Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı "təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 təbii qazdan istifadəyə görə yaranmış 2835 (iki min səkkiz yüz otuz beş) manat borcun və 60 manat ödənilmiş mediasiya xərcinin məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində (Tuğra restoranı) Cavabdeh2 tərəfindən təbii qazdan qanunsuz yolla istifadə edildiyi aşkar edilmişdir. Bu barədə X1 Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə MN0358019 saylı protokol tərtib edilərək Cavabdeh2 vəzifəli şəxs qismində 800 manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixdə MN0477966 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşulmaqla təbii qazı talamış və cavabdehin bu hərəkətləri nəticəsində Birliyə 2835 manat məbləğində maddi zərər dəymişdir. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə vurmuş olduğu zərərin əvəzini ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Baş vermiş bu kimi hallar İddiaçı İB-nin əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -X1 Agentliyinin xx.xx.2022-ci il tarixli MN0477966 saylı qərarına əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində “Tuğra” restoranında xx.xx.2022 tarixində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 2.895 manat məbəğində maddi ziyan vurulması müəyyən edilmiş, Cavabdeh2 800 manat cərimə tətbiq edilmişdir. 9 avqust 2022 tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, istehlakçı olan “Tuğ” restoranında “qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 11.340 m3 itirilmiş qaz hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsində “Tuğra” restoranı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla 2.895 manat məbləğində təbii qazın talanması aşkar edilmiş, bununla bağlı olaraq fərdi sahibkar Cavabdeh2 barəsində cərimə tətbiq edilmişdir. Hazırda iddiaçı təbii qazdan qanunsuz istifadə nəticəsində ona dəymiş zərərin cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüquqi pozulmuş şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2) Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması məhkəməyə təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapır. Belə ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində “Tuğra” restoranın qazpaylayıcı xəttə qanunsuz qoşulması bunun nəticəsində hazırki iş üzrə cavabdeh olan şəxsə cərimənin hesablanması, iddiaçıya zərərin vurulmasına dəlalət edir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli və 2.835 manat maddi zərər Cavabdeh2 tutulmalıdır. Eyni zamanda iddiaçı 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 2835 (iki min səkkiz yüz otuz beş) manat və 60 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-394/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-394/2023
18.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver