4 il = 172.169 manat gəlir əldə edəcəkdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə oan olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Cavabdeh direktoru Zakir Salahovun etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə qarşı borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 286949 manat məbləğində borcun və 172169 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs guya Cavabdeh ondan müxtəlif vaxtlarda un almış və əvəzində 2015-ci ilin dekabr ayınadək pul ödəməli olmuşdur. Lakin bu günə kimi həmin puldan 286949 manat ödənilməmişdir. Borcun etirafı barədə cavabdeh şirkət tərəfindən ona rəsmi sənəd təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı fərdi sahibkar olmasını və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi şəxs olan Cavabdeh ilə arasında mal (un məhsulu) dövriyyəsinin mövcud olmasını və guya ki, bununla bağlı şirkətin ona borcunun yaranmasını iddia etmişdir. Qanunvericiliyin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məşğul olan hüquq subyektləri arasında olan ticarət əlaqələri müvafiq müqavilələr ilə rəsmiləşdirilməli, həmin müqavilələrdə tərəflərin öhdəlikləri və hüquqları sadalanmalı, mal dövriyyəsini əks etdirən mədaxilməxaric qəbzləri və təhvil-təslim aktları mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən qeyd edilənlərlə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır və əgər mövcuddursa, belə sübutların təqdim olunması iddiaçıdan tələb olunmalıdır. Bundan əlavə iddiaçı iddia ərizəsində guya şirkət tərəfindən borcun etirafı barədə müvafiq sənəd təqdim edilməsini bildirmişdir. Cavabdeh iddiaçı ilə un məhsulu ilə bağlı alqı-satqı və digər hər hansı bir müqavilə münasibəti olmamış və şirkətin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. X7 şirkətdə hər hansı bir vəzifə tutmur və həmin dövrdə də tutmamışdır. O, şirkətin səhmdarı Əflatun Mahmudovun oğludur. Cavabdeh nümayəndəsi və vəkili E.Qanbayevin etirazı onunla əsaslandırılmışdır ki, iddia tələblərinin əsası kimi məhkəməyə xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixli məktublar və xx.xx.2018-ci il tarixli üzləşmə aktları təqdim edilmişdir. Məhkəmənin xx.xx.2019-cu ii tarixli qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 və xx xxxxxx 2019-cu il tarixli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, yuxarıda sadalanan 4 sənəddən xx.xx.2016-cı il tarixli məktub və xx.xx.2015-ci il tarixli məktubdakı imzalar Ağaisa Mahmudov tərəfindən icra edilmiş, məktub və üzləşmə aktında olan möhürlər Cavabdehnə məxsus möhürlə eynilik təşkil etmir. İddia ərizəsi iddia müddətinin ötürülməsi ilə bərabər aşağıdakılara əsasən rədd edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Ağaisa Mahmudov Cavabdeh əməkdaşı deyil, şirkətin onunla hər hansı münasibəti olmamış, o şirkəti hər hansı orqanda təmsil etməmiş, bununla bağlı ona səlahiyyət verilməmişdir. Bu səbəbdən A.Mahmudov tərəfindən şirkətin adından hər hansı borcun etiraf edilməsi haqqında sənədin imzalanması sübut kimi qəbul edilə bilməz. Məktub və üzləşmə aktlarının hansı şəraitdə, kim tərəfindən və hansı möhürdən istifadə edilməklə, imzalanmaqla tərtib edilməsindən məlumatları yoxdur. Başqa bir vacib məqam ondan ibarətdir ki, hətta həmin etiraf məktubları mötəbər olsa belə, iddiaçı ilə cavabdeh arasında şifahi müqavilənin bağlanması, qiymətlərlə bağlı razılaşmalar, malların çeşidi, sifarişli olması, həcmi ilə bağlı danışıqların olması sübuta yetirilməli, malların kimə təqdim edilməsinə iddiaçı aydınlıq gətirməlidir ki, bu aydınlıq gətirilməmişdir. Borcun etiraf olunması barədə üzləşmə aktı və digər sənəd olduğu halda belə Mülki Məcəllənin 570 və 882-ci maddələrinə əsasən malların təhvil verilməsi barədə qaimə və digər sənədlər də mövcud olmalıdır ki, iddiaçı belə bir sənədinin olmadığını göstərir. Başqa bir tərəfdən Cavabdeh qəti şəkildə bildirir ki, nə İddiaçı adlı şəxsi, nə də “xxxx” MMC adlı şirkəti tanımır, onlarla heç vaxt şifahi müqavilə bağlamayıb, onlarla heç vaxt ünsiyyəti olmayıb, onlara heç vaxt mal sifariş verməyib və heç vaxt borcu olmayıb. Məhkəməyə sübut kimi təqdim edilmiş məktubların birində Cavabdeh İddiaçı, digərində “xxxx” MMC-yə borcunun olduğu göstərilir. Bu faktın özü də borcun olmasının mümkünsüz olduğunu göstərir. Belə ki, iddiaçı tərəf bildirdi ki, İddiaçı “xxxx” MMC-nin sexlərini icarəyə götürüb, orada sahibkarlıq fəaliyyəti göstərir, tamamilə ayrı-ayrı şəxslərdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və məhkəmə təqdim etdiyi yazılı etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh adından ünvanlanan xx.xx.2015-ci il tarixli, 192 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı aldığı una görə 387494 manat borcu vardır. Manatın devalvasiya riskini nəzərə alaraq borc məbləğini ABŞ dollarına çevirərək 369042 ABŞ dolları qəbul edir və borcu ABŞ dolları ilə qaytarmağı öz öhdəsinə götürür. Həmin məktub imzalanmış, imzanın qarşısında “Mahmudov” soyadı qeyd edilmiş və Cavabdeh möhürü ilə möhürlənmişdir. Cavabdeh adından ünvanlanan xx.xx.2016-cı il tarixli, 181 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı aldığı una görə 286949 manat borcu vardır. Həmin məktub Ağaisa Mahmudov tərəfindən imzalanmış və Cavabdeh möhürü ilə möhürlənmişdir. Cavabdeh adından ünvanlanan xx.xx.2016-cı il tarixli, 80 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixə 2015-2016-cı illər üzrə İddiaçı aldığı una görə 267450 manat borcu vardır. Həmin məktub Ağaisa Mahmudov tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixə Cavabdeh iddiaçıya 107500 manat məbləğində borcu vardır. Üzləşmə aktı Ağaisa Mahmudov tərəfindən imzalanmış və Cavabdeh möhürü ilə möhürlənmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 192 nömrəli, xx xxxxxx 2015-ci il tarixli, 181 nömrəli xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə sənədlərdə və xx xxxx 2018-ci il tarixli üzləşmə aktında vurulmuş möhür izlərinin Cavabdehnə məxsus möhürlə vurulub-vurulmamasının və 80 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli, 192 nömrəli xx xxxxxx 2015-ci il tarixli, 181 nömrəli xx xxxxxx 2016-cı il tarixli borcun etirafı barədə sənədlərdə və xx xxxx 2018-ci il tarixli üzləşmə aktında imzanın X4 tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 24698 saylı ekspert rəyi ilə tədqiqata təqdim edilmiş Cavabdeh xx.xx.2016-cı il tarixli, 181 nömrəli, xx.xx.2015-ci il tarixli, 192 nömrəli sənədlərdə, xx.xx.2018-ci il tarixli üzləşmə aktında olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu və həmin sənədlərdə olan möhür əkslərinin Cavabdeh ekspertizaya təqdim edilmiş möhürünün eksperimental əsk nümunələri ilə eyniyyət təşkil etmədiyi müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 24891 saylı ekspert rəyi ilə xx xxxxxxxx 2016-cı il tarixli, 80 nömrəli məktubun sonunda “X6” yazılarının qarşısındakı imzanın və xx xxxxxx 2015-ci il tarixli, 192 nömrəli məktubun sonunda “Mahmudov” soyadı qarşısındakı imzaların X4 tərəfindən icra olunduğu, xx xxxxxx 2016-cı il tarixli, 181 nömrəli məktubun sonunda “Mahmudov Ağaisa” yazılarının qarşısındakı imzanın və xx xxxx 2018-ci il tarixli üzləşmə aktının aşağı hissəsində “Mahmudov Ağaisa” yazılarının aşağısındakı imzanın isə başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, fərdi sahibkar olan İddiaçı Cavabdeh ilə uzun müddət un məhsullarının alqısatqı münasibətlərinin olduğunu və həmin münasibətlər çətçivəsində Cavabdeh ona 286949 manat məbləğində borcunun olduğunu, həmin borcun olmasının xx.xx.2015-ci il tarixli, 192 nömrəli, xx.xx.2016-cı il tarixli, 181 nömrəli, xx.xx.2016-cı il tarixli, 80 nömrəli məktublar və xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapdığını bildirmişdir. Cavabdeh” şirkəti iddia tələbinə etiraz edərək İddiaçı ilə hər hansı bir müqavilə münasibətlərinin, eləcə də ona hər hansı borcunun olmadığını qeyd etmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları nəticəsində göstərilən sənədlərdə vurulmuş möhür əkslərinin ekspertizaya təqdim edilmiş Cavabdeh möhürünün eksperimental əsk nümunələri ilə eyniyyət təşkil etmədiyi, həmçinin x xxxxxx 2016-cı il tarixli, 181 nömrəli məktubun sonunda “Mahmudov Ağaisa” yazılarının qarşısındakı imzanın və xx xxxx 2018ci il tarixli üzləşmə aktının aşağı hissəsində “Mahmudov Ağaisa” yazılarının aşağısındakı imzanın X4 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı X1 Cavabdeh səlahiyyətli nümayəndəsi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı iddia tələbində cavabdehlərdən borc məbləğinin tutulmasını xahiş etsə də, Cavabdeh ilə hər hansı alqı-satqı münasibətlərinin mövcud olmasını, eləcə də borcun olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı sübut qismində borcun etiraf edilməsi barədə məktublara və üzləşmə aktına istinad etmişdir. Məhkəmə araşdırması zamanı isə həmin sənədlərin cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı və cavabdehə məxsus olan möhürlə möhürlənmədiyi təsdiq olunmuşdur. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı münasibətlərinin mövcudluğu və cavabehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. Məhkəmə iddia tələbinin cavabdeh X3 qarşı hissəsinə münasibətdə qeyd edir ki, xx xxxxxxxx 2016-cı il tarixli, 80 nömrəli və xx xxxxxx 2015-ci il tarixli, 192 nömrəli məktublar X4 tərəfindən imzalansa da, qeyd olunan məktublarda cavabdeh A.Mahmudov özünün deyil, Cavabdeh İddiaçı borcu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı borcun ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianin rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 61,52 manat və 125 manat pul məbləğləri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 186,52 manat (yüz səksən altı manat əlli iki qəpik) pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar